Ötən il "Microsoft-Azərbaycan"
üçün uğurlarla
yadda qaldı
Microsoft korporasiyası
ötən ili müvəffəqiyyətlə başa vurub. Şirkətdən verilən
xəbərə görə, 2010-cu ildə Microsoft
ölkəmizdə yeni
Windows 7 əməliyyat
sistemini və azərbaycandilli versiyasını təqdim etdi. Windows 7-nin
lokallaşdırılması nəticəsində Microsoft məhsullarında
istifadə olunan əmr və sözlərdən
ibarət Azərbaycan lüğəti (Glossary)
yaradılmış, interfeys Azərbaycan
dilinə
lokallaşdırılmışdır (Language
Interface Pack).
2010-cu
ildə "Microsoft-Azərbaycan" şirkəti Təhsil
Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
və HP şirkətilə birlikdə yerli tərəfdaşların
- Bestcomp və ULTRA - dəstəyilə əhalinin müxtəlif
təbəqələrinin yüksək keyfiyyətli
kompüter və lisenziyalı proqramlarla təmin olunmasına
istiqamətlənən "Xalq kompüteri" layihəsinin
yeni mərhələsini başladı. Yeni mərhələdə
güzəştli şərtlərlə kompüter almaq
imkanından məktəb müəllimləri ilə
yanaşı tələbə, şagird və ali məktəb
müəllimləri də bəhrələnə biləcəklər.
2010-cu
ildə Microsoft Azərbaycanın təhsil sistemi çərçivəsində
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsindəki
fəaliyyətini davam etdirdi. "Microsoft-Azərbaycan"
şirkəti "2008-2012-ci illərdə Təhsil Sisteminin
İnformasiyalaşdırılması üzrə Dövlət
Proqramı"nın həyata keçirilməsində Təhsil
Nazirliyinin fəal tərəfdaşlarından biridir.
"Microsoft-Azərbaycan" və Təhsil Nazirliyinin tərəfdaşlığı
bir neçə istiqamətlərdə inkişaf edir: orta təhsildə
innovasiyaların tətbiqi, təhsil prosesində İT-alətlərinin
istifadəsi üçün müəllimlərin peşəkar
imkanlarının genişləndirilməsi və İnternetdə
uşaqların təhlükəsizliyinin təmin edilməsi.
Bundan
əlavə, Microsoft korporasiyasının Təhsil Nazirliyinə
güzəştli şərtlərlə təqdim etdiyi
lisenziyalı proqram təminatı Azərbaycanın
bütün məktəblərini leqal proqram təminatlarının
ən son versiyaları ilə təmin etməyə imkan verdi.
Səmərəli
əməkdaşlıq çərçivəsində
Microsoft şirkəti Azərbaycanda yerli innovativ müəllimlər
müsabiqəsini keçirir. Müsabiqənin qalibləri
ölkəni Avropa və dünya forumlarında təmsil edirlər.
Ötən il İlhamə Əkbərova ilk dəfə olaraq
Azərbaycanı CAR-da keçirilmiş Ümumdünya
İnnovativ Müəllimlər Forumunda təmsil etdi.
Ümumiyyətlə,
Microsoft korporasiyası ölkədə informasiya-kommunikasiya
texnologiyalarının inkişaf səviyyəsini yüksək
qiymətləndirir və bundan sonra da Azərbaycanla əməkdaşlığa
davam edəcək.
Azərbaycan
müəllimi.- 2011.- 14 yanvar.- S.13.