"Bəxt üzüyü"nün
20 yaşı tamam olur
Bu
münasibətlə "Nizami" kinoteatrında tədbir
keçiriləcək
Vaqif Səmədoğlunun eyniadlı
pyesi əsasında çəkilmiş və xalq arasında
populyar olan "Bəxt üzüyü" bədii filminin
ekranlara çıxmasının 20 illiyinə həsr
olunmuş bədii axşam keçiriləcək. Mədəniyyət
və Turizm Nazirliyi mətbuat xidmətindən APA-ya verilən
xəbərə görə, filmin 20 illiyinə həsr
olunmuş tədbir "Nizami" Kino Mərkəzində təşkil
olunacaq.
"Bəxt üzüyü"
kinokomediyası Azərbaycanın müstəqillik
dövründə çəkilmiş ilk filmlərdən
biridir və bu günə kimi ən çox baxılan filmlər
sırasındadır. Ssenari müəllifi Ramiz Əzizbəyli
(Orxan Fikrətoğlunun iştirakı ilə), operatoru Amin
Novruzov, rəssamı Rafiq Nəsirov, geyim rəssamı Nizami
Bəydəmirov, bəstəkarı Eldar Mənsurovdur.
Rollarda Afaq Bəşirqızı, Valeh
Kərimov, Gülşad Baxşıyeva, Ayşad Məmmədov,
Firəngiz Rəhimbəyova, Nəsir Sadıxzadə, Rafael
Dadaşov, Muxtar Maniyev, Cahangir Novruzov, Arif Quliyev, Nuriyyə Əhmədova
və başqaları çıxış edirlər.
Ayna.-
2012.- 25 fevral.- S.20.