Fransız pianoçu
Stefan Eskomsun Bakı konserti
Onun gəlişini Fransa Səfirliyi təşkil edib
Fransız pianoçu
Stefan Eskoms Azərbaycanda
Fransız İnstitutunun
dəvətilə 11 və
12 mayda Bakıda
master-klas keçirmiş
və yerli musiqiçilərlə görüşmüşdür.
Onun Jazz Center-də
master-klası cazda improvizasiya və bəstə arasında əlaqələr barədə
olmuşdur. O, azərbaycanlı
musiqiçilərlə görüşmüş,
mayın 12-də Jazz Center-də
solo konsert vermişdir.
Dünyaca ünlü
Stefan Eskoms pianoçu,
akkordeonçu, bəstəkar
və aranjimançıdır.
8 yaşından akkordeon
çalmağa başlayıb.
14 yaşında olarkən
akkordeon orkestrinin tərkibində, klassik musiqi və caz repertuarı ilə, bir sıra
Avropa ölkələrində
(Finlandiya, Monako, Avstriya və s.) festivallarda çıxış
edib. Eyni zamanda, klavesini və sintezatoru da öyrənməyə başlayıb. Bu, ona bir sıra yerli
varyete orkestrlərinin
tərkibində də
çıxış etməyə
imkan verib. 17 yaşında ikən o,
YELLOW JACKETS, WEATHER REPORT qrupları, Mişel Kamilo və digər musiqiçilərlə cazrok
və qarışıq
janr, eləcə də Latın Amerikası musiqisini öyrənməyə başlayır.
Sonra isə PARADOX caz-rok qrupuna daxil olur, onunla
1995 və 1998-ci illərdə,
Frezdə biqband orkestrinin çıxışından,
saksafon festivalında klassik caz musiqisinin
yeni ifasından ibarət iki albom yazdırır. Elə həmin vaxtlar Maria Kristian ilə birlikdə proqressiv rok qrupunun konsertini lentə yazdırır.
Onun sənət
yolu haqqında bilinən budur ki, 1999-cu ildə başlayan və 3 il davam edən
staj dövründə
o, Nansidə Pyer-Alen Qualş, Belçikada isə Mik Ledonn
və Rob Madnadan fərdi caz dərsləri alıb. Bu staj dövründə yaranan dostluq əlaqələri sayəsində
Rob Madnadan Rotterdamda, Mik Ledonndan isə
Nyu-Yorkda fərdi dərs almağı davam etdirib, sonra isə JOCASTELOUMAR qarışıq janr musiqisi qrupunu yaradıb, 2000-ci ildə Meç Milli Konservatoriyasına daxil olub, 2000-2005-ci illərdəki
təhsil dövründə
Musiqi Təhsili Diplomuna, mahir ifaçı mükafatına
və piano-caz konsertinin qalibi diplomuna layiq görülüb.
O, Karla Bley və Stiv Svalovun
dirijorluğu ilə Saar-Lor-Lux orkestrinin tərkibində çoxsaylı
konsertlər verib. Konservatoriyada təhsili dövründəki tanışlıqlar
sayəsində 2001-ci ildən
başlayaraq SANSETS varyete
qrupu və Monsieur Joe fransız musiqisi qrupu ilə qastrol səfərlərində
olub və səsyazma studiyasında musiqi əsərlərini yazdırıb. Bu dövrdə
gənc kubalı müğənni Niver
Navarro ilə
2006-cı ilin noyabrında Jeremi Lirolanın kontrabasda,
Umberto Panini və Damyən
Prüdomun zərb alətlərində müşayiəti
ilə özünün
birinci solo albomunu buraxır. WOIPPPY musiqi məktəbində fortepianoda
caz ifasını tədris edir, Meç Milli Konservatoriyasında Mario Stanşevi
müvəffəqiyyətlə əvəz edir, konservatoriyanın caz şöbəsindəki imtahanlara
mütəmadi olaraq konsertmeyster kimi dəvət olunur. 2007-ci ilin may ayında 12 günlüyə Havanaya gedir, Çuço Valdes,
Barbarito Torres, Emilyo və Emilito del Monte kimi musiqiçilərlə,
Los Şinitos, Los Van Van
qrupları, trubaçalan
el Bola, həmçinin də
Kubanın ənənəvi
və xalq musiqisinin digər adlı-sanlı isimləri
ilə tanış olur.
2007 və 2008-ci illərdə isə Niveri qastrol səfərlərində müşayiət
edib, bu qastrollar 2008-ci ildə Mərakeşdə başa
çatır. 2008-ci ilin
yanvarından o, Jan Mişel
Lojar, Rober Kuperlə və YAMAHA firması ilə əməkdaşlıqda ölkəyə
Plug'n Play Tour səfərinə
çıxır. Bütün
Fransanı əhatə
edən bu səfər oktyabrdan iyunadək davam edir. 2009-cu ildə Fil Kollinzin birinci
solo albomunu buraxır.
Stefan Eskoms bu müğənni üçün
çoxsaylı aranjimanlar
etmiş, onları fortepianoda, hammond, vurlitzer, akkordeonda ifa etmişdir. 2010-cu ildə Jülyən Pötinin caz qrupuna daxil olur.
İyun ayında Müsyö Conun ikinci albomunu buraxıb. Logic Pro kompüter
proqramı təminatı
üzrə I və II
dərəcəli sertifikat
alıb, musiqi layihələrinə dəstək
vermək üçün
Fridrix Buş ilə birlikdə yaradıcılıq studiyası
təşkil edib.
İsmayıl
Ayna.- 2011.- 14 may.- S.20.