Boşanma
ən çox uşaqlara
təsir edər
Çünki
onların baxışında ailə son dərəcə
mühüm bir müəssisədir
Boşanma ailə üçün
mühüm bir qərardır. Bir çox ana-ata
uşaqlarını düşünərək bu qərarı
təxirə salar və ya boşanmanı heç
düşünməz. Uşaqların həm bioloji, həm də
psixoloji inkişaf mərhələlərinin sağlam
olması üçün onların yaxşı bəslənmə
qaynaqlarına ehtiyacı var. Bu qaynaqları, ilk planda
uşağın doğulub böyüdüyü ailə
mühiti təmin edər. Daha sonra isə təhsil mərhələlərində
bu bəslənmə davam edər. Ana-ata olma öhdəlikləri
və məsuliyyətləri olan bir vəziyyətdir. Bir yerdə
yaşayan, rolların müəyyən olduğu, mənəvi
dinamiklərin möhkəm bir şəkildə zireh meydana gətirdiyi
ailələrdə uşaqlar daha sağlam inkişaf edər.
Qarşıdurmanın, eqoist və təktərəfli
dünyagörüşünün hakim olduğu, hər fərdin
öz mənfəətlərini ön plana
çıxardığı bir mühitdə isə
uşaqların psixologiyası zamanla pozular.
Psixoloqlar bildirirlər ki, boşanma, ən
çox uşaqlara təsir edər. Çünki onların məsum
baxışında ailə son dərəcə mühüm
bir müəssisədir. Ana və atanın bir yerdə
olması uşağa güvən və hüzur verər.
Davamlı qarşıdurma və döyüş mühitinin
olması, uşağın həyata baxışını,
dünyagörüşünü zədələr.
İç dünyası sarsılan uşağın
davranışlarında ciddi pozulmalar görülər.
Ana-atalar özlərinə daha dolanışıqlı bir ailə
qurmaq üçün dolanışıqsız mühiti tərk
edib, öz səadətlərini ararkən, onların bədbəxtliyinə
səbəb olarlar. Uşaqların həyatdakı ən
mühüm güvən simvolu olan ana və ata birliyinin
pozulması onlarda psixiatrik problemləri də gücləndirə
bilər.
Boşanma müddəti və
sonrasında uşaqların ruh sağlamlığının
diqqətə alınması lazımdır. Psixoloqlar bu fikirdədir
ki, ideal olaraq ana-atalar öz qarşıdurmalarını
uşaqlarına əks etdirməyib, boşanma sonrasında da
uşağın bu müddətdə meydana gələ biləcək
mənfiliklərdən təsirlənməsini
düşünməlidirlər. Valideynlərin ayrılaraq
özlərinə hüzuru seçmələri
uşaqlarının bədbəxtlik və
narahatlığı ilə nəticələnirsə,
boşanma qərarı da eqoist və təktərəfli bir qərar
olaraq ortaya çıxmaqdadır. Burada hər ana-atanın
"Bəs onların xoşbəxtliyi nə olacaq? Bəs
onların duyğuları nə olacaq?" şəklində
düşünərək təktərəfli qərar verməkdən
qaçması lazımdır.
İdarə edilə bilən və ya
düzəldilə bilən səviyyədəki ailəvi
stressi aradan qaldırmaq üçün,
özümüzü xoşbəxt ovqata kökləmək
üçün uşaqlarımızı bədbəxtliyə
itələməməliyik. Uşaqlarda mümkün psixoloji
çətinlikləri isə zamanında fərq edərək,
dəstək müddətini başlatmalıyıq.
İnkişaf müddətini tamamlamamış
uşaqların iç dünyalarının zədələnməməsi
üçün edilməsi lazım olan hər şey edilməlidir.
Ana-ata ayrılığı yaşayan uşaqların evlilik
düşüncələrində pozulmalar, evlilik həyatlarında
daha sıx sarsıntılar, şəxsi həyatlarında isə
daha çox psixiatrik problemlər görülməkdədir.
Valideynlər boşanma qərarı verməzdən əvvəl
uşaqlarının bütün həyatını göz
önünə götürməli, qərarlarının nəticələrini
vicdanlarında hiss etməlidirlər.
A.Akif
Ayna.-
2011.- 22 oktyabr.- S.5.