Orada da aktyora çox pul verilmir

 

Məlahət Abbasova Türkiyə Azərbaycan teatr mühitini müqayisə edir

 

Uzun illərdir Türkiyədə yaşayan, yaradıcılığının əsas qolunu qardaş ölkə üçün, bir hissəsini isə Azərbaycana ayıran İstanbul Bələdiyyə Teatrının aktrisası rejissoru Məlahət Abbasova Bakıya gəlib. Son illər onun sıx gəlişinin səbəbi yaradıcı işlərlə bağlıdır. Aktrisa burada çəkilən filmlərdən təklif alır, eyni zamanda türk kinematoqrafçıları ilə işbirliyi var. Onun əsas işi isə teatrdır. Aktrisa söhbətinə elə teatrla, səhnədə atdığı ilk addımlarını xatırlamaqla başladı:

- Ailə həyatı qurandan bir ay sonra teatr üçün darıxmağa başladım. Amma heç zaman teatrda aktrisa kimi yenidən işə başlaya biləcəyimi fikirləşmirdim. İlk növbədə ona görə ki, dili bilmirdim. Həm mən ailə qurmazdan əvvəl nişanlı olmuşdum. Nişanlım ailəsi mənim aktrisa olmağımı istəmirdi. Mən toydan sonra sənəti atmalıydım. Bu da mənə çox ağır idi. Qismət oldu ki, başqası ilə ailə həyatı qurdum. Yəni Türkiyə vətəndaşı ilə evləndik. Türkiyəyə köçəndə düşünürdüm ki, yəqin, bunlar da türk olduğu üçün heç vaxt ailələrində aktrisa olmasına izin verməzlər. Bir gün həyat yoldaşıma işləmək istədiyimi dedim o da mənə bildirdi ki, mütləq işlə, özü teatrda.

Məəttəl qaldım. Dedi ki, "sən bu sənət üzrə ali təhsil almısan çox böyük əməyin var. Niyə işləməyəsən? Sən öz sənətinə qədər xəyanət edib başqa bir peşə haqqında düşünə bilərsən?" Onun bu sözlərindən elə utandım ki. Daha deyə bilmədim ki, bizim Azərbaycanda qızları aktrisa olmağa qoymurlar, oğullar da çox çətinliklə aktyor olur. Sonra mənim əlimdən tutub şəhər teatrına apardı. Oranın müdiri məni görəndə azərbaycanlı olduğumu biləndə "gəl başla" dedi. Onlar da 3 ay əvvəl Azərbaycana qastrol səfərinə gəlmişdilər Həsənağa Turabov onları mənimlə tanış edərək "bizim teatrın ən istedadlı aktrisalarından biridir" demişdi. 3 aydan sonra mən onların qarşısına çıxanda Türkiyədə ailə qurduğumu biləndə çox yaxşı qarşıladılar. Sonra müqavilə ilə işləməyə başladım diksiyam çox bərbad olduğu üçün diksiya dərslərinə getdim, öz gücümlə, özümü göstərə-göstərə, dil kurslarına gedərək aktrisa kimi yavaş-yavaş səhnəyə çıxmağa başladım. Bunun arxasınca rejissorluq etməyə başladım beləliklə, yerimi tutdum. 11 ildən sonra da İstanbul Bələdiyyə Teatrının ştatına alındım, yəni mən indi orada dövlət ştatında olan bir aktrisayam.

- Aktrisaların sizə yanaşması necə oldu?

- Əgər ilk gündən mən hansısa bir xoşagəlməz yanaşma hiss etsəydim, çox ağır olardı. Çünki Bakıda özümü təsdiq edən bir aktrisa idim, təkcə "Sən həmişə mənimləsən" tamaşasıyla artıq tanınırdım. Tam əksinə, mənə o qədər kömək etdilər. Hətta çox kiçik bir rol oynayanda belə teatrın ən böyük aktyorlarından olan ("Min bir gecə" serialında Burhan bəy rolunun ifaçısı) Metin Çekmez boş vaxtlarını mənə ayırırdı və cümlələri tək-tək intonasiya ilə mənə öyrədirdi. Düzdür, bəzən mənim özümdə də olur, amma ciddi qısqanclıq hələ indiyədək hiss etməmişəm. Onların dost yardımı olmasaydı, bu gün mən bu pillədə olmazdım.

- Son illər Bakıya vaxtaşırı gəlirsiniz. Sizi Bakıya sənət təkliflərimi gətirir?

- Məni bura çəkib gətirən Vətənin qoxusudur. İnsan yaşlandıqca kökünə daha da bağlanır. Oradakı işlərim həm sıx, həm yaxşıdır. Qeyd etdiyim kimi, rejissorluq, aktrisalıq edirəm, televiziyada aparıcı kimi çalışıram. Ayrıca çəkilişlərim olur. Ən əsası, mən anayam. İki övladımın məktəb işləri, tərbiyəsi ilə məşğul oluram. Yaşa dolduqca məni "Azərbaycan, Bakı üçün edə bilərəm" sualı düşündürür. Əvvəllər Bakıdan müəyyən təklif almışam.

Artıq bu ildən hər birini gözdən keçirirəm. Məsələn, indi Mirzə Fətəli Axundzadə haqqında "Sübhün səfəri" adlı film çəkilir mən orda Axundzadənin həyat yoldaşı Tubu xanımı canlandıracam. Bəlkə 3 il əvvəl mən bu təklifi qəbul etməzdim ki, orada işlərim çoxdur. Amma indi deyirəm ki, oradakı işlərimi bir qırağa qoyub bu rolu oynayım.

- Türkiyədə tamaşaçı teatrdan daha çox ekranda izləməyi sevir. Yəni ekranda hansısa bir teatr tamaşası göstərilmir. Buna maraq yoxdur, yoxsa seyrçi tamaşanı teatr səhnəsindən izləmək istəyir?

- Hər bir ölkədə film, ekran işi daha geniş təbliğat vasitəsidir. Teatrın da öz tamaşaçısı var, bəzən çox olur, bəzən az. Düzünü deyim ki, Türkiyə teatrında işə başlayanda mənə görə çox da inkişaf etmiş teatr deyildi. O zaman Azərbaycanda şedevr tamaşalar qoyulurdu mən onların tamaşalarına baxıb müqayisə edirdim. Amma bütün sovetlər ölkəsində eləcə Azərbaycanda iqtisadi böhran yarananda Türkiyədə sənəti yüksəltmək üçün çox gözəl bir siyasət yürütdülər: Orta Asiya ölkələri, Rusiya, Azərbaycandakı tanınmış, istedadlı müəllimləri çox yüksək maaş verməklə istər sənətdə, istər elm sahəsində Türkiyəyə cəlb etdilər. İndi orada çox sayda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiyadan olan müəllimlər işləyir. nəticədə bizim istedadlı müəllimlər gedəndən sonra bura çökdü, ora yüksəldi. Onların sadəcə, özünü yüksəltmələrinə səbəb çox çalışqan işi sevən insanlar olmalarıdır. Bir , əlbəttə, Türkiyədə texnologiya çox inkişaf edib bu da kapitalizmdən irəli gəlir. Həm aktyorları bizimkilərdən çox çalışqandır.

Məsələn, mən tamaşa hazırlayanda səhərdən axşam saat 8-9-a qədər aktyorlarla məşq edirəm, amma yenə mən gedəndən sonra gecə saat 2-3-ə qədər qalıb özləri məşq edirlər. Mən bunu burada görməmişəm. Amma burada bir məsələ pulla bağlıdır. Bizimkilər pul qazanmaq üçün əlavə işlərlə məşğul olmaq məcburiyyətindədir. Ancaq bunu da deyim ki, Türkiyədə aktyorlara çox pul verilmir. Sadəcə, çalışqanlıq onların ruhlarında, canlarında var. Türkiyə teatrı indi çox yüksəkdədir. Bu gün Türkiyə teatrı dünyanın bütün ölkələrinə qastrol səfərinə gedir, dünyanın hər yerindən ən böyük rejissorları gətirirlər. İstanbul Bələdiyyə Teatrında indi Suriyanın ən böyük rejissoru ilə tamaşa hazırlanır. Amerika, Kanada, Almaniya, İngiltərədən rejissorlar gəlir, bunlar da səviyyəni yüksəldir. Bir Türkiyədə teatr festivalları çox keçirilir. Ən əsası isə bizdəki varlı insanlar hələ sənətə pul qoymağa yönəlməyiblər. Orada banklar, şəxsi bizneslə məşğul olan bütün şirkətlər insanlar festivallara incəsənətin müxtəlif sahələrinə daha çox pul qoyurlar. Dövlət buna imkan yaradır. Məsələn, incəsənətə pul qoyan şirkət özəl sektor vergilərdən azad edilir. Dövlət deyir ki, ona verdiyi verginin əvəzinə hansısa festivala pul qoysun. Məsələn, bizim İstanbul Bələdiyyə Teatrında türk-azəri, balkan dilləri, rus, ingilis, alman, ərəb dillərini bilən insanlar var biz İstanbul Məkan Teatr Festivalı təşkil edirik bu festivala 27 ölkənin teatrı gəlir, bu isə 27 tamaşaya baxmaq deməkdir.

 

 

Şəms

 

Ayna.- 2011.- 5 noyabr.- S.20.