"Satko" yerli serialdır

 

Serialı hazırlayan "Yan-As Creative Grur"un mətbuat katibi Rəşad İsmayılovun bildirdiyinə görə, ailə-məişət mövzusunda, treyler-melodram janrında olan 13 seriyalı televiziya filmi Mahir Cananovun "Ailə Bağları" romanı əsasında çəkilib. Serialın əsas rol ifaçıları seçilib və sınaq çəkilişləri baş tutub:

"Bu layihəni hazırlamaqda məqsədimiz Azərbaycanın efir məkanında serial boşluğunu keyfiyyətli məhsulla doldurmaq, eyni zamanda ölkədə gənc kino mütəxəssislərinin bacarıqlarını ön plana çıxarmaqdır. Hazırda layihənin təqdimat mərasimini keçirməyə hazırlaşırıq, serialın treyler və tizer kadrları çəkilib, səsyazma və montaj işləri gedir. Serialın elektron ünvanı, yəni saytı hazırlanır.

Onu da qeyd edək ki, serial-layihənin rəhbəri hələ adını açıqlamaq istəmədiyimiz, bir çox məşhur türk serialının istehsalçı şirkətlərindən biridir".

R.İsmayılov bildirib ki, baş rollarda əməkdar artistlər Firdovsi Atakişiyev və Sənubər İsgəndərli çəkilib. Filmin ssenari müəllifi və baş prodüseri Mahir Cananovdur. Filmdə həm də əcnəbi aktyorlar - P.Qryaznov, E.Kalinina, O.Svoyskaya və başqaları çəkiliblər. Quruluşçu rejissor Elnaz Əbluc, operator Mətləb Yaqubovdur. Serialda Türkiyə, Ukrayna, Rusiya və Gürcüstandan olan peşəkar mütəxəssislər də çalışıb.

Çəkilişlər Azərbaycan, Türkiyə, Polşa, Ukrayna və Rusiyada aparılıb. Yaxın vaxtlarda, yəni yaz aylarında serialın təqdimatı olacaq. Serialın seyrçilərə təqdim edilməsi gələn il üçün nəzərdə tutulub.

 

 

Ayna.- 2011.- 5 mart.- S.20.