Təhminə Milani:

İran kinosunun mövqeyi zəifləyib”

 

Baiskar - senzura, sərt nəzarət...

 

Təhminə MilaniRejissor, ssenarist, bir neçə dəfə beynəlxalq mükafat alıb, beynəlxalq müsabiqələrdə münsifBakıda “START” Gənclərin VIII Beynəlxalq Film Festivalında da münsiflər heyətində yer alırdı. Azərbaycanlı jurnalistlərlə söhbəti alındı. Azərbaycanca fikrini anlada bilirdi. Bunu öz yaradıcılıq işləri ilə bağlı Bakıya sıx-sıx gəlməyi ilə izah edir. Onunla söhbətin axarı bir qadın kinematoqrafın İranda kino sənətinin indiki durumu, şəxsən kinoya baxışı ətrafında gedirdi. Deyir:

- İran kinosunun regionda dünyada mövqeyi yaxşı idi, lakin təəssüflər olsun ki, son iki-üç ildə bu mövqe zəifləyib. Buna səbəb ölkə daxilində səlahiyyətli şəxslərin müstəqil film istehsalçılarına diqqətsizliyidir. Yəni indi dünyaya təqdim oluna biləcək çox az film tapılar. Mən müxtəlif beynəlxalq festivallarda jüri olmuşam İran kinosunun mövcud vəziyyətini perspektivini daha yaxşı görürəm. Misal üçün, jüri olduğum son bir neçə festivalda İrandan bir film iştirak etmədi. Lakin iki-üç il öncə müxtəlif ölkələrdə festivalları İran kinosunun iştirakı üçün bir-birləri ilə rəqabət aparırdılar. Bu onu göstərir ki, indi İranda ya filmlər çəkilmir, ya da onların ölkədən kənarda nümayiş olunmasına icazə verilmir. Bunun ziyanı təkcə rejissorlara deyil, bəlkə həqiqətdə elə İranın özünə dəyir.

Fikrimcə, kino sahəsində çalışan səlahiyyətli şəxslər bir az genişürəkli olmalı icazə verməlidirlər ki, tənqidi filmlər çəkilsin. Kinonun mahiyyəti elə bundadır. Lakin belə görünür ki, onlar bunu istəmir tənqidi düşünən hər kəsə nəzarət edirlər. Bu nəzarət İran mədəniyyətinin ziyanınadır.

- Sizi feminist adlandıranlar var. Gerçəkdən siz feministsiniz?

- Mən deməmişəm ki, feministəm. Bu adı mənəKeyhanqəzeti (hökumətə yaxın qəzet) verib. Mən qadınlarla bağlı filmlər çəkirəm. Ona görə ki, balansın olmasının tərəfdarıyam. Fikrimcə, ailənin sağlam normal olması üçün qadın kişinin bərabər hüquqları olmalıdır. Yoxsa o ailədə rahatlıq ola bilməz. Mənim üçün kişinin qadının üstünlüyü var. Mənim həyat yoldaşım, uşağım var, ev işləri görürəm, yemək bişirirəm bunların heç birini pis hesab etmirəm. Həyat yoldaşım mənə yardım edir. Həm evdə, həm işdə. Həyat yoldaşımla birlikdə memarlıq işləri görürük. Çalışıram filmlərimdə ailələrlə bağlı məsələlərə toxunmaqla balansın qorunmasına kömək edim. Qadınların kişilərdən üstün olduqlarını düşünmürəm belə bir məqsədim yoxdur. Mən insanlığı düşünür, ona görə mənə feminist adının qoyulmasını düzgün hesab etmirəm. Lakin əgər mənim İranın orta təbəqə qadınları ilə bağlı siyasi, ictimai psixoloji filmlər çəkməyimin cəmiyyətdə balansa çalışmağımın adı feministlikdirsə, onda, bəli, mən feministəm. Çünki feminizm digər adlar kimi müxtəlif mənalarda işlənir. Kommunizm belədir. SSRİ- olan kommunizmlə Çindəki bir-birindən fərqlidir. Feminizm Amerikada başqa, İranda başqa, Səudiyyə Ərəbistanında başqa mənalarda işlənir.

- Bu il sizin üçün necə keçdi hansı işləri gördünüz? Gələn ilə hansı layihələrlə gedirsiniz?

- Təəssüf ki, üç ilə yaxındır yeni film çəkməmişəm. Sonuncu prezident seçkilərindən baş verən hadisələrdən sonra incəsənət adamlarına nəzarət gücləndirilmişdi. Lakin son vaxtlarda mənə yeni bir filmin çəkilməsi ilə bağlı lisenziya verilib bu, o deməkdir ki, yaxın gələcəkdə yeni filmin çəkilişinə başlayıram. Ötən il mənim üçün səmərəli il idi. Ona görə ki, bir çox ölkələrdə festivallara jüri kimi dəvətlər aldım, mədəni işlərlə məşğul oldum, bir neçə ssenari yazdım memarlıq işləri ilə məşğul oldum. Yeni filmim vətənpərvərlik mövzusundadır böyük vəsait hesabına ərsəyə gələcək. Ümid edirəm gələn il təkcə İrana yox, həm dünyaya gözəl bir film verə biləcəyəm. Yeni filmimin adıSəs-küylü tənhalıqdır” (“Tənhayiye Porhəyahu”). Bu film qadınlarla bağlıdır. Filmdə dərzi işləyən gənc qızın müharibəyə (İran-İraq müharibəsi) baxışlarını ekranlaşdırmalıyam.

- Digər ölkələrdə film çəkmək barədə düşünürsünüzmü? Azərbaycanda film çəkmək istərdinizmi?

- Azərbaycanda film çəkmək istərdim ümid edirəm, bu baş tutsun. Azərbaycan mədəniyyəti mənim üçün doğmadır. Azərbaycan müsiqisini dinləyirəm, Azərbaycanın köhnə kinolarını dəfələrlə ailəmlə birlikdə izləmişəm izləyirəm. Həqiqətən, özümü Azərbaycanda evimdəki kimi hiss edirəm, elə bilirəm, başqa bir Təbrizə gəlmişəm. Bu hisslər mənə çox doğmadır. Dünyanın müxtəlif yerlərindən mənə film çəkmək üçün təkliflər edilir, o cümlədən Hollivuddan təkliflər almışam. Lakin mənə təklif olunanlar mənim çəkmək istədiyim filmlər olmayıb. Mən istəyirəm filmlərimdə öz fikirlərimi göstərim. Hazırda Türkiyədə bir filmin çəkilişi ilə bağlı danışıqlar aparırıq, müsbət nəticələnsə, orada film çəkəcəyəm.

- İranın ən böyük kinematoqrafçılar birliyi olanSinema Evi”nin fəaliyyəti ölkənin Mədəniyyət Nazirliyi tərəfindən qanunsuz elan olundu həmin birliyin ofisi bağlandı. Bu, iranlı kinematoqrafçıların işinə necə təsir göstərdi?

- Fikrimcə, kinematoqrafçılar ittifaqının bağlanması dövlətin mədəniyyət sahəsində atdığı ən səhv addımlardan biridir. Dövlət bu işi görməklə həqiqətdə özünə düşmən hesab elədiyi ölkələrə dəstək verdi. Çünki onların kinosu hər gün inkişaf edir, lakin kinematorqrafçılar ittifaqının bağlanması və həddən ziyadə nəzarətlə İranda kinonun inkişafına ziyan vurulur. Doğrudur, rejissorlar və ssenaristlər öz işlərini görür, lakin aktyorlar qocalırlar. Üç il kinoda rol oynamayan aktyora çox ziyan dəyir. Bir ay, üç ay, altı aydan sonra, gec-tez kinematoqrafçılar ittifaqı fəaliyyətini bərpa edəcək. Ona görə ki, ora bizim evimiz, kinematoqrafçıların evidir, dövlətin evi deyil.

 

Xatun

 

Ayna.- 2012.- 8 dekabr.- S.20.