"Cavad xan" Varşavada nümayiş olundu

 

Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, "Ulus Film" prodüser mərkəzinin təşkilatçılığı ilə "Cavad xan" filmi Polşanın paytaxtı Varşavada "Kino Kultura" kinoteatrında nümayiş olunub.

"Ulus Film" prodüser mərkəzinin rəhbəri Gəray Əlibəyovun qəzetmizə bildirdiyinə görə, Azərbaycanın Polşa səfirliyinin təşkilatçılığı nəticəsində nümayişdə müxtəlif dövlətlərin səfirliklərinin nümayəndələri, ziyalılar və incəsənət xadimləri, tələbələr iştirak edib. Tədbiri ölkəmizin Polşa səfiri Həsən Həsənov açıb. Filmin ssenari müəllifi Sabir Rüstəmxanlı, quruluşçu rejissoru Rövşən Almuradlı və xalq artisti Amaliya Pənahova seyrçilər qarşısında çıxış ediblər. Nümayişdən dərhal sonra yerli kinorejissorlar və prodüser mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib.

 

 

Ayna.- 2011.- 24 sentyabr.- S.20.