Aleksandr Düma haqqında film çəkilir

 

Fransız kino mütəxəssisləri Bakıya gəliblər Fransız kino mütəxəssisləri Jan Pier Dublyer (Jean Pierre Dubilier) və Stefani Laşevr (Stephanie Lachevre) Bakıya gəlmişlər. APA-nın məlumatına görə, fransız kino mütəxəssislərinin Azərbaycana səfəri Aleksandr Düma-ata haqda filmin çəkilişlərinə hazırlıq məqsədi daşıyır. Mədəniyyət və Turizm Nazirliyi kino şöbəsinin müdiri Cahangir Məmmədov qonaqlarla bu mövzuda görüş keçirib. Jan Pier Dublyer filmin ssenari müəllifi rejissoru, Stefani Laşevr isə filmin koordinatorudur. Azərbaycanda olduqları müddətdə qonaqlar Aleksandr Dümanın olduğu yerləri gəzəcək müşahidə aparacaqlar. Eyni zamanda J.P.Dublyer bu təəssüratlarından ssenaridə istifadə edəcək. Onlar Azərbaycandan olan bələdçi Fuad Axundovla birgə Bakı, Sumqayıt, Qusar, Şamaxı, Şəki bölgəsinə gedəcəklər. Aleksandr Düma-ata haqda film çəkmək ideyası Jerar Depardyeyə məxsusdur. Aktyor belə bir təkliflə Bakıda səfərdə olanda çıxış edib. Bəlli olduğu kimi, Aleksandr Düma Qafqazda səfərdə olub, bu barədə kitabı var burada bizim xalqımız barədə xoş sözlər yazıb.

 

Ayna.- 2012.- 11 fevral.- S.20.