Lyublin Rəqs Teatrı Bakıda
çıxış etdi
Bu teatr öz mənşəyini
müstəqil tələbə hərəkatından
götürür
Lyublin Rəqs Teatrı öz məşhur
"nano" tamaşalarını paytaxt sənətsevərlərinə
nümayiş etdiriblər. Polyak rəqqaslar Azərbaycan Milli
Dram Teatrının səhnəsində öz məharətlərini
göstərdilər və alqışlar qazandılar.
Giriş pulsuz idi. Lyublin Rəqs Teatrının ifasında
"Nano" adlı tamaşanın təqdimatı Polşa
Respublikasının Bakı səfirliyinin yardımı ilə
mümkünləşib.
Sponsorlar:
Polşa səfirliyi, bizim Mədəniyyət və Turizm Nazirliyi,
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Adam
Mitskeviç İnstitutu və Lyublin Şəhər İcra
Hakimiyyəti idi.
Verilən
bilgiyə görə, Lyublin Rəqs Teatrı 2001-ci ildə
yaradılmışdır. Müstəqil tələbə hərəkatından
öz mənbəyini götürən bu qrup illər keçdikcə
öz təkrarolunmaz, sonralar isə həm Polşada, həm
xaricdə asanlıqla tanınan rəqs üslubunu yaradaraq,
Polşada aparıcı müasir rəqs truppalarından birinə
çevrilir. Öz artistik missiyasını ardıcıl
olaraq həyata keçirən qrupun liderləri Lyublin Mədəniyyət
Mərkəzində yerləşən yeni, peşəkar rəqs
teatrının əsasını qoymuşlar.
Truppa
dəfələrlə Polşada, Bıtom, Krakov, Kaliş,
Varşava, Poznan, Lodz, Qdansk, Torun kimi şəhərlərdə
və xaricdə, o cümlədən ABŞ, İsveçrə,
Fransa, Macarıstan, Finlandiya, İspaniya, Litva, Rusiya, Almaniya,
Avstriya, Tunis, Hollandiya, Belarus və Ukraynada beynəlxalq
festivalların iştirakçısı olmuşdur.
"Nano"
tamaşası haqqında onu söyləmək olur ki,
"dünyada insanların 2 tipi var: insanların 2 tipinin
mövcud olduğunu düşünənlər və bunu
düşünməyənlər.
İnsanın
kişi və qadın qismində mövcud olmasının,
ümumiyyətlə, mənası varmı, əgər
vardırsa, o nədən ibarətdir? Bəlkə
"o-qadın" və "o-kişi" birlik,
"Nano"ya oxşar bir şey təşkil edirlər?
"Nano" adi gözlə
görünə bilməyən bir şey deməkdir. Əhəmiyyətsiz,
xırda bir şey deməkdir.
Nəhəng səylər, yaşanan
emosiyalar və Günəş
altında öz yeri uğrunda mübarizə ilə yanaşı, insan həmçinin də öz məhdudluğu ilə
qarşılaşır, "divarın qabağında durur" və öz zəifliyini dərk edərək,
başını divarlara vurur...
İsmayıl
Ayna.- 2011.- 21 may.- S.19.