Fransız art-striti İçərişəhərdə
Bu düşündürücü
divarüstü kompozisiyalar...
Fransız
art-stritinin iki görkəmli təmsilçisi - fransız rəssamlar
Antonio Qallaqo və Patrik Pinon Bakıya gəliblər. Onlar
Bakıda, Kiçik Qala Fondunun binasında bir sıra əsərlərini
nümayiş etdirmişlər, vernisaj isə mayın 12-də
oldu.
Mayın
7-dən etibarən və altı gün ərzində Antonio
Qallaqo və Patrik Pinon, rəssamlar, qrafika və ya
illüstrasiya sahəsində çalışan bir qrup azərbaycanlı
yaradıcı kollektivi ilə birlikdə İçərişəhərin
divarları və pannoların birinin üzərində
afişalardan ibarət müvəqqəti freska üzərində
çalışırlar. Bu freska onların xəyal etdikləri,
müşahidə apardıqları, fotolar əsasında
çəkdikləri şəkillərin fotosurətindən
ibarət divarüstü kompozisiyalardır.
Fransız
İnstitutu (keçmiş Cultures France), Art es East Fondu və
Kiçik QalArt ilə əməkdaşlıq çərçivəsində
Azərbaycan Fransız İnstitutu və Fransanın Azərbaycan
Səfirliyinin Mədəniyyət Şöbəsi fransız
və beynəlxalq art-stretin görkəmli isimləri,
fransız rəssamlar Antonio Qallaqo və Patrik Pinonu 2011-ci il
mayın 6-dan 15-dək Bakıya dəvət edib.
15
ildən bəri BU BİZİK adlı yaradıcı qurumun
üzvləri olan bu rəssamlar öz əsərlərini Joze
Mariya Qonsales və Roberto Martines ilə birlikdə şəhərin
küçə və meydanlarında numayiş etdirirlər.
Ernest Pinon-Ernestin davamçıları olaraq, bu rəssamlarda
küçə azad və müstəqil bir
yaradıcılıq meydanına çevrilir və belə
mühitdə əməkdaşlıq, sənətkarların
fərdi və kollektiv baxışlarını əks etdirir.
Onlar 2009-cu ildə
Lion byennalında, 2006-cı ildə Grand Palais-də
Force de l'Art sərgisində
iştirak ediblər. Onlar eləcə
də Cənubi Koreyada Gwangiu byennalında və Sarayevoda Shenzen muzeyində sərgi təşkil ediblər.
Belə növ "ratchwork" hər bir iştirakçının
fərdi özəlliklərini
özündə əks
etdirmə vasitəsidir. Divar kağızı
yapışqanı vasitəsi
ilə bərkidilən
bu freska asanca çıxarıla bilər və ya pis hava
şəraitində öz-özünə
yox olacaq. Azərbaycan Fransız İnstitutu və Fransanın Azərbaycan Səfirliyinin
Mədəniyyət şöbəsi
Azərbaycan mədəni
irsinin nadir incisi olan İçərişəhərdə
müasir fransız rəssamlığını gənc
Azərbaycan rəssamlığı
ilə bir araya gətirən layihədə iştirak etməkdən məmnunluq
duyduqlarını ifadə
etdilər.
Rəssam-plakatçılar Patrik Pinon və
Antonio Qalleqo, Mariya Qonsales və Roberto Martineslə birgə çoxillik küçə
təcrübəsinə malik
olan "Un Nous" qrupunu
yaratmışlar. Əsərlərinin ötəri aspektlərində
bu rəssamlar sanki canlı, şən, xüsusi bayram ovqatını görürlər. Onlar əksər
hallarda anonim fəaliyyət göstərərək
küçə rəssamlığı
sənətinin əsas
təcrübələrinə yiyələniblər.
Patrik Pinon illüstrasiya, qrafika və tekstil dizaynı qovuşuğunda
fəaliyyət göstərir. Əksər hallarda
tipoqraf kimi fəaliyyət göstərən
Patrik əsərlərinin
kompozisiyasının əsası
kimi yazılarda bir neçə dəfə təkrar olunan şrifti götürür, bununla da sanki rəssam
tamaşaçıya özünün
daxili həyəcanını
və xəyallarını
çatdırır. Əllə çəkilmiş
hər bir plakatın boyakarlıq təsiri və unikallığı, ona baxan tamaşaçıya
rəssamın emosiyalarını
və ideallarını
çatdırır.
Plakat rəssamı
kimi fəaliyyət göstərən Antonio Qalleqo
küçələrdə səyahət zamanı çəkdiyi foto-şəkillərdən
ibarət kollajlar təşkil edir. Əksər
hallarda onun əsərləri apolitik xarakter daşıyır və gizli sosial
məna daşımır,
lakin bu cəhət, şəhər
mühiti faktoru ilə birgə fəaliyyət Antonioda böyük maraq oyadır və o, öz əsərlərini
üzvi surətdə
ona inteqrasiya etməyə cəhd edir, beləliklə də tamaşaçıda
adət etdiyi yer barəsində yeni təəssürat yaradır. Şəhərin özünü isə
rəssam görüş
və ünsiyyət,
sanki bir media mühiti kimi qəbul edir.
Sənətşünaslara görə, tamamilə bir-birinə əks üsluba malik olan rəssamlar təsiredici kollajlar yaradaraq bir-birini tamamlayırlar.
Əməkdaşlıq bu duetin əsas konsepsiyasını
təşkil edir və o həm qalereyalarda birgə yaratdıqları əsərlərdə,
həm də digər rəssamlarla küçələrdə yaradılan
fərdi kollajlarda özünü göstərir.
Belə bir effekt əsərlərə
daha yüksək spontanlıq, canlı və təsəvvüredilməz
təəssürat yaradır,
bu isə bədii əsərlərə
daha böyük unikallıq və mənalılıq verir.
İsmayıl
Ayna.- 2011.- 14 may.- S.19.