Gövhər Həsənzadə
hisslərini notlara köçürüb
Bəstəkar 4
sənətkarla çalışmağın dəyərindən
danışdı
Bəstəkar Gövhər Həsənzadə bir neçə yeni mahnı üzərində çalışır. Əməkdar incəsənət xadiminin söylədiyinə görə, bu yaxınlarda dinləyicilər məşhur sənətçilərin ifasında onun yeni kompozisiyalarını dinləyəcək. Onlardan birində isə Gövhər Həsənzadə hisslərini notlarda əks etdirib:
"Hazırda bizim mətbəxdən isti-isti çıxan məhsulumuz İradə İbrahimova ilə yazdırdığımız "Qəlbimdəsən" mahnısıdır. Onun sözləri Fərhad Şabranlıya, musiqisi mənə, aranjimanı Yaşar Baxışa aiddir. Lirik mahnıdır, özüm çox bəyənirəm. Düşünürəm ki, bugünkü yaşadığım həyat tərzinə daha yaxındır. Rahat bir durum axtarıram, çox rahatlıq istəyirəm və bu musiqi həmin o rahatlayıcı notlar üzərində qurulub, əsəbləri sakitləşdirə biləcək bir musiqi alınıb. Sözləri də düşündürür. Mahnı artıq radio dalğalarında səsləndirilir. Mətbəxin içərisində baş verənlərdən isə, Kərim Abbasovla sözləri Xanım Aydına aid olan "Unutmadım" mahnısı üzərində çalışırıq, o da lirikadır. Kərim onu böyük emosional oxu tərzi ilə ifa edib. Bu, mahnı demək olar, hazırdır. Almaz Ələsgərova ilə bir neçə gün bundan əvvəl çox dinamik, onun səs diapazonu və texnikasına uyğun "Nə zaman dönəcəksən?" adlı sanballı yeni bir mahnı yazdırdıq. Bu kompoziyasının sözləri Cəlal Qurbanov, aranjimanı Yaşar Baxışa məxsusdur. "Nə zaman dönəcəksən?" mahnısına klip də çəkiləcək".
Gövhər Həsənzadə yeni duet mahnılar da hazırlayıb. Yeni bəstələri
Azərbaycan və türkiyəli sənətçilər ifa edəcək: "Elnur
Məmmədov Türkiyədən mənim aldığım
təklif əsasında Ayla İşel adlı bir sənətçinin
buraxacağı albomda onunla
bərabər mənim mahnımı ifa edəcək.
Türkiyə versiyası üzərində hazırda kamanlar, canlı orkestr
yazıları artıq başa çatmaq üzrədir. Ayla
İşel və Elnur
Məmmədovun ifa edəcəkləri
"Əlimi burax" mahnısını
vaxtilə Ziyafət Yaqubova səsləndirib.
Bu mahnının sözlərini də özüm yazmışam. Elnur
Hüseynov isə Türkiyədən olan Rumeysa Tikiloğlu
adlı sənətçi xanımla mənim
mahnılarımdan birini duet
ifa edəcək. Hazırda həmin bəstələr
üzərində seçim edirik".
Gövhər
Həsənzadə bir çox tanınmış sənətçilərin
onun bəstələrini ifa etdiyini xatırladır. Lakin
mahnılarını ifa etməsini arzuladığı
başqa sənətçilər də az deyil:
"Onların da mənim mahnılarımı ifa etmələrini istəyirəm. İlqar Muradov, Elmira Rəhimova, Yalçın Rzazadə və Mübariz Tağıyev... Mübariz müəllimlə "Bu il qələbə ilidir" adlı vətənpərvərlik mövzusunda mahnımız var və onu başa çatdırmaq üzrəyik. Bu dörd sənətkarın ifasında bir il ərzində heç olmasa hərəsindən bir mahnı eşitmək istəyirəm. Bu sənətkarların ifalarını sevirəm və onların mahnılarımı səsləndirmələrini çox arzulayıram. O zaman mən artıq özümü mahnı bəstəçisi kimi tam təsdiqləmiş hesab edərdim".
Xatun
Ayna.- 2011.- 19 noyabr.- S.21.