İki azərbaycanlı rəssama
"Vera" mükafatı verildi
Onlar Moskvada beynəlxalq festivalda
seyrçi rəğbətini qazanıblar
Azərbaycanlı
rəssamlar Məryəm Ələkbərli və Rəşad
Mehdiyev Moskvada beynəlxalq incəsənət festivalında
"Vera" mükafatına layiq görülüblər. Onlar
bu festivalda uğurla çıxış edərək
münsiflər heyətinin və sərgiyə qatılan
seyrçilərin rəğbətini qazanıblar.
"Ənənə
və müasirlik" adı altında keçən VI Moskva
Beynəlxalq Sənət Festivalı iyulun 4-dən 10-dək
davam etmişdir. Rusiya paytaxtının "Manej" Mərkəzi
Sərgi Salonunda keçirilən bu nüfuzlu festivalda 30-dan
çox ölkədən rəssamlar iştirak edirdilər.
Bu festivalın təşkilatçısı Moskva İctimai
Fondu və bir sıra digər qurumlar idi.
"Ənənə
və müasirlik" adlı VI Moskva Beynəlxalq Sənət
Festivalının yekun mərasimi "Et Setera" teatrında
keçirilmişdir. Mərasimdə Moskva İctimai Fondunun
prezidenti Vera Kiselyova münsiflər heyətinin
ayrı-ayrı nominasiyalar üzrə 22 rəssamı qalib
elan etdiklərini açıqlamışdır. Vera Kiselyova
deyib:
"Bu
festival müasir incəsənət aləmində yeni isimlərin
tanınmasına səbəb olub. Bu gün mükafat alanlar yaxşıların ən
yaxşısıdır".
Daha sonra mükafatlar
təqdim olunub. Azərbaycanlı rəssamlar Məryəm
Ələkbərli və
Rəşad Mehdiyev təsviri incəsənət
sahəsində "Vera" mükafatına layiq görülüblər.
Moskva
İctimai Fondu, Rusiya Dövlət Dumasının Mədəniyyət
Komitəsi, "World for Cultur and Peace" Beynəlxalq Fondu və
Rusiya İncəsənət Akademiyasının təşkilatçılığı
ilə keçirilən "Ənənə və
müasirlik" adlı VI Moskva Beynəlxalq Sənət
Festivalının qaliblərinə verilən "Vera"
mükafatı təsviri incəsənət sahəsində
verilən məşhur mükafatlardan sayılır
Ayna.-2012.-14 iyul.-S.20.