"Döngələr"
- çoxseriyalı filmdir
Filmin mayda təhvil
veriləcəyi nəzərdə tutulub
Rejissor Cavid Təvəkkül "Döngələr"
adlı çoxseriyalı filmin istehsalını başa
çatdırmaq üzrədir. Onun AYNAya bildirdiyinə görə,
yarıdetektiv və yarımelodram janrında olan filmdə
1988-89-cu illərin hadisələri cərəyan edir. Filmin
ssenari müəllifi əməkdar artist Rəşid Səməndər,
direktoru isə İctimai Televiziyanın rəhbəri
İsmayıl Ömərovdur.
Rejissor
bildirib ki, filmdəki hadisələr maraqlı xətt üzrə
cərəyan edir. Hələlik təfərrüatı
açıqlanmayan ekran işinin mayda təhvil veriləcəyi
nəzərdə tutulur.
"Döngələr"in
ikinci rejissoru Rövşən Ağayevdir. Baş rolları əməkdar
artist Eldəniz Rəsulov və Abbas Qəhrəmanov
oynayıblar.
Zəminə
Ayna.- 2011.- 5 mart.- S.20.