53 idmançı, 10 medal
və 30-cu yer
XXX
London Yay Olimpiya Oyunları hələ ötən həftə
başa çatsa da, yarışlarla bağlı məlumatlar,
əldə olunan nəticələr idman mətbuatının
gündəmindən düşmür.
London
Oyunları Azərbaycan yığması üçün
tarixi qələbə ilə yekunlaşdı. Belə ki,
müstəqillik qazandıqdan sonra 5-ci Olimpiadada iştirak edən
ölkəmiz iştirakçılarla yanaşı, medal
sayını da artırdı. Yığmamız bu dəfə
53 idmançı ilə iştirak etdiyi Olimpiya oyunlarından
Vətənə 10 medalla qayıtdı ki, bunların da 2-si
qızıl, 2-si gümüş, 6-sı bürüncdür.
Buna qədər ən yaxşı göstərici 2008-ci ildə
Pekin Olimpiadasında olmuşdu - 7 medal. Qızıl medalın
sayında Sidneydəki rekordun təkrarlanması da diqqət
çəkir.
Sərbəst
üsulla güləşən idmançılarımızdan
Toğrul Əsgərov və Şərif Şərifov bütün
rəqiblərini məğlub edərək, fəxri
kürsünün ən yüksək pilləsinə
qalxdılar. Bununla da onlar sərbəst güləş
yarışlarının keçirildiyi "Exsel Arena"da 1
saata 2 dəfə Azərbaycanın himnini səsləndirdilər.
Rövşən Bayramov (yunan-Roma güləşi) və
Mariya Stadnik (qadın güləşi) komandamızın medal
kolleksiyasına 2 gümüş medal əlavə etdilər.
Yığmamızın üzvlərindən - Məhəmmədrəsul
Məcidov və Teymur Məmmədov (hər ikisi boks), Valentin
Xristov (ağırlıqqaldırma), Xetaq Qazyumov (sərbəst
güləş), Emin Əhmədov (yunan-Roma güləşi)
və Yuliya Ratkeviç (qadın güləşi)
çıxışını bürünc medalla başa
vurublar.
2012-ci
il London Yay Olimpiya Oyunlarında komandaların medal
sıralamasında da yekun cədvəl müəyyənləşib.
ABŞ yığması (cəmi 104 medal - 46 qızıl, 46
gümüş və 29 bürünc) sona qədər vahid
liderliyini davam etdirib və Londonda ən güclü olub.
Onların ən yaxın izləyicisi Çin (87 medal - 38
qızıl, 27 gümüş və 22 bürünc) ikinci,
Olimpiada sahibi Böyük Britaniya (64 medal - 29 qızıl, 17
gümüş və 19 bürünc) isə
üçüncü olub. Azərbaycan yığmasına gəlincə,
ölkəmiz bu Olimpiadanı 30-cu yerdə bitirib. Sərbəst
güləş yığmamız London Olimpiadasının ən
yaxşısı oldu
Sərbəst
güləş üzrə Azərbaycan milli komandası London
Yay Olimpiya Oyunlarının ən yaxşısı olub.
Hesabına 2 qızıl və 1 bürünc medal yazan
yığmamız bu idman növündə dünyanın
bütün ölkələrini qabaqlayaraq, ABŞ-la birlikdə
zirvədə qərarlaşıb. Sərbəst güləşdə
sahibini tapan 7 dəst medala isə ümumilikdə 14 ölkə
sahib çıxıb. Onlardan yalnız 5-i çempionluq
sevinci yaşayıb. Ən gənc Olimpiya çempionu Azərbaycanlı
Olimpiya çempionu Toğrul Əsgərov yeni rekordçu
olub. London Olimpiadasının qızıl medalını 20
yaşı tamam olmamış qazanan sərbəst güləşçimiz
bununla da ən gənc Olimpiya çempionumuz olub. Belə ki, o,
1992-ci il sentyabrın 17-də Gəncədə anadan olub və
20 illik yubileyinə 37 gün qalmış karyerasında ən
böyük uğuruna imza atmaqla, özünə ən
yaxşı hədiyyə edib.
Toğrul
bunadək son Olimpiya çempionumuz olan cüdoçu,
London-2012-də bayraqdarımız olan Elnur Məmmədlinin
rekordunu təzələyib. 1988-ci il iyunun 29-da doğulmuş
olan Elnur 2008-ci ildə Pekində qızıl medal qazananda 20
yaşı tamam olmuşdu. 111 rekord London Olimpiadasında 33
dünya, 78 olimpiya rekordu təzələnib.
Ən
çox - 31 rekord ağırlıqqaldırma növündə
qeydə alınıb. Bu göstəricidə sonrakı yerləri
üzgüçülük (30), velosiped idmanı (18), atletika
(15), atıcılıq (10), oxatma (5) və müasir
çoxnövçülük (2) tutub.
Ayna.-
2012.- 18 avqust.- S.22.