Azərbaycan-YUNESKO mədəni əməkdaşlıq: 20 il

 

İndi bu əlaqələr öz dinamik günlərini yaşayır

 

Bu il Azərbaycan-YUNESKO mədəni əməkdaşlığının 20 illiyidir. Hesab etmək olar ki, indi bu əlaqələr öz dinamik günlərini yaşayır. Bu əlamətdar tarixi qeyd etmək məqsədilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın YUNESKO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan-YUNESKO mədəni əməkdaşlıq: 20 il" adlı yubiley mərasimi keçirildiburada əlaqələrin ən müxtəlif aspektlərinə toxunuldu. Mərasim onunla başlandı ki, mərasimə qatılanlar, xarici qonaqlar mərkəzin foyesində Azərbaycanın milli ornamentlərinin əks olunduğu geyimlərdən, milli musiqi alətlərindən ibarət, millətimizin mədəni səviyyəsinə güzgü tutan sərgiyə tamaşa etdilər. Elə buradaca qədim musiqi alətləri ansamblının ifasında milli musiqilər səsləndirildi.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd etdi ki, Müstəqil Azərbaycanın UNESCO ilə mədəni əməkdaşlığı çərçivəsində bu ötən 20 il ərzində bir çox işlər görülmüş, dünyanın mədəniyyət arenasında ölkəmizin nüfuzu artmışdır. Bunun nəticəsidir ki, ölkəmizin adı beynəlxalq aləmdə bir çox sahələrdə hörmətlə çəkilir və ölkələrdə görülən mədəni məzmunlu işlər böyük rəğbətlə qarşılanır.

Nazir xatırlatdı ki, Azərbaycanın bir neçə abidəsi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmışdır. Bu siyahının daha da genişlənəcəyi barədə gözləntilər var. Nazir ümid edir ki, yaxın zamanlarda Azərbaycanın daha bir abidəsi bu siyahıda yer alacaqdır.

UNESCO-nun Azərbaycan Milli Komitəsinin baş katibi Günay Əfəndiyeva çıxışında diqqəti Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ regionunda dağıdılan mədəni, tarixi abidələrə yönəltdi. Mərasimdə UNESCO-nun, bizə dost ölkələrin milli komitələrinin təmsilçiləri iştirak edirdilər.

 

 

Ayna.- 2012.- 24 noyabr.- S.20.