İstanbulda
Fərəcoğlunun yeni fərdi sərgisi
açılıb
Bu, rəssamın
bu şəhərdə sayca 21-ci sərgisidir
İstanbulda azərbaycanlı rəssamın
fərdi sərgisi açılıb (APA). Azərbaycanlı rəssam
Əbülfəz Fərəcoğlunun İstanbulun Çəmbərlitaş
səmtində yerləşən Mətbuat Muzeyinin sərgi
salonunda açılan fərdi rəsm sərgisində onun
yağlı və sulu boya və həmçinin, pastellə
işlədiyi tablolar nümayiş etdirilir. Bu, Əbülfəz
Fərəcoğlunun indiyə qədər Türkiyədə
açdığı 21-ci fərdi sərgisidir. 15-18 mart
tarixlərində isə Əbülfəz Fərəcoğlu
İstanbulun Haliç Konqres mərkəzində
keçirilmiş Art Bosphorus beynəlxalq yarmarkasında tələbələri
ilə birlikdə əsərlərini nümayiş etdirib. Mətbuat
Muzeyindəki sərgiyə Türkiyənin sənət dairələri
və media yaxın maraq göstərib. Sərgi aprelin 8-nə
qədər açıq qalacaq. 1956-cı il Naxçıvan
doğumlu Əbülfəz Fərəcoğlu bir rəssam
olaraq yaradıcılıq işlərini 1997-ci ildən bəri
Türkiyədə davam etdirir. 2005-ci ilin sentyabrında
İstanbulun Yeşilyurt səmtində "Ekim" adlı sənət
atelyesi yaradıb. İndi atelyedə 70 müdavim Əbülfəz
Fərəcoğludan rəsm dərsi alır. Rəssam həftədə
bir gün Mətbuat Muzeyinin rəsm atelyesində də 20 tələbəyə
dərs deyir. İstanbuldakı hərraclarda əsərləri
tez-tez satışa çıxarılan Əbülfəz Fərəcoğlunun
tabloları dünyanın 15 ölkəsinin muzey və özəl
kolleksiyalarında yer tutur.
Ayna.-
2012.- 31 mart.- S.20.