"Sehrli xalat" bərpa olunub

 

Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birlikdə "Sehrli xalat" filmini bərpa edib. Bu barədə Film Fondun mətbuat katibi Rəşad Qasımov məlumat verərək bildirib ki, bərpa işləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

"Sehrli xalat" filminə Əlisəttar Atakişiyev 1964-cü ildə quruluş verib. Bəstəkarı Arif Məlikov, quruluşçu operatoru Teyyub Axundovdur. Əsas rollarda Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Yusif Şeyxov, Solmaz Hətəmova, Azər Qurbanov oynayır. Film nağıl janrında çəkilib və uşaqların sevimli filmlərindən biridir.

 

 

Ayna.- 2011.-  26 noyabr.- S.20.