Bu şeirlər sazın sehrindən
doğulub
Onlarda Borçalı hərarəti
duyulur
Hidayət Nurun “Azərbaycan deyəndə” şeirlər
toplusunu vərəqlərkən
diqqətimi bir şeir cəlb etdi. Deyir ki, həcc ziyarətinə gedənlər
çoxdur, lakin hər gedib-gələnə
hacı deyilməz, şeytanı tuşlayıb,
ona daş atanların çoxu xislətcə şeytanlardır
ki, var. Məgər belə deyilmi?
Gördüm ki, bu şeirlərin
sırasında Borçalı
və dünyaya göz açdığı
Sarvan mövzusu ayrıca yer tutur. Oxuduqca görürdüm ki, Borçalıya həsr etdiyi şeirlərində səmimidir.
Buna təbii baxmaq
lazım gəlir, çünki özü sazlı-sözlü Borçalının
Sarvan elində dünyaya göz açmış, orta məktəbi orada bitirmişdir. Hələ məktəb
illərində Əmrah
Gülməmmədov, Xındı
Məmməd, Hüseyn
Saraclı, Kamandar Əfəndiyev kimi ustad aşıqları çox dinləmişdir.
Onların sazının-sözünün
sehri bu gəncin mənəvi dünyasına, bədii təfəkkürünün biçimlənməsinə
böyük təsir göstərmişdir. O diyarın
hər bir insanı kimi, Hidayət Nurda da bu el sənətinə
özəl bir münasibət var. Sazdə
xeyli saz havasını gözəl
ifa etdiyini az görməmişik.
Maraqlıdır ki, düşüncələrini
bədii sözlə ifadə etməyi pis bacarmayan Hidayət Nur ixtisasca tamam başqa sahənin adamıdır – fizika-riyaziyyat
elmləri doktoru, professordur. MEA Fizika
İnstitutunun laboratoriya
rəhbəri, məhsuldar
alimdir. Hidayət Nur vətəni
və milləti ilə nəfəs alır, ölkəsi ilə fəxr edir və onu
əyilməz, qollu-qanadlı
və güclü bir dövlət kimi görmək istəyir.
Hidayət Nur neqativ halları, vəzifəyə,
şan-şöhrətə uyanları, məddahları,
yaltaqları, bir tikə çörəyə
görə “bəli, baş üstə” deməyə adət edənləri, həddini aşanları, min dona girənləri, rüşvətxorları da
şeirə gətirə
bilir, onlara bədii sözün kəsəri ilə baxmağı bacarır. Oxucularını hər anın
qədrini bilməyə,
vaxtı boş yerə keçirməməyə,
mənalı yaşamağa
çağırır.
Hidayət Nur sevgi şeirlərində,
eşqində səmimidir,
onun gözündə
Borçalı qızı
dünyanın gözəllər
gözəlidir. Müəllif yaşadığı duyğuları, dərk etdiyi gerçəkliyi çox şairanə bir üslubda ifadə edə bilir.
Topluda lirik şeirlərlə yanaşı
iki poema da yer alır. “Üç
məzar” poemasında
Tiflisin köhnə müsəlman qəbiristanlığında
Mirzə Fətəli
Axundov, Mirzə Şəfi Vazeh və Fətəli xan Xoyski kimi
tarixi şəxsiyyətlərin
məzarları önündəki
düşüncələrini qələmə almış
və onların ömür yollarını
öz prizmasından keçirmişdir.
“Yuxu” poemasında
isə röyada Şah İsmayıl ilə həsb-hal edir. Vətənin indiki dolaşıq
əhvalı barədə
düşüncələrini bölüşürlər. Görürük ki, müəllif
tarixi məqamları ustalıqla təhlildən
keçirə bilmişdir.
Cümşüd HACIYEV,
Fəlsəfə elmləri namizədi,
dosent
Ayna.- 2012.- 22 dekabr.- S.20.