Vaqif
Səmədoğludan Nazim Hikmət xatirəsi
Yazı
Ankarada "Bütün dünya" dərgisində çap
edilib
Vaqif Səmədoğlu unudulmaz Nazim Hikmətin
110-cu doğum günü ilə bağlı onunla üç
görüşünün xatirəsini qələmə
almış və Səriyyə Gəncəliyeva Tamer bu xatirəni
çalışdığı Başkənd Universitetinin
(Ankara) kültür yayını olan "Bütün
dünya" dərgisində çap etdirmişdir. Vətənsevər
bir ürəyin vətənsevər bir ürəyi
anlatdığı yazı...
1957-ci il. Səməd Vurğunun
ölümündən bir il sonra. Bakıya gələn Nazim
Hikmət böyük şairimizin məzarını ziyarət
edir və indi muzey olan evinə - ailəsi ilə
görüşə təşrif buyurur.
Nazim Hikmət Səməd Vurğunu
çox sevərmiş. Onun vəfat xəbərini eşidəndə
nasaz imiş, Moskvadan belə bir teleqram vurub:
"Səməd Vurğun qardaş
Türk dillərimizin böyük şairi, dillərimiz
yaşadıqca, ölümsüz yaşayacaqdır".
Onda konservatoriyanın 2-ci kurs tələbəsiymiş,
fortepianoda qonağa Şopenin "3-cü mimajor
etüdü"nü çalır. Nazim qalxıb onu
qucaqlayır və soruşur: "Üzeyir Hacıbəylini,
yoxsa Qara Qarayevi çox sevirsən?", - deyə soruşur. "İkisini
də" cavabını eşidir.
"Kəndini və torpağını
sev" deyir. Evdə qonaq olduğu saatlarda bu sözü bir
neçə dəfə təkrar edir. Bu günədək
Vaqifin xəyalında sual işarəsi olan söz. Niyə belə
dedi?
"Kəndi dilinizdə qonuşun.
Dilinizi qoruyun. Azərbaycan türkcəsi təmizdir,
safdır, şirindir"
- tövsiyəsi bu olur.
Vaqif Səmədoğlu
yazır: "Mənim
babam da kommunistdi, Nazim Hikmət də. Lakin onların görüşmələri
kommunist şair görüşmələri deyil,
iki türk şairinin buluşmasıydı.
Hansı
mövzularda qonuşduqlarını
bilmirəm. Ancaq şübhəm
yoxdur ki, vətən sevgisi, vətən həsrəti,
ana dilinin qorunmasının gərəkliyi
və bunun kimi mövzular onların söhbətinin
qayəsi idi".
İkinci dəfə Vaqif Səmədoğlu Nazim Hikməti 1960-cı ildə Bakıda görür.
Qardaşı Yusifin toyuna
gəlibmiş Moskvadan.
Yusif Moskvada Qorki adına
Ədəbiyyat İnstitutunda
oxuyarkən atası onu Nazim Hikmətlə
tanış edibmiş.
Yusifə yazılarını "Vəkilov" deyil, "Səmədoğlu" soyadı
ilə yazmasını
Nazim Hikmət tövsiyə edibmiş.
Sonralar Vaqif də bu
soyadla çap olunmağa başlayıb.
1963-cü ilin qışı. Moskva Konservatoriyasının stajoru
olanda Nazim Hikməti üçüncü
kərə görür.
Moskvada türk bəstəkarları
Adnan Sayqun və Ülvi Cemal Erkinin əsərlərindən
ibarət konsert varmış. Nazim Hikmət
və köməkçisi
Əkbər Babayev də ora gəlirlər.
Konserti
maestro Niyazi idarə edirmiş. Nazimlə
Sayqun dənizçilik
məktəbində bir
oxuyublarmış və
dost imişlər. Uğurlu bir
konsert alınır.
Konsert bitəndə pərdə
arxasına təbrikə
toplaşırlar. Nazim Niyazini
qucaqlayıb təbrik
etdikdən sonra Vaqifə "gəl gedəlim" deyir. Onunla getmək istədikdə Türkiyə
səfiri dillənir:
"Sayqun, sən nə üçün okul arkadaşınla salamlaşmırsan?". Sayqun və Nazim bunu
gözləyirlərmiş kimi bir-birlərinə sarılırlar. Onlar ehtiyat
üzündən kəlmə
kəsməyə cəsarət
etmirlərmiş. Türk
diplomatlarının xanımları
bu mənzərə önündə göz yaşlarını saxlaya bilmirlər...
Xatirədən oxuyuruq ki, Nazim Hikmət
düşüncələrini açıq söyləməkdən
çəkinməzmiş.
Deyirmiş gerçək sosializmi
İsveçdə görüb.
Ona təmkinli olması məsləhət
görüldükdə cavab
verirmiş: "Türkiyə
həbsxanasında yatmışam,
sovet həbsxanasında
da yataram".
Vaqif Səmədoğlunun
Nazim Hikməti andığı şeirləri,
ona həsr etdiyi "Divin nağılı" poeması
var. Bu şeirlərdən biz onun Nazim Hikməti
nə qədər çox sevdiyini görürük. Bu iki qardaş Nazim Hikmətin zövqlü geyim üslubuna heyran imişlər. Nazim onu
Səməd Vurğunun
oğlu və bir musiqiçi kimi tanıyırmış.
Şeir yazdığını ona
deməyibmiş. Vaqif
Səmədoğlu şeir
yazdığını ona
demədiyi üçün
indi də peşmandır...
İsmayıl Umudlu
Ayna.-
2012.- 10 mart.- S.19.