Xəstələnmiş
torpaqlara düzgün
diaqnoz qoyurdu
Görkəmli
torpaqşünas alimi
xatırlayarkən
Torpaq da insan kimidir.
Onun da sağlamı və
xəstəsi olur. Sağlam
torpaqlar bəzən "xəstələnir".
Torpağın da həkimi olur,
ona diaqnoz qoyur və müalicə yolunu
göstərir. Professor Muxtar
Abduyev ömrünü
torpaqlarımızın dərd-sərini anlamağa,
"xəstələnmiş" torpaqlarımızın
yarasını sağaltmağa həsr etmişdi. Kənd təsərrüfatı
elmləri doktoru, professor
M.R.Abduyev yüksək intellektual
səviyyəsi və elmi ümumiləşdirmə
bacarığı olan bir
alim kimi onu tanıyan insanların və
dostlarının xatirində daima
qalacaqdır.
...Muxtar Abduyevin əsli-nəsəbi Qəbələnin
Bum kəndindən idi,
1926-cı ildə Ağdaşın Üçqovaq
kəndində bağban Rzaqulu
bəy Abdu bəy oğlunun
ailəsində dünyaya göz
açmışdı. Bəlkə də bu
tərəflərin torpaqlarında özünü
daha çox göstərən
şoranlaşma onu bu sahəni seçməyə
sövq etmişdi.
M.R.Abduyev
1951-ci ildə isə Azərbaycan Dövlət Universitetinin
Geoloji-coğrafiya fakültəsini bitirmiş və o vaxtdan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda
işləmişdi. Burada görkəmli torpaqşünas, akademik V.R.Volobuyevin elmi rəhbərliyi
altında "Şirvan düzünün
şərq hissəsi torpaqlarının su-duz
dinamikası" mövzusunda elmi işini uğurla müdafiə etmişdi.
Bu iş üzərində
çalışarkən Şirvan
düzündə tədqiqatlar aparmışdı. Onun "Şirvan düzü torpaqlarının
şorlaşması və onunla mübarizə
tədbirləri" adlı monoqrafiyası 1957-ci ildə
"Elm" nəşriyyatında çapdan çıxıb. Respublikamızın
suvarılan ərazilərində 10 ildən artıq
apardığı çöl-torpaq tədqiqatlarının
nəticələrini ümumiləşdirərək,
1966-cı ildə "Azərbaycanda delüvial
formada şorlaşmış torpaqlar və onların meliorasiyası məsələləri"
adlı doktorluq işini
müdafiə etmişdir. Akademik V.R.Volobuyevin redaktəsi
ilə professor M.R.Abduyevin
1968-ci ildə "Delüvial formalı
şorlaşmış torpaqlar və
onların meliorasiyası məsələləri", 1977-ci
ildə isə "Azərbaycanın gilli
şoranlıqlarının sürətli meliorasiyası"
adlı kitabları rus dilində nəşr
edildi.
M.R.Abduyev dünyada ilk dəfə delüvial şorlaşmış torpaqlar, onların xüsusiyyətləri, əmələ
gəlmə şəraiti, torpaqlara
duzların daxil olması, duzların mənşəyi
və s. kimi məsələlərin
ətraflı izahını vermişdir. Bundan başqa, Muxtar müəllim
Şərqi Şirvan düzünün
Siyəzən-Sumqayıt massivinin və Mil düzünün delüvial şorlaşmış
torpaqlarının su-duz rejiminin
öyrənilməsi, onların
yaxşılaşdırılmasına dair
bu və ya digər təcrübə
sahələrində apardığı elmi-tədqiqat işlərinin
metodikasını və nəticələrini təqdim etmişdi.
M.R.Abduyevin
"Azərbaycanın gilli
şoranlıqlarının sürətli meliorasiyası"
monoqrafiyasında respublikanın suvarılan ərazilərində
ağır mexaniki tərkibə malik olan şoran
torpaqların duzlardan asan
yuma üsullarını göstərmişdi.
Görkəmli torpaqşünas
alim M.R.Abduyevin 130-dan
artıq elmi məqaləsi və 6
monoqrafiyası çap olunmuşdur.
Şorlaşmış torpaqların meliorasiyasına dair apardığı tədqiqatlar kənd təsərrüfatı,
meliorasiya və su təsərrüfatı
nazirliklərinin mütəxəssisləri tərəfindən
yüksək qiymətləndirilib. M.R.Abduyev V.V.Dokuçayev
adına mükafata təqdim olunmuşdur.
M.R.Abduyev
ömrünün sonunadək (1979) Azərbaycan
Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda
müxtəlif vəzifələrdə - kiçik
elmi işçi, baş elmi işçi,
direktorun elmi işlər
üzrə müavini və rekultivasiya laboratoriyasının müdiri işləmişdir.
Torpaqşünasların beynəlxalq qurultaylarında delüvial formalı şorlaşmış
torpaqların meliorasiyasına və
torpaqşünaslığın başqa
problemlərinə dair məruzələrlə
çıxış etmişdi.
Muxtar
müəllim təbiəti çox sevirdi. Elmi-tədqiqat işləri ilə əlaqədar
ilin çox
vaxtını çöllərdə olurdu.
Şirvan düzündə torpaqların
şoranlaşması onu məyus edərdi.
Ən böyük arzusu
şoranlaşmaya məruz qalmış
torpaqların tezliklə duzlardan yuyulub dövriyyəyə daxil
edilməsi idi. Axı biz
kiçik ölkəyik və
torpaqlarımızın hər qarışına qənaətlə
yanaşmalıyıq...
R.NAĞIYEV
Ayna.- 2012.- 7 aprel.- S.19.