"Rinay" Malakofauna Muzeyi 26 yaşını qeyd edir

 

Bu maraqlı muzeyin yer problemi var

 

Dünya kataloqlarında Bakının görməli yerləri siyahısında yer alan bu muzey İbrahim Məmmədov küçəsində şəxsi mənzildə yerləşir. Azərbaycanda ilk şəxsi muzey kimi təşkil edilmişdir. Təməlini SSRİ-nin fəxri neftçisi Sadıq Kərim bəy oğlu Qarayev hələ 1932-ci ildən qoymağa başlamışdır. O vaxt Qarayev SSRİ-nin ABŞ-da neft üzrə eksperti idi. Onun eksponatlarının sonradan zənginləşdirilməsi sistemləşdirilməsi işini onun oğlu, geologiya-mineralogiya elmləri üzrə mütəxəssis, professor Tofiq Qarayev davam etdirmişdir.

Onunla söhbətimizdə öyrənirik ki, "Rinay" muzeyinin kolleksiyasında dünyanın müxtəlif okean, dəniz göllərindən tapılmış 2000-dək molyusk qabığı (pelesipoda, qastropoda) nümunələri təqdim olunur. Sistemləşdirilmiş malakofauna 86 cinsdə nümayiş etdirilir. Burada müasir dəniz yerüstü fauna molyusklarından başqa eyni zamanda 2 mln. il bundan öncə Ağcaqıl Abşeron paleodənizlərində mövcud olan şirin su molyusk qabıqları ayrıca stendlərlə təqdim olunur. Onlardan bəzi örnəklər Avstraliya, Argentina, İndoneziya milli muzeylərində nümayiş etdirilir.

Molyusk qabıqlarına hərs edilmiş geniş elmi materiallara əsasən professor Qarayev yeni cins Dzejrantçholia bir neçə digər yeni növ molyusklar kəşf etmiş onların monoqrafik təsvirini vermişdir. Muzey sərgilərində eyni zamanda dəniz ulduzlarının, kirpilərin tısbağaların nümunələri nümayiş etdirilir. Bu muzey paleontoloqlar, paleocoğrafiyaçıların maraq göstərdiyi yerdir.

Tofiq müəllim bizim suallara təmkinlə çox lakonik şəkildə cavab verirdi. Həyatını elmə həsr etmişdir. BDU-nu mühəndis-geoloq ixtisası üzrə bitirib. 1970-ci ildə Ukrayna EA geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Bir sıra elmi kəşflərin, elmi əsərlərin müəllifidir.

Çox maraqlı insandır Tofiq müəllim.

Elm öz yerində, həm beynəlxalq dərəcəli hakimdir, 50-ci illərdə yüngül atletika üzrə SSRİ çempionu olub. İndi isə Milli Olimpiya Komitəsinin vitse-prezidentidir. Eyni zamanda 1998-ci ildən etibarən Azərbaycan Yüngül Atletika Federasiyasının vitse-prezidentidir.

Danışır ki, yoxlanmış donor olduğundan 90-cı illərdə Qarabağ müharibəsi getdiyi vaxtlar təmənnasız olaraq yaralılara qan verirmiş. Damardan-damara. Bir danışır ki, Qara dənizdə Xəzərdə bir neçə nəfəri boğulmaqdan qurtarıb, ona görə adına zarafatla "xilaskar" deyirlər.

Bəs niyə "Rinay"? Muzeyin bu adı anlam daşıyır? Deyir:

- Bilirsiniz, məndən öncə bu işin əsasını atam qoyub. Bu işə əvvəllər hobbi kimi baxırdı, çünki onun ətrafında olan ziyalı dostlarının hərəsinin bir hobbisi vardı. Atam müxtəlif dənizlərdən çıxardığı eksponatları evə gətirirdi. Onların çoxunu Azərbaycan Tarix Muzeyinə verib. Bu hardasa 1932-36-cı illərə təsadüf edir. Etiraf edim ki, müharibə illərində mən bu eksponatların çoxunu çörək, yemək, paltar müqabilində dəyişirdim. O vaxtlar bunların kimi dəyərə malik olduğunu anlamırdım. Deyim ki, dünyada malakofaunaya aid yeddi muzey var. Bunlardan biri Ukraynada, biri Pribaltikada, dördü Rusiyada... Qafqazda isə bu yeganədir. Dünyanın üç okeanından demək olar, bütün dənizlərindən eksponatlar var bu muzeydə. Bu muzeyi 1986-cı ildə Elmlər Akademiyasının prezidenti olan Eldar Salayevin köməyi ilə rəsmən qeydiyyata aldırdım. Qədim Axçaqıl, Abşeron Xəzər dənizlərindən tapılan eksponatlar bu muzeydə cəmləşib. Dörd il öncə 22 ildə topladığım malakofaunaya aid bütün eksponatlarımı təmənnasız olaraq Heydər Əliyev Fonduna bağışladım.

Hazırda "Rinay"da 2 mindən çox eksponat var onları nəvəsi Bunyad Qarayeva vəsiyyət edib. , "Rinay" adı isə övladları Riad Nailənin adlarının baş hərflərindən götürülüb. Eurovision 2012-nin az qala bütün qonaqları iştirakçıları muzeyə baxıblar.

Tofiq Qarayev deyir:

- Onlar bu ölü görünən, əslində canlı olan malakofaunanı görəndə heyrətlərini gizlədə bilmirdilər. Muzeyi görmək üçün bir çox ölkələrin Azərbaycandakı səfirləri mənim qonağım olub. Lakin təəssüfləndirici hal odur ki, belə bir muzey evdə sərgilənməməlidir. Qeyri-adi muzeylər üçün müəyyən yer ayrılmalıdır. Bunun üçün heç kimə müraciət etməmişəm. Lakin istərdim ki, gələcəkdə bu məsələ həll olunsun. Çünki bu eksponatlar gözqamaşdırıcı valehedici olsalar da, radioaktivdirlər. Bu da eksponatların yerləşdiyi evdə yaşayanların səhhəti üçün təhlükəsiz deyil.

Sonda onu da qeyd edək ki, bu qeyri-adi eksponatlar dəfələrlə xarici ölkələrdə sərgilənib. Azərbaycanda belə bir möcüzənin mövcudluğunu eşidəndə heyrətləniblər. Doğrudan da bu muzeyi görməyə dəyərdi...

 

 

Z.Nuri

 

Ayna.- 2012.- 11 avqust.- S.20.