Müdafiə və
Təhlükəsizlik sektorunda nələr baş verib? (01- 15 mart)
1 mart.
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri Qərib Məmmədov bildirib
ki, yaxın vaxtlarda komitəsinin mütəxəssisləri
RF-in müvafiq orqanlarının mütəxəssisləri
ilə birlikdə təsdiq olunmuş dövlət sərhəd
xəttinin demarkasiyası (dövlət sərhəd nişanlarının basdırılması) işlərinə
başlayacaqlar.
1 mart. ATƏT-in fəaliyyətdə
olan sədrinin şəxsi nümayəndəsinin mandatına
uyğun olaraq Qazax rayonunun Bala Cəfərli kəndi ilə
Ermənistanın Kayan kəndi arasındakı yolun
yaxınlığında qoşunların təmas xəttində
monitorinq keçirilib.
1 mart. ANAMA partlayıcı sursatların
zərərsizləşdirilməsi sahəsində NATO-nun
Gürcüstanda həyata keçirdiyi layihə çərçivəsində
NATO-nun Maddi-Texniki Təminat və Təchizat Agentliyi (NAMSA) tərəfindən
keçirilən tenderin qalibi olub.
1 mart. Nazirlər Kabineti "Daxili
işlər orqanlarının əməkdaşlarına fasiləsiz
xidmət illərinə görə haqqın ödənilməsi
üçün xidmət illərinin hesablanması
Qaydası"na əlavə edib.
1 mart. Sloveniyanın müdafiə naziri
Lyubitsa Eloşiçin Azərbaycana səfəri zamanı
"Azərbaycan Respublikası MN və Sloveniya Respublikası
MN arasında müdafiə sahəsində əməkdaşlıq
haqqında saziş" imzalanıb.
2 mart. MN-in Zirə qəsəbəsində
yerləşən "N" saylı hərbi hissəsinin əsgəri
Muxtar Ələsgərov (1987) çoxsaylı bıçaq xəsarətləri
ilə xəstəxanaya çatdırılıb.
3 mart. Narkotiklərə nəzarət
üzrə Beynəlxalq Komitənin illik hesabatında qeyd
olunur ki, Əfqanıstandan narkotik maddələrin
daşınması üçün Cənubi Qafqaz ölkələrindən
tranzit kimi istifadə olunur.
3 mart. Müdafiə naziri Səfər Əbiyev
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Metyu Brayzanı qəbul edib.
3 mart. Azərbaycan və Rusiya
arasında sərhədləri müəyyənləşdirən
sərhəd müqaviləsi ratifikasiya üçün Rusiya
Dövlət Dumasına təqdim edilib.
3 mart. Prezident İlham Əliyev Buzovna qəsəbəsinin
Albalılıq yaşayış sahəsində MSN "Şərq"
İstehsalat Birliyinin yeni "AZAD Systems Co" müəssisəsinin
açılışında iştirak edib, "Cihaz"
İstehsalat Birliyinin "Sənayecihaz" Elm-İstehsalat Mərkəzinə
baş çəkib.
3 mart. General-leytenant
Kərim Vəliyev Bakı hərbi birləşməsinə
komandir təyin olunub.
4 mart. BQXK-nın Ermənistandakı
nümayəndələri erməni əsirliyində olan Azərbaycan
ordusunun çavuşu Anar Hacıyeva baş çəkiblər.
A.Hacıyev 2009-cu il mayın 10-da Ermənistan
SQ tərəfindən əsir
götürülüb.
4 mart. Macarıstan
səfərindən qayıdan xarici işlər nazirinin
müavini Xələf Xələfov Ramil Səfərovun
ekstradisiyası ilə bağlı məsələnin həllinə ümid etdiyini bildirib.
4 mart. Ermənistan tərəfinə əsir
düşən Azərbaycan
Ordusunun kiçik çavuşu Roman
Novruz oğlu Hüseynov (1985) ailəsinə məktub
yazıb.
R.Hüseynov Daşkəsəndə N saylı hərbi hissədə
manqa komandiri olaraq aprel ayından avqustun 22-nə qədər
xidmət edib. O, 2010-cu il avqustun 27-də
Ermənistan SQ tərəfindən əsir götürülüb.
4 mart. Milli Məclisin
iclasında "Əlilliyin və uşaqların
sağlamlıq imkanları məhdudluğunun
qarşısının alınması, əlillərin və
sağlamlıq imkanları məhdud uşaqların
reabilitasiyası və sosial müdafiəsi haqqında"
qanuna əlavə edilməsi barədə qanun layihəsi müzakirə olunaraq qəbul olunub.
4 mart. MN bölgələrdəki
hərbi hissələrdə mətbuat nümayəndələri
üçün "Açıq qapı"
gününün keçirilməsinə
başlayıb.
4 mart. Zaqatala
rayonunun Muxax kəndində baş verən yol-nəqliyyat hadisəsi
nəticəsində milli ordunun əsgəri N.Mamıyev xəsarət
alıb və xəstəxanaya yerləşdirilib.
5 mart. Soçidə Azərbaycan,
Rusiya və Ermənistan prezidentlərinin görüşü
keçirilib. Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasına dair apardıqları danışıqların
yekunları ilə bağlı birgə bəyanat qəbul edilib.
Prezidentlər qısa müddət ərzində
hərbi əsirlərin dəyişdirilməsi prosesinin
başa çatdırılmasına dair razılığa gəliblər.
5 mart. MN-in Təlim-Tədris
Mərkəzində baş vermiş insident nəticəsində
leytenant rütbəli şəxs ağır bədən xəsarəti
alaraq Mərkəzi Kliniki Hərbi
Hospitala yerləşdirilib.
6 mart. Ombudsmanın 2010-cu ildəki
fəaliyyətinə dair Milli Məclisə təqdim etdiyi
hesabatında qeyd olunub ki, ötən il Azərbaycanda
vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə
bağlı MN-in Mərkəzi Arxivinə
ünvanlanmış çoxsaylı müraciətlərə,
demək olar, cavab verilməyib.
7 mart. MN mətbuat xidmətinin
yaydığı məlumata görə, son illərdə
nazirliyin hərbi şəhərciklərində yerinə
yetirilmiş tikinti, yenidənqurma, təmir və abadlıq
işləri şəxsi heyətin mənzil-məişət
və yaşayış şəraitini
yaxşılaşdırmaqla yanaşı, onun
döyüş hazırlığı səviyyəsini də
yüksəldib. Belə ki, MN-in 43 hərbi şəhərciyində
tikinti, yenidənqurma və təmir işləri aparılıb.
8 mart. Hökumətin parlamentə
təqdim etdiyi hesabatda bildirilir ki, 2008-ci ilin dekabr ayında Tərtər
rayonu ərazisində dislokasiya olunmuş hərbi hissənin
postuna basqınla əlaqədar həyata keçirilən əməliyyat-axtarış
tədbirləri nəticəsində cinayətdə
iştirak edən "Sahil camaatı" adlı radikal
qruplaşmanın daha 4 üzvü tutularaq istintaqa təhvil
verilib. Qeyd edək ki, sözügedən hərbi hissəyə
basqın edən qruplaşmanın digər 4 üzvü
2009-cu ildə həbs edilib. Hesabatda bildirilir ki,
8 mart. Ermənistan
silahlı bölmələrinin açdığı atəş
nəticəsində Ağdam rayonunun Şıxlar kənd
sakini Fariz Arzu oğlu Bədəlov (8 yaşında)
həlak olub.
9 mart. İrəvanda
baş verən yol qəzasında
9 mart. Türkmənistanın
Azərbaycandakı səfiri Toyli Komekov bildirib ki, yaxın
günlərdə Bakıda Xəzərin hüququ statusu ilə
bağlı beştərəfli
görüş keçiriləcək.
9 mart. Nazirlər
Kabinetinin Milli Məclisə verdiyi hesabatda bildirilib ki, DSX ötən il Türkiyədən
2 yeni itisürətli
sərhəd gözətçi
kateri alıb. Ötən il,
həmçinin ARDNŞ-nin
balansından 1 ədəd
irihəcmli gəmi Sahil Mühafizəsinə
qəbul olunub. Xəzərin ekologiyasının yaxşılaşdırılması məqsədi ilə Sahil Mühafizəsinin bazasında Çexiya istehsalı olan 300 kubmetrlik gücdə təmizləyici qurğu istifadəyə verilib.
Xəzər dənizinin Azərbaycan
sektorunun şimal hissəsində - Xaçmaz
rayonunun Müqtədir
qəsəbəsində şimal
divizionunun inşasına
başlanılıb. Həmçinin 3 irihəcmli sərhəd gözətçi gəmisinin
döyüş imkanlarının
artırılması üçün
müvafiq tədbirlər
görülüb.
9 mart. Erməni hərbçisinin
qətlində təqsirləndirilərək
Macarıstanda ömürlük
həbs cəzası almış Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun macar dilindən tərcümə etdiyi
"Qapı" romanının
təqdimatı keçirilib.
9 mart. Prezident İ.Əliyev
general-leytenant Bəylər
Eyyubovun 1-ci dərəcəli
"Vətənə xidmətə
görə" ordeni
ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
9 mart. ATƏT Minsk Qrupu həmsədrlərinin
Vilnüsdə yaydıqları
birgə bəyanatda bildirilir ki, həmsədrlər prezidentlərin
martın 5-də Soçidə
keçirilən görüşündən
əvvəl və sonra qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması haqqında xəbərlərdən ciddi
şəkildə narahatdır.
9 mart. Prezident İ.Əliyev ölkə
vətəndaşlarının 2011-ci il aprelin 1-dən 30-dək
həqiqi hərbi xidmətə çağırılması
və müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçularının ehtiyata buraxılması haqqında fərman
imzalayıb.
9 mart. DSX-nin Göytəpə sərhəd
dəstəsinin silah-sursat xidmətinin rəisi mayor Raqif Qəniyev
özünə xidməti silahdan atəş açaraq intihar
edib.
10 mart. ATƏT-in fəaliyyətdə
olan sədrinin şəxsi nümayəndəsinin mandatına
uyğun olaraq Goranboy rayonunun Borsunlu kəndinin cənubundakı
təmas xəttində monitorinq keçirilib.
10 mart. Türkiyə Jandarma Baş
Komandanlığının baş qərargah rəisi,
general-polkovnik Fikrət Demirtaş Azərbaycana gəlib.
10 mart. Prezident İ.Əliyev "Azərbaycan
Respublikası DİN Daxili Qoşunlarının hərbi
qulluqçularını təltif etmək haqqında" sərəncam
imzalayıb. Eyni zamanda dövlət
başçısının sərəncamı ilə
polkovnik Ramiz Firudin oğlu Tahirova və DQ Qərargahı rəisinin
birinci müavini Şahin İsgəndər oğlu Məmmədova
general-mayor hərbi rütbəsi verilib. 10 mart. Erməni mənbələri
bildirir ki, təmas xəttinin Tərtərin Yuxarı
Çaylı kəndi istiqamətində atəşkəs
pozulub və Azərbaycan tərəfinin
açdığı atəşlə Ermənistan silahlı
qüvvələrinin 19 yaşlı əsgəri Artur
Ağbabyan öldürülüb. Azərbaycan
MN bu insidentlə bağlı şərh verməyib.
10 mart. Müdafiə naziri Səfər Əbiyev
NATO baş katibinin dəvəti ilə Şimali Atlantika
Şurasının İSAF əməliyyatına töhfə
verən qeyri-NATO ölkələri müdafiə nazirləri
səviyyəsində keçiriləcək görüşdə
iştirak etmək üçün Brüsselə yola
düşüb.
10 mart. BDU rektoru, MM Elm və təhsil
komitəsinin üzvü Abel Məhərrəmov bildirib ki,
magistratura və aspiranturaya daxil olmaq istəyən gənclərə
hərbi xidmətdən möhlət hüququ verilə bilər.
11 mart. MN Şəmkir hərbi birləşməsinin
təşkilat, səfərbərlik və kadrlar bölməsinin
rəisi olmuş polkovnik-leytenant Azər Hüseynov
bıçaqla qollarının damarlarını və
boğazını kəsib.
11 mart. Prezident Serj Sarkisyan Soçi
görüşündə Azərbaycan tərəfinin
mövqeyində müəyyən dəyişiklik olduğunu
iddia etmişdir.
13 mart.ATƏT-in fəaliyyətdə olan
sədri, Litva xarici işlər naziri Audronyus Ajubalis Azərbaycana
rəsmi səfərə gəlib.
14 mart. Həmsədrlər Bakıda
Dağlıq Qarabağla bağlı qiymətləndirmə
missiyasının hesabatını Azərbaycan prezidenti
İlham Əliyevə təqdim ediblər. Hesabat Ermənistan
prezidentinə də təqdim olunub.
14 mart. 2011-ci ilin yanvarında Sumqayıt
ŞHK tərəfindən həqiqi hərbi xidmətə
çağırılmış Pirverdiyev Müzəffər
Rafiq oğlu (1990) Qazaxda yerləşən "N" saylı
hərbi hissədə xəstəlikdən (pnevmoniya) vəfat
edib.
14 mart. Dövlət Departamentinin
açıqladığı son hesabatda bildirilib ki, ABŞ
2012-ci ildə Ermənistana 8 milyon 750 min dollar, Azərbaycana isə
5 milyon 248 min dollar məbləğində hərbi və təhlükəsizlik
yardımı göstərməyi planlaşdırır.
15 mart. Ermənistan MN bəyan edib ki, Ermənistan
və Azərbaycan prezidentləri arasında Rusiya dövlət
başçısının vasitəçiliyi ilə əldə
edilmiş razılaşmaya uyğun olaraq azərbaycanlı əsirləri
qaytarmağa hazırdır.
15 mart. SQ əsgəri, 2010-cu ilin
yanvarında Oğuz Rayon HK-dan
çağırılmış Orxan İlham oğlu Məmmədov
(1991) özünü asaraq intihar edib.
15 mart. Prezident İ.Əliyevin sərəncamı
ilə Xəzər Zahir oğlu İbrahim Azərbaycanın
NATO yanında nümayəndəliyinin başçısı
təyin edilib.
15 mart. MN mətbuat xidmətinin məlumatına
görə, yaxın vaxtlarda SQ hərbçiləri bu tədbirlərdə
iştirak edəcəklər:
21-25 mart. NATO Birləşmiş Əməliyyat,
Birləşmiş Transformasiya və Hərbi Əməkdaşlıq
İdarəsinin Hərbi Əməkdaşlığın
Koordinasiyası konfransı, Lusern, İsveçrə.
21 mart - 1 aprel. Hava əməliyyatları üzrə terminologiya kursu, İzmir, Türkiyə.
24 mart - 2 iyun. FTP-dən əlavə. 6-cı Beynəlxalq Qərargah zabitləri kursu, Liptovski Mikulaş, Slovakiya.
25 mart - 17 iyun. C.Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları
Mərkəzinin Ali Təhlükəsizlik
Araşdırmaları proqramı
çərçivəsində növbəti kursu, Qarmiş-Partenkirxen, Almaniya.
28 mart - 1 aprel. FTP-dən əlavə, "Combined Endevor
2011" təliminin Əsas
planlaşdırma konfransı,
Lissabon, Portuqaliya.
30 mart. FTP-dən əlavə, NATO Məktəbində keçirilən tədbirlərin planlaşdırıcıları mövzusunda seminar. Oberammerqau, Almaniya.
Ayna.- 2011.- 19 mart.- S.9-10.