Akademik Topçubaşov haqqında sənədli film çəkilib

 

Noyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində xalq artisti, reijssor Yalçın Əfəndiyevin "Yaddaş" sənədli filmlər studiyasında dövlət sifarişi ilə çəkdiyi "Mustafa Topçubaşov. Əsrin fonunda portret" sənədli filminin təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, film Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin təməl daşını qoyanlardan biri olan akademik Mustafa bəy Topçubaşovun ömür yolundan bəhs edir.

Filmin ssenari müəllifləri Nadejda İsmayılova, Yalçın Əfəndiyev, rejissoru Yalçın Əfəndiyev, operatoru Adil Abbas, səs rejissoru Teymur Abdullayevdir.

 

 

Ayna.- 2011.- 19 noyabr.- S.20.