Döşlə əmizdirmənin 50 faiz olması təkcə səhiyyənin problemi deyil

 

Baş pediatr bunu həm sosial problem hesab edir

 

Azərbaycanda "Körpə erkən yaşlı uşaqların qidalanması haqqında" qanun hələ 2003-cü ildə qəbul edilib. Lakin əfsuslar olsun ki, ölkədə körpələrin ana südü ilə qidalanma səviyyəsi qənaətbəxş deyil. Bu fikrin arxasında aparılan tədqiqatlar dayanır. Yeri gəlmişkən, ana uşaqların sağlamlığının keşiyində dayanan həkimlər ana südü ilə qidalanma səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğulayırlar.

SN Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyevin qənaətincə, ana südü ilə qidalanma uşaq sağlamlığının bir nömrəli məsələsidir. Ölkənin baş pediatrı deyir ki, uşağın ana südü ilə qidalanması təbiətin qanunudur. Doğulan hər bir körpə ana südü ilə qidalanmalıdır! Amma təəssüflər olsun ki, ölkəmizdə bu, belə deyildir.

N.Quliyev deyir ki, hələ ötən əsrin 80-ci illərindən başlayaraq bütün dünyada ana südünün əhəmiyyəti haqda çoxsaylı genişmiqyaslı tədbirlər keçirilməyə başlayıb:

"Yadımdadır, 1992-ci ildə biz beynəlxalq konfransda iştirak etmək üçün statistik araşdırma aparanda məlum oldu ki, Azərbaycanda ana südü ilə qidalanan uşaqlar cəmi 25 faiz təşkil edir. Qalanları isə süni qidalarla bəslənir. O zaman Səhiyyə Nazirliyi UNICEF ilə birgə ana südü ilə qidalandırılma ilə bağlı milli komitə yaratdı. Dövlət səviyyəsində tədbirlər görüldü. Nəhayət 2003-cü ildə "Erkən yaşlı uşaqların ana südü ilə qidalandırılması haqqında" qanun qəbul edildi. Qanunda ana südü ilə qidalanmanın təbliği, süd verən analara qayğının artırılması, süni qidalara nəzarətin artırılması nəzərdə tutulub". Son statistik araşdırmalar göstərir ki, 1 yaşına qədər ana südü ilə qidalanan körpələr Bakı üzrə 48,5 faiz təşkil edir. Rayonlarda kəndlərdə isə bu rəqəm 50 faizi ötür. N.Quliyev deyir: "Əlbəttə, bizim hədəfimiz bu deyil. Təbiətin qanunlarına tibb elminə əsasən, hər 100 körpədən 95-98-i ana südü ilə qidalanmalıdır".

Bunun üçün maarifləndirmə təbliğat işləri vacibdir. Sevindirici haldır ki, Səhiyyə Nazirliyi, Heydər Əliyev Fondu belə birgə bu mövzuda tədbirlər keçirilməsinə önəm verir. Özü bu tədbirlər kampaniya deyil, silsilə xarakterlidir. Yeri gəlmişkən, bu günlərdə Sumqayıtda, Qubada fondun UNICEF-in dəstəyi ilə həkim tibb işçiləri ilə görüşlər keçirilib. Lənkəranda Şəkidə belə görüşlər keçiriləcək. Bundan başqa, adları çəkilən hər iki qurum müştərək olaraq ana südünün əhəmiyyəti, döşlə əmizdirmənin təbiiliyi ilə bağlı "Həyata ilk addım" adlı sənədli film çəkiblər".

Dövlətin bu məsələyə diqqət yetirdiyini vurğulayan N.Quliyev onu da əlavə etdi ki, Səhiyyə Nazirliyinin bu sahədə xeyli görməsinə baxmayaraq, təbliğat işləri daha da genişləndirilməlidir:

"Bilirsiniz, mən bu qənaətdəyəm ki, tək əldən səs çıxmaz. Bir bu elə məsələdir ki, ancaq Səhiyyə Nazirliyinin təbliğat aparmasına ümid etmək olmaz. Dövlət, KİV, din, elm, ictimai xadimlər, həkimlər, tibbi personal, jurnalistlər, bir sözlə, hamı ana südünün təbliğinə töhfə verməlidir. Çünki mövcud durum, statistik rəqəmlər göstərir ki, təkcə səhiyyənin deyil, həm cəmiyyətin problemidir. Ona görə onun həllinə hamı çalışmalıdır!"

Ölkənin baş pediatrı bizimlə söhbətində ana südünün faydaları üstünlükləri haqda da danışdı. Elmi araşdırmalara istinadən qeyd etdi ki, ana südü ilə qidalanan uşağın orqanizmi daha möhkəm, immuniteti yüksəkdir. Demə, süni qidalarla bəslənən körpələrdə ishal hallarına düz 17 dəfə çox rast gəlinir.

Azərbaycan Tibb Universitetinin neonatalogiya kafedrasının assistenti, tibb elmləri namizədi Naibə Məmmədova hesab edir ki, süni qida məhsullarının istehsalı, məhsulların geniş çeşiddə satışı ana südü ilə qidalanmanın səviyyəsinin azalmasına təsir göstərir:

"Bəlkə körpələri toz qarışıqları ilə qidalandırmaq bəzi analara asan görünə bilər. Amma onlar bilməlidirlər ki, körpəni ana südü ilə qidalandırmaq həm ananın özünün, həm körpəsinin sağlamlığı üçün vacibdir. Fikrimcə, analar bunu tam mənada anlayarsa, heç bir ana uşağını süddən məhrum etməz".

Müsahibim 25 illik təcrübəsinə arxalanaraq söyləyir ki, körpələrin ana südü ilə qidalanma səviyyəsini yüksəltmək üçün doğum evlərində maarifləndirmə işləri vacibdir. Artıq məlumdur ki, körpə doğulandan həmən sonra ananın südü daşıb-tökülmür. İlk 3 gündə ancaq moloziya əmələ gəlir. Bu zaman körpəni moloziya ilə qidalandırmaq lazımdır:

"Doğum şöbələrində şahidi olmuşam ki, anada laktasiya yaranmasını gözləmir qida tozlarını əmziklər vasitəsilə körpələrə verirlər. təcrübəsiz analar, tibbi heyət anada südün artmasına çalışır. Analardan körpəyə niyə ana südü vermədiyini soruşanda isə hələ doğum şöbəsində südün az olduğunu, uşağın doymadığını əsas gətirərək çıxış yolu olaraq süni qida qarışıqlarına müraciət etdiklərini bildirirlər. Deməli, artıq doğum evində uşaqlar analar buna yönəldilir. Ananın da uşağa süd vermək meyli yaranmır. Qida tozunu əmzikdən içən körpənin döş əmmə refleksi zəifləyir".

N.Məmmədova hesab edir ki, doğuşayardım müəssisələrinin bütün tibb personalı süni qida qarışıqlarına qarşı mübarizə aparmalı, ana südünün qiyməti dərk olunmalıdır. Onun sözlərinə görə, elmi jurnallarda dərc edilən tibbi məqalələrin sayı artmalıdır. Əlbəttə, anaların oxuduğu populyar jurnallarda da bu barədə geniş məqalələr yazılmalıdır:

"Telekanallarda analara məsləhətlər verilməli, ana südünün dəyəri haqqında həqiqətlər dəfələrlə söylənməlidir. Maarifləndirmənin, təbliğatın böyük əhəmiyyəti var. Ən əsası, 30-40 il çalışan tibb işçilərinin bilikləri yenilənməlidir. Ondan sonra anaların maarifləndirilməsi, ən əsası, ölkədə döşlə əmizdirmənin səviyyəsi əhəmiyyətli dərəcədə yüksələcək".

Sumqayıtın baş pediatrı Xalidə Quliyevanın sözlərinə görə, ana südü təbiətin ən səxavətli hədiyyəsi yeni doğulan üçün ən mükəmməl qidadır:

"Ana südündə xəstəlikləri əngəlləyən antitellər var. Döşlə qidalandırılan uşaqlar virus bakterial infeksiyalara daha az tutulur. Onlarda əmziklə qidalandırılan uşaqlarla müqayisədə daha az allergiya halları müşahidə edilir. Bundan başqa, uşağını əmizdirən analarda süd vəziləri xərçəngi riski azalır. Bu azmış kimi hamiləlikdən sonra arıqlama prosesi daha sürətli gedir, həmçinin arzuolunmaz hamiləlikdən qorunmaq üçün mükəmməl bir vasitə rolunu oynayır. Döşlə əmizdirmə uşağın əqli inkişafını sürətləndirir. Sübut olunub ki, ana südünün tərkibindəki yağ turşuları əsəb sisteminin düzgün formalaşması üçün əhəmiyyətli rola malikdir. Amin turşuları dölün gözünün tor qişasının inkişafı üçün vacibdir. Ana südü ilə qidalanan uşaqların görmə qabiliyyətinin beyninin yaxşı inkişafı bunun yaxşı göstəricisidir. İnək südünün əsasında dəmirlə, başqa mikroelementlərlə, yağ turşuları ilə zənginləşdirilmiş süni qidaları təbii strukturu olan ana südü ilə müqayisə etmək çətindir. heç zaman ana südünün əvəzləyicisi ola bilməz! Digər tərəfdən, körpəsini ana südü ilə qidalandıran qadınlar uşağı sevgi, diqqət, qayğı mühitində böyüdürlər ki, bu da uşağın əqli qabiliyyətinin inkişafına, əlbəttə ki, müsbət təsir göstərir. Döşlə süd əmizdirmə bir möcüzədir, təbiətin təbii hökmüdür. Ana südündə bizə məlum olmayan ağıl eliksiri mövcuddur, bu da uşağın sağlamlığına mənəviyyatına da təsir edir. Ana südü ilə qidalandırılan uşaqlar süni qida ilə bəslənənlərlə müqayisədə öz valideynlərinə daha sıx bağlıdırlar".

X.Quliyeva misal çəkir. Bu yaxınlarda Fransada aparılan araşdırmada müəyyən edilib ki, azyaşlı cinayətkarların, demək olar, 96 faizi körpəlikdə ana südü ilə qidalanmayıblar...

 

 

Aynurə  

 

Ayna.- 2011.- 24 sentyabr.- S.18.