"Miras" beynəlxalq kinofestivala
çıxarılır
Film 15 nominasiyanın hamısına
iddia edir
Rejissor
Fariz Əhmədovun "Miras" sənədli filmi martın
12-19-da Moskvada XVIII Beynəlxalq "Svyataya Anna"
kinofestivalının əsas müsabiqə bölməsində
iştirak edəcək. Fariz Əhmədovun bildirdiyinə
görə, Rusiya Kinematoqrafçılar İttifaqında təşkil
edilən kinofestivalda 15 nominasiya üzrə 300-dən artıq
bədii, sənədli və animasiya filmi əsas
mükafatlara iddiaçıdır. Festival filmlərini 10 nəfərlik
münsiflər heyəti qiymətləndirəcək.
"Miras"
sənədli filmi ötən ilin oktyabrında Moskvada 30-cu
Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu Beynəlxalq
kino festivalında "Kinematoqrafiya sənətinə sədaqətə
görə" diplomuna, Milli Maarif Kanalı tərəfindən
isə rejissor işinə görə "Maarif" diplomuna,
o cümlədən növbəti filmə görə qrand-pul
mükafatına, dekabrda isə Polşada Beynəlxalq Zubroffka
kino festivalında iştirak edib və festivalın II
mükafatına layiq görülüb.
Fariz Əhmədov
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə Rusiya Dövlət Kinematoqrafiya Universitetində
kinorejissorluq ixtisası üzrə, SSRİ dövlət
mükafatı laureatı A.A.Proşkinin emalatxanasında təhsil
alır. Filmin ssenari müəllifi Esmira Eyyub,
quruluşçu operatoru Fərid Bağırov,
montajçısı Firudin İsmayılov, səs rejissoru
Elşən Aslanzadə, prodüserləri isə Rəşad
Qasımov və Zakir Musayevdir. Film 2010-cu ildə "Bir
addım" film studiyasında istehsal olunub və ilin sonunadək
bir neçə nüfuzlu kinofestivala dəvət alıb.
Z.Rüstəm
Ayna.- 2011.- 12 mart.- S.20.