Orduda itkilər
2003-2011-ci illərin statistik
göstəriciləri açıqlandı
Bu il yanvarın 27-də Hərbi
Prokurorluqda keçirilmiş geniş kollegiya iclasında hərbi
prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd
etmişdi ki, 2009-cu ilə nisbətən ötən il SQ-də
və qanunvericilikdə nəzərdə tutulmuş başqa
silahlı birləşmələrdə qeydə
alınmış hərbi xidmət əleyhinə olan cinayətlər
3,8 faiz, o cümlədən tabelik qaydaları əleyhinə
olan cinayətlər 12,7 faiz, hərbi xidmətdən
yayınma cinayətləri 9,5 faiz, hərbi hissəni və ya
xidmət yerini özbaşına tərk etmə cinayətləri
13,7 faiz, qəsdən adam öldürmə cinayətləri
46,2 faiz, özünü öldürmə həddinə
çatdırma cinayətləri 23,5 faiz, hakimiyyətdən
sui-istifadə etmə cinayətləri 8,2 faiz, qulluğa səhlənkar
yanaşma cinayətləri 18,2 faiz, silahla və ətrafdakılar
üçün yüksək təhlükə törədən
əşyalarla davranış qaydalarını pozma cinayətləri
24 faiz, rüşvət alma və rüşvət vermə
cinayətləri 6,8 faiz azalıb. Hərbi hissəni və
xidmət yerini döyüş şəraitində
özbaşına tərk etmə halları baş verməyib.
Eyni zamanda, onun sözlərinə
görə, 2010-cu ildə tabelik münasibətləri olmayan
hərbi qulluqçular arasında qarşılıqlı
münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri
6,8 faiz, texnikanı idarəetmə və istismar
qaydalarını pozma cinayətləri 62,5 faiz və qeyri-hərbi
cinayətlər 18,9 faiz artıb. Təhqiqat orqanlarının
fəaliyyətində qanunların icrasına nəzarət
qaydasında 182 yoxlama keçirilib, nəticədə 2450
qanun pozuntusu aşkar edilib. Bununla əlaqədar 146 nəfərə
xəbərdarlıq edilib, 67 cinayət işi başlanıb,
təhqiqat orqanlarının icraatında olan işlər
üzrə 122 yazılı göstəriş verilib, cinayət
işlərinin başlanmasının rədd edilməsinə
dair 74 qanunsuz qərar ləğv edilib.
"Doktrina" Jurnalistlərin Hərbi
Araşdırmalar Mərkəzinin Azərbaycanın kütləvi
informasiya vasitələri üzərində həyata
keçirdiyi monitorinqin nəticələrinə əsasən
isə, 2010-cu ildə Azərbaycan müdafiə və təhlükəsizlik
sektorunda itkilər ən azı 71 nəfər təşkil
edib, 71 nəfərsə yaralanıb (xəsarət alıb). Əldə
olunan rəqəmlərə görə, müvafiq dövrdə
döyüş itkiləri 17 (16 erməni gülləsi, 1-i
mina partlayışı), qeyri-döyüş itkiləri isə
54 nəfər təşkil edir. Ötən il 7 nəfər xəstəlikdən,
9 nəfər intihardan, 16 nəfər qeyri-nizamnamə hərəkətlərindən,
15 nəfər təyyarə və avtomobil qəzalarından,
6 nəfər müəmmalı hal nəticəsində, 1 nəfərsə
donvurmadan həyatlarını itirmişlər.
Araşdırmalara görə, itkilərin
95 faizi Müdafiə Nazirliyinə tabe hərbi hissələrin
hərbi qulluqçuları, qalanları isə Dövlət Sərhəd
Xidməti, Daxili Qoşunlar və digər güc
strukturlarına aiddir.
Mərkəz ekspertləri hesab edir ki,
2011-ci il təhlükəsizlik və müdafiə sektorunda
itkilərin ümumi sayında da kəskin artım hiss olunur.
Belə ki, 2011-ci ilin geridə qalan dövründə Azərbaycan
təhlükəsizlik və müdafiə sektorunun itkiləri
22 nəfər təşkil edib. Ötən müddətdə
14 nəfər yaralanıb (və ya xəsarət alıb).
Müvafiq dövrdə döyüş itkiləri (erməni
gülləsi) 3 nəfər, qeyri-döyüş itkiləri
isə 19 nəfər təşkil edir. 1 nəfər naməlum
səbəbdən, 2 nəfər qar uçqunundan, 2 nəfər
bədbəxt hadisədən (dəm qazından boğulma), 1
nəfər avtoqəzadan, 3 nəfər xəstəlikdən,
9 nəfərsə qeyri-nizamnamə hadisələrindən
dünyasını dəyişib. 1 nəfərsə intihar
edib. Dünyasını dəyişənlərin 21-i
Müdafiə Nazirliyinin, 1-i isə Daxili Qoşunların hərbi
qulluqçusu olub.
2011-ci il itkilərinin
ümumi siyahısı:
İtkilər
4 yanvar.
2010-cu ilin oktyabrında Tovuz rayon Hərbi
Komissarlığından çağırılmış 19
yaşlı əsgər Tural İbrahimov Müdafiə
Nazirliyinin hospitalında vəfat edib (səbəbləri dəqiq
deyil).
4 yanvar.
DSX-nin Astaradakı zastavasında 2010-cu ilin yanvarında
Ağsu RHK-dan çağırılmış 19 yaşlı
Niyaz İsrafilov sərəncamında olan avtomat silahdan atəş
açaraq əsgər yoldaşı, Yevlax RHK-dan
çağırılmış 19 yaşlı İdris
İsmayılovu qətlə yetirib. DSX-nin məlumatına
görə, hadisə silahla ehtiyatsız davranma nəticəsində
baş verib.
10 yanvar. SQ-nin
Qazax rayonunda yerləşən N saylı hərbi hissəsinin
əsgəri, 1992-ci il doğumlu 15.10.2010-cu ildə Binəqədi
RHK-dan çağırılmış Səfərov Nurlan
Telman oğlu intihar edib.
15 yanvar.
Naxçıvan MR-də əsgərlər - 1991-ci il doğumlu,
2010-cu ilin oktyabrında Sumqayıt şəhər Hərbi
Komissarlığından həqiqi hərbi xidmətə
çağırılmış Bayramov Elşad
İsmayıl oğlu və 1991-ci il doğumlu, 2010-cu ilin
yanvarında Babək rayonundan həqiqi hərbi xidmətə
çağırılmış Həmzəyev Təbriz Vəli
oğlu qar uçqunu zamanı həlak olublar.
17 yanvar. Ermənistan
silahlı bölmələrinin Tərtər rayonunun Çiləbürt
kəndi yaxınlığındakı mövqelərdən
açdığı atəş nəticəsində əsgər,
1990-cı il doğumlu, 2010-cu ilin oktyabrında Sumqayıt
şəhər Hərbi Komissarlığından hərbi xidmətə
çağırılmış Azadəliyev Məmməd
Rasim oğlu şəhid olub.
25 yanvar. MN
Təlim-Tədris Mərkəzinin zabiti, leytenant Rafael Elxan
oğlu Yusifli kirayədə yaşadığı evdə dəm
qazından boğularaq ölüb.
25 yanvar.
Daxili Qoşunların əsgəri, Xaçmaz RHK-dan həqiqi
hərbi xidmətə çağırılmış 18
yaşlı Əliyar Cəfərov vəfat edib. Onun xəstəlikdən
dünyasını dəyişdiyi bildirilir.
25 yanvar. Ermənistan
SQ-nin Ağdamın Cəvahirli kəndi
yaxınlığındakı mövqelərindən
açılan atəş nəticəsində hərbi
qulluqçu, 1985-ci il doğumlu leytenant Zamin Allahverdi oğlu Məmmədov
şəhid olub.
29 yanvar.
Goranboydakı hərbi hissənin əsgəri, 2011-ci il
yanvarın 3-də Birləsuvar RHK-dan hərbi xidmətə
çağırılmış 1992-ci il doğumlu Fərəcli
Nuran Vahid oğlu dünyasını dəyişib. Səbəblər
bəlli deyil.
3 fevral. MN
Naxçıvan MR-dəki hərbi hissəsində Tovuz RHK-dan
çağırılmış Qaybalı Əli oğlu Məhərrəmovun
sərəncamında olan avtomat silahdan açdığı
atəş nəticəsində onun əsgər
yoldaşı, Şərur RHK-dan
çağırılmış Camal Etibar oğlu Abbasov həyatını
itirib. MN-in açıqlamasına görə, hadisə silahla
ehtiyatsız davranış nəticəsində baş verib.
9 fevral.
Ağdam RHK-dan çağırılmış SQ əsgəri
Hüseynov Sarvan Vidadi oğlu Naxçıvandakı hərbi
hissədə böyrək
çatışmazlığından (MN versiyası) vəfat
edib.
11 fevral. MN
Təlim-Tədris Mərkəzinin şöbə rəisi
polkovnik Aydın Allahverdiyev yaşadığı evdə dəm
qazından boğularaq dünyasını dəyişib.
20 fevral.
Müdafiə Nazirliyinin Goranboydakı hərbi hissələrinin
birində baş verən hadisə zamanı 7 nəfər
ölüb. Ölən hərbçilər 1991 və 1992-ci
il doğumludurlar. Hadisənin səbəbləri barədə
hələlik açıqlama verilmir. Siyahı belədir:
Quliyev Naib Fəxrəddin oğlu -
1992-ci il doğumlu, 2010-cu ilin aprelində Beyləqan RHK-dan hərbi
xidmətə çağırılıb; Cavadzadə Cavid Vəkil
oğlu - 1991-ci il doğumlu, ötən ilin yanvarında Mingəçevir
Şəhər Hərbi Komissarlığından hərbi xidmətə
çağırılıb; Suanverdiyev Nurlan Radfel oğlu -
1991-ci il doğumlu, ötən ilin aprelində Ağdam RHK-dan
hərbi xidmətə çağırılıb; Xocberov
Ramazan Abdulla oğlu - 1992-ci il doğumlu, ötən ilin
aprelində Balakən RHK-dan hərbi xidmətə
çağırılıb; Kərimov Əfqan Yaşar
oğlu - 1991-ci il doğumlu, 2009-cu ilin oktyabrında Balakən
RHK-dan hərbi xidmətə çağırılıb;
Hüseynov Əhməd Əhmədalı oğlu - 1992-ci il
doğumlu, ötən ilin yanvarında Ağcabədi RHK-dan hərbi
xidmətə çağırılıb; Quliyev Zakir Etibar
oğlu - 1991-ci il doğumlu, ötən ilin yanvarında
Bakının Yasamal RHK-dan hərbi xidmətə
çağırılıb.
20 fevral. Ermənistan
silahlı qüvvələrinin bölmələrinin
Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə,
Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı
kəndləri yaxınlığında yerləşən
mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin
üzbəüz mövqelərini atəşə tutması nəticəsində
1990-cı il doğumlu, 2009-cu ilin oktyabrında Neftçala
RHK-dan hərbi xidmətə çağırılmış
əsgər Hüseynov Tural Murad oğlu şəhid olub.
23 fevral.
Tovuz rayonunda baş vermiş yol qəzasında əsgər,
1992-ci il doğumlu Ramin Əlisafa oğlu Cəbrayılov hadisə
yerində keçinib.
Yaralılar (və
ya xəsarət alanlar)
6 yanvar. Ermənistan
silahlı bölmələrinin Ağdam rayonunun Mərzili kəndi
ərazisindən açdığı atəş nəticəsində
əsgər, 1991-ci il doğumlu, 2010-cu ilin yanvar ayında
Qaradağ RHK-dan çağırılmış Hüseynov
Ülvi İftixar oğlu döş nahiyəsindən və
sağ qolundan yaralanıb. Əsgərin vəziyyətinin
ağır olduğu bildirilib.
17 yanvar. Ermənistan
silahlı birləşmələrinin Tərtər rayonunun
Qızıloba kəndi yaxınlığında
açdığı atəş nəticəsində 1991-ci
il doğumlu əsgər Vüsət Vasif oğlu Bilalov
döş qəfəsindən yaralanıb. Əsgər
hospitala yerləşdirilib. V.Bilalov 2010-cu ilin yanvar ayında
Şamaxı RHK-dan həqiqi hərbi xidmətə
çağırılıb.
19 yanvar.MN-in
Qazax rayonunda yerləşən hərbi hissəsində əsgər,
Cəbrayıl RHK-dan həqiqi hərbi xidmətə
çağırılmış 18 yaşlı Ramin Behbud
oğlu Quliyev sərəncamında olan avtomat silahdan
açılan atəş nəticəsində
özünü yaralayıb. Yaralı əsgər hospitala yerləşdirilib.
MN-dən bildirilib ki, hadisəyə əsgərin silahla
ehtiyatsız davranması səbəb olub.
20 yanvar. Ermənilərin
cəbhənin Tərtər istiqamətində, Çiləbürt
kəndi yaxınlığında atəşkəsi
pozması nəticəsində Azərbaycan Ordusunun zabiti,
1986-cı il doğumlu Şamil Əli oğlu Sadıqov
ağır yaralanıb.
23 yanvar. Ali
Hərbi Təyyarəçilik Məktəbinin kursantı, Xəzər
RHK-dan hərbi xidmətə çağırılmış
Cəlilov Əfsun Firidun oğlu Gədəbəy RHK-dan
çağırılmış Alməmmədov Mikayıl Azər
oğlunu bıçaqlayıb. Qarın boşluğundan
ağır xəsarət alan Alməmmədov xəstəxanaya
çatdırılıb.
24 yanvar.
Bakı-Qazax yolunun Şəmkir rayonu, Çinarlı kəndi
ərazisində "VAZ-2107" markalı avtomobilin
"UAZ" markalı hərbi maşınla toqquşması
nəticəsində bir hərbçi yüngül bədən
xəsarəti alıb.
17 fevral. Ermənistan
silahlı birləşmələrinin Tərtər rayonunun
Qızıloba kəndi yaxınlığında
açdığı atəş nəticəsində 1991-ci
il doğumlu əsgər Vüsət Vasif oğlu Bilalov
döş qəfəsindən yaralanıb. Əsgər
hospitala yerləşdirilib. V.Bilalov 2010-cu ilin yanvar ayında
Şamaxı RHK-dan həqiqi hərbi xidmətə
çağırılıb.
20 fevral. Ermənistan
silahlı qüvvələrinin fevralın 20-də Füzuli
rayonunun Aşağı Əbdürrəhmanlı kəndi
yaxınlığında atəşkəsi pozması nəticəsində
19 yaşlı əsgər Rzazadə Hikmət Ağa oğlu
yaralanıb. Əsgər hospitala yerləşdirilib. Rzazadə
Cəlilabad RHK-dan hərbi xidmətə
çağırılıb.
22 fevral.
Müdafiə Nazirliyinin Gəncə şəhərində
yerləşən "N" saylı hərbi hissəsində
əsgər Səlimzadə Loğman İlqar oğlu
üçüncü mərtəbədən
yıxılıb. Yaralı əsgər hospitala yerləşdirilib,
onun vəziyyəti kafi dəyərləndirilir. Qeyd edək
ki, L.Səlimzadə 2011-ci ilin yanvarında Ağsu RHK-dan həqiqi
hərbi xidmətə çağırılıb.
23 fevral.
Tovuz rayonunda baş vermiş yol qəzasında beş hərbçi
yaralanıb. Onlar 1987-ci il doğumlu leytenant Elvin Aslan oğlu
Atakişiyev, Qazax Hərbi Prokurorluğunun təcrübədə
olan müstəntiqi, 1984-cü il doğumlu Abbas Kainat oğlu
Bayramov, müddətdən artıq hərbi qulluqçu,
1987-ci il doğumlu Nemət Hümmət oğlu Hacıyev və
əsgərlər - 1992-ci il doğumlu Nuru Adil Zeynalov (Bakı
şəhər Nizami RHK), 1992-ci il doğumlu Əliheydər Əlisa
oğlu Şükürovdur (Neftçala RHK). Polis bölməsindən
verilən məlumata görə, qəzaya pis hava şəraiti
və ehtiyatsızlığın səbəb olduğu ehtimal
edilir. Faktla bağlı araşdırma başlanılıb.
2003-2010-cu illərin itkiləri
"Doktrina" Mərkəzinin
Azərbaycanda KİV və EİV üzərində
həyata keçirdiyi monitorinqin
nəticələrinə görə,
2003-2010-cu illərdə Azərbaycan SQ ən azı 465 hərbi
qulluqçusunu itirib.
Onun 157 nəfəri
döyüş (131 nəfəri
erməni gülləsi, 22 nəfər mina
və sursat
partlayışı, 4 nəfər əməliyyat tədbirləri),
308 nəfəri isə qeyri-döyüş
(58 nəfər intihar,
60 nəfər qəza, 101 nəfər
qeyri-nizamnamə hərəkətləri,
41 nəfər bədbəxt hadisələr, 21 nəfər
müəmmalı və naməlum hadisələr, 26 nəfər
müxtəlif xəstəliklər və s.)
itkiləridir.
Ümumilikdə, 2003-cü ildən bəri
bu və digər səbəblərdən yaralanan və xəsarət
alan hərbi qulluqçuların sayı 376 nəfərdən
çoxdur. Qeyd edək ki, itkilərlə bağlı rəqəmlər
KİV və EİV üzərində monitorinq nəticəsində
ortaya çıxıb. Lakin araşdırmalar göstərir
ki, Azərbaycan müdafiə və təhlükəsizlik
sektorunda baş verən itkilərin bir çoxu mətbuata
sızmır və məlumatlara görə, bu rəqəm
itkilərin ümumi sayının təxminən 25-30 faizini təşkil
edir.
Üzə çıxan budur ki, Azərbaycan
əsgərinin səngərdə sayıqlığı
artıb, amma təəssüf ki, daxili münasibətlərdə
müəyyən ziddiyyətlər,
çatışmazlıqlar var. Belə ki, təhlükəsizlik
və müdafiə sektorunun itkiləri 2007-ci ildən etibarən
qeyri-nizamnamə, "dedovşina", intihar və avtomobil (təyyarə)
qəzaları hesabına kəskin artıb. Ümumilikdə əgər
2003-2006-cı illərdə Azərbaycanda 197 hərbi
qulluqçu həyatını itiribsə, 2007-2010-cu illərdə
bu göstərici 268 nəfər təşkil edib.
Son 4 ildə müxtəlif səbəblərdən
yaralanan və ya xəsarət alanların da sayında
artım hiss olunur. Əgər 2003-2006-cı ildə bu göstərici
137 nəfər təşkil edirdisə, 2007-2010-cu illlərdə
bu göstərici 239 nəfər təşkil edir.
Ayna.- 2011.- 5
mart.- S.9-10.