Şəki Dram Teatrı səfərə çıxır

 

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı martın 12-17-dək Buxarestə beynəlxalq festivala dəvət olunub. Şəki teatrı festivalda rumın dramaturqu Mixail Sebastianın "Adsız Ulduz" və Molyerin "Xəsis" tamaşaları ilə təmsil olunur.

Arayış üçün: "Adsız Ulduz"un rejissoru Əbülfəs Salahov, "Xəsis" tamaşasının rejissoru isə Mirbaba Səlimlidir.

Şəki teatr truppası festivaldan sonra Türkiyənin Giresun vilayətinə yollanacaq. Kollektiv Giresun səhnəsində öz repertuarı ilə çıxış edəcək

 

 

Ayna.- 2011.- 12 mart.- S.20.