Şagirdlər seçdikləri peşələrə həvəslə yiyələnirlər

 

2 nömrəli Bakı Peşə Liseyinin  uğurları əvvəlki illərlə müqayisədə xeyli artıb. Liseyin maddi bazası ildən-ilə möhkəmlənib və inkişaf etdirilib. Liseydə zəngin fənn kabinetləri və laboratoriyalar fəaliyyət göstərir. 

Liseydə 335 şagird təhsil alır. Onlar təmirçi, çilingər-qaynaqçı,  xarrat-dülgər, parket ustası, elektrik montyoru, əməliyyatçı  mühasib, mühasib, fərdi kompüter operatoru ixtisaslarına yiyələnirlər.

Liseyin direktoru Razim Mirzəyev bildirib ki, şagirdlər seçdikləri ixtisasları dərindən öyrənmək üçün xarrat-dülgər, təmirçi çilingər, qaynaqçı, təmir, qaynaq, yığma işləri üzrə fəaliyyət göstərən 4 emalatxanadan istifadə edirlər. Həmçinin liseydə digər ixtisaslar üzrə yaradılmış 3 fənn kabineti    müasir tələblərə cavab verir. 

İstehsalat təlimi ustalarından Çərkəz İsgəndərov, Ədalət Kərimov və Nəzakət Məmmədova  təhsil ocağının bütün işlərində fəal iştirak etməklə bərabər, öz peşələrinin sirlərini   şagirdlərə həvəslə öyrədirlər.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 14 yanvar.- S.5.