"Fransa
inciləri" Bakıda
400-dək nadir
əsər nümayiş olunur
Milli İncəsənət
Muzeyində "Fransa inciləri" mövzusunda sərgi açıldı. Heydər
Əliyev Fondunun təşəbbüsü
və dəstəyi ilə təşkil olunmuş
bu sərginin
açılışında Fondun prezidenti, millət vəkili Mehriban
Əliyeva, ölkəmizdə səfərdə olan Fransa mədəniyyət
və kommunikasiya naziri
Frederik Mitteran, siyasət və incəsənət
adamları, diplomatik korpusun
rəhbərləri iştirak edirdilər.
Başqa ölkələrin
paytaxtında da nümayiş
etdiriləcək bu sərgi ilk dəfə Bakıda təqdim edilir. Sərgidə 2 ay ərzində
Fransa incəsənətindən 400-dək
nadir əsər nümayiş
olunacaq. Bu sərgi Azərbaycan
Milli İncəsənət Muzeyi, Dövlət Muzeyləri Birliyi-Böyük
Saray tərəfindən, Luvr,
Orse muzeyləri, Fransa
Milli Kitabxanası, Milli
Mebel və Milli Qobelen, Bove və Savonri manufakturaları, qəsrlər üzrə
dövlət təsisatı, Versal
sarayı və bir çox
digər Fransa muzeylərinin
iştirakı ilə təşkil olunub.
Mehriban Əliyeva belə bir sərginin təşkilində əməyi
olanlara təşəkkürünü bildirib, Fransa ilə Azərbaycan
arasında mədəni əlaqələrin inkişafında nazir Frederik Mitteranın xüsusi rolunu
vurğulayıb. Bildirib ki,
sərgidə nümayiş olunan xalçaçılıq, təsviri incəsənət
örnəkləri, qravürlər və fotoşəkillər,
dekorativ sənət əşyaları
Fransanın ən möhtəşəm muzeylərinin
kolleksiyalarından gətirilib:
"Versal sarayını, Luvr və
Orse muzeylərini, Pompidu
mərkəzini, Fransa Dövlət
Kitabxanasını və digər çox
məşhur mədəniyyət ocaqlarını bəzəyən
400-ə yaxın eksponat iki
aydan çox
paytaxtımızda təqdim olunacaq. Pussen, Deqa, Renuar,
Tuluz-Lotrek, Sisley, Roden kimi dahi
rəssamların və heykəltəraşların əsərləri
ilə birbaşa tanış olmaq üçün bu, gözəl bir fürsətdir".
Birinci xanım Fransa
ilə Azərbaycan arasında mədəni əlaqələrin
tarixinə nəzərə salaraq, hələ
XIX əsrdə məşhur yazıçı Aleksandr Dümanın Qafqaz
səyahəti zamanı xan qızı Xurşidbanu Natəvan ilə görüşünü
xatırladıb. Üzeyir Hacıbəylinin
1995-ci ildə Parisin "Femina"
teatrında
fransız dilində tamaşaya qoyulmuş "Arşın mal
alan" operettası, Fransada
vaxtilə nəşr olunan "Qafqaz" jurnalının redaktoru
Ceyhun Hacıbəylini və Fransa ədəbiyyatına "Banin" imzası ilə daxil
olan və ilk
fransızdilli yazıçımız Ümbülbanu
Əsədullayevanı xatırladıb. Mehriban
Əliyeva:
"Fransanın
bir sıra ali təhsil
ocaqlarında Azərbaycan dili fakültələri
fəaliyyət göstərir, yüzlərlə azərbaycanlı
tələbə Fransanın ali məktəblərində
təhsil alır. Bu ilin
sonunda Parisdə Azərbaycanın Mədəniyyət
Mərkəzi fəaliyyətə başlayacaq.
Apreldə Parisdə Azərbaycanın müasir incəsənətini təqdim edən
"Bakıya uçuş" adlı sərgi
keçiriləcək. Ötən il Heydər
Əliyev Fondunun dəstəyi ilə
paytaxtımızda ilk fransızdilli məktəbin
binasının inşası başlayıb. Heydər Əliyev
Fondu Versal
sarayının, Luvr muzeyinin
və Strasburqun tarixi
kilsəsinin bərpasında da iştirak edib".
Sərginin
açılışında Fransanın mədəniyyət
və kommunikasiya naziri
Frederik Mitteran
çıxış etmişdir.
Sərgidə
təqdim olunan əsərlər
fransız zövqü, fransız
ideyaları və fransız kreativini əks
etdirir.
İsmayıl
Ayna.-
2012.- 17 mart.- S.20.