"İncəsənət
tariximizin pillələri"
Bakıda bu
adda sərgi açılıb
Muzey Mərkəzində Mədəniyyət
və Turizm Nazirliyinin
təşkilatçılığı ilə "İncəsənət
tariximizin pillələri" adlı sərginin
açılışı olub. APA-nın məlumatına görə, sərginin təşkilində
məqsəd Azərbaycan xalqının 1940-1980-ci illərdə
yaşadığı tarixi dövrün özəlliklərini göstərən,
sənət tarixində özünəxas yer
tutan nadir sənət
incilərinin mərhələli surətdə nümayişidir.
Mədəniyyət və Turizm Nazirliyi incəsənət şöbəsinin
sektor müdiri Qalib Hüseynov sərgidə
çıxışında bildirib ki, eyniadlı sərgi nazirlik
tərəfindən 2010-cu ildə də keçirilib:
"Həmin sərgidə Azərbaycan Milli
İncəsənət Muzeyinin fondundan seçilən, 20-ci əsrin əvvəllərindən
1940-cı ilədək yaradılan əsərlər nümayiş olunub". Rəssamlar
İttifaqının katibi Ağəli İbrahimov qeyd edib ki, ekspozisiyada
nümayiş etdirilən əsərlər
Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm
Qalereyasının fondlarından seçilib.
Sərgilənən əsərlər sırasında
Mikayıl Abdullayev, Böyükağa
Mirzəzadə, Tahir Salahov,
Toğrul Nərimanbəyov, Nadir Əbrürrəhmanov, Xalidə Səfərova
və digər rəssamların əsərləri var. Sərgi noyabrın 28-dək davam edəcək.
Ayna.-
2011.- 26 noyabr.- S.20.