Sənətçiyə
sığorta lazımdırmı?
Onlar
bu xidmətin hansı növünü
vacib sayır?
Sığorta
xidmətlərindən faydalanan insanlar çoxdur. Bir çox dünya ulduzları kimi, bizim sənətçilər də
sığortalanmağa dəb kimi baxmaqla yanaşı, sahib
olduqları mülklərinin taleyini göz altına almaq üçün bu imkandan bəhrələnirlər. Avtomobili tez-tez qəza
törədən sənət əhli böyük
maddi itkidən yayınmaq üçün
bu vasitəyə əl atır. Bir müddət əvvəl maşını yanan Xatirənin sığorta
kağızı olduğundan itkisi az olub.
Bu hadisədən sonra
bir neçə həmkarı "ehtiyat tədbirinə" əl atıb.
Apardığımız
kiçik araşdırma nəticəsində
öyrəndik ki, nəinki sənətçilər,
sadə insanlar daha çox avtomobillərini və evlərini
sığorta edirlər.
Qeyd edək ki,
xarici ölkələrdə sənətçilər
əmlakları ilə yanaşı, bədənlərinin müxtəlif
hissəsini də sığortaladıqlarını ictimaiyyətdən
gizlətmirlər. Bizim mentalitet
isə bu dəbin formalaşmasına imkan yaratmır. Sənət adamları ilə
söhbətimizdə sığortadan danışdıq.
Onların bu xidmətin hansı
növündən bəhrələndiyini öyrəndik.
İlk ünvanımız
yuxarıda adını çəkdiyimiz Xatirə oldu. 80 min manat
dəyərində avtomobili yanaraq kül olduqda bundan təəssüflənsə
də, sığorta şirkətinin ödəyəcəyi məbləği
düşünüb, sonradan
özünə təsəlli verib:
"Hadisədən bir neçə gün sonra sığorta
şirkətinin nümayəndələri avtomobilə
baxış keçirdilər və dəyən ziyan hesablandı. Həmin pulla
özümə yeni avtomobil
almışam.
Xuraman Şuşalı da sığortanın insanın ümid yeri olduğunu düşünür
və deyir ki, bu günə qədər bir
neçə avtomobili idarə edib və onların hər biri
vaxtlı-vaxtında sığortalanıb:
"Mənim
dəfələrlə qəza keçirdiyim
barədə xəbəriniz var. Hər dəyən
ziyanı şirkət ödəyib və maliyyə itkim olmayıb. Bu səbəbdən
də sığorta mənim üçün
vacibdir.
İndiki maşınını da sığorta etdirdiyini
deyən sənətçi əlavə etdi
ki, paytaxtda bədən
hissələrinin sığortası həyata keçirilsəydi,
öncə gözlərini, sonra isə bütün bədənini sığorta etdirərdi.
Elza Seyidcahan
isə evini sığorta etdirməsə
də, maşınını artıq neçə ildir sığortalayıb və qeyd etdi ki,
bədən hissələrindən saçlarını və
gözlərini sığorta etdirməyi çoxdan
düşünüb. Lakin
bu imkan hələ real həllini tapmayıb.
Aygün Kazımova uzun illərdir sığortanın
imkanlarından bəhrələndiyini deyir.
Vurğuladı ki, avtomobili
ilə yanaşı, paytaxtdakı mənzilini və Mərdəkandakı
bağ evini
sığortalayıb. Bu xidmətin hər
bir insan üçün vacibliyindən
danışaraq sonra qeyd
etdi ki, tezliklə daha bir sığorta
imkanından bəhrələnməyi düşünür:
"Yaxın
gələcəkdə tibbi
sığortadan istifadə etməyi düşünürəm.
Bir məsələni də qeyd edim ki,
mən bədən üzvlərinin sığortasına heç də pis
baxmıram.
Bir çox
müasir dəbləri sınaqdan
keçirən Faiq Ağayev
sığorta xidmətinə də biganə deyil.
Bu xidmət yaradılan gündən avtomobilini sığortalayıb. Lakin evi barəsində hələ
düşünür. İnsan
üçün ən başlıca can sağlığının olduğunu
deyir, tibbi
sığortanı isə daha vacib sayır.
Məleykə
Əsədova və Könül Kərimova
əmlakın (maşın və ya ev) sığorta olunmasını müsbət
hal kimi qiymətləndirsələr
də, təəssüflə qeyd etdilər
ki, bu xidmətdən
indiyə qədər istifadə etməyiblər. Əvvəlcə
vaxt darlığını səbəb gətirən sənətçilər,
daha sonra
sığortalanmağın şərtlərindən xəbərsiz
olduqlarını bildirdilər. Məleykə Əsədova:
"Hərdən
internetdə bu barədə məlumatları
izləyirəm. Xarici sənətçilərin
əksəriyyəti sığortanı vacib
bildikləri yazılır. Lakin mən bu barədə hələ ciddi
düşünməmişəm. Eyni zamanda yaradıcılıq işlərimin
sıxlığı mənə bu
imkanı vermir".
Söhbətdən
bəlli oldu ki, Məleykə
xanım mülkünü sığorta
etdirməkdən daha çox,
tibbi sığortaya maraq
göstərir.
Bu günə kimi sığorta haqqında düşünməyən
və heç bir
sığorta şirkətindən yolu
düşməyən Nazpəri Dostəliyeva bizim
sualımızdan sonra sığorta
haqqında düşünməyə başladı. Məleykə
xanım kimi onu da mülk
sığortası yox, tibbi
sığorta daha çox maraqlandırır:
"Çoxları
mənə gözəl gözlərimin olduğunu
deyirlər. Əgər belə bir imkan olsaydı, əvəlcə gözlərimi
sığortalayardım. Xaricdə də sənətçilər
xoşa gələn bədən hissələrini
bu cür qoruyurlar".
Tez-tez mənzil dəyişən
Nadir Qafarzadə isə əmlakını
sığortalamadığını söylədi. Bu barədə son günlərə
kimi ciddi
düşünməyib, lakin nəhayət,
fikrini dəyişib. Avtomobil
qəzalarının sıx baş verdiyini düşünən Nadir
Qafarzadə bahalı maşının onu
xərcə salmaması üçün
sığorta imkanlarından mütləq bəhrələnəcəyini
söylədi.
Xatun
Ayna.-
2012.- 12 may.- S.21.