Azərbaycan səhnəsi
Yaşar Nurisiz
qaldı
Aktyor
II Fəxri Xiyabanda torpağa
tapşırıldı
Azərbaycan
səhnəsi Yaşar Nurisiz
qaldı. Bənzərsiz aktyor idi. Öz üslubu
vardı və yaratdığı obrazlar yaddaşlara köçürdü.
Sənət həyatında çoxlu rollar oynamışdı. Onda
sarkazm, kinayə, qrotesk
güclü idi.
Yaşar Nuri nə
vaxtdan bəri xəstəliklə əlləşirdi.
Türkiyə həkimləri onun ömrünün uzadılması üçün mümkün
olan hər şeyi
etdilər. Lakin təbabətin qüvvəsinin
tanınmadığı bir hüdud var.
Uzun sürən xəstəlikdən
sonra 61 yaşında həyata vəfat edən
xalq artisti Yaşar Nuri ilə Milli Dram Teatrında - onun uzun illər
çalışdığı sənət məbədində
vida mərasiminə qatılanlar
arasında mərhumun yaxınları, sənət dostları,
hökumət adamları, millət vəkilləri, sadəcə,
onun sənətini bəyənənlər
vardı. Yaşar Nurinin
60 illik yubileyində etdiyi
çıxışın audio
yazısı mərasimə qatılanları o
illərə qaytardı. Belə bir ovqat hakim oldu
ki, bu aktyor
öz adını milli
teatr sənəti tarixinə həmişəlik
yazmağı bacarmışdır. Bu,
ona nəsib olub.
Nazir Əbülfəs Qarayev Yaşar Nurinin həyatının 50 ilini
sənətə həsr etdiyini
xatırladaraq dedi:
"Yaşar Azərbaycan səhnəsinin əvəzolunmaz,
təkrarsız ifaçısı, sənət fədaisi idi. Ona görə bu qədər sevilir. Son ana qədər səhnə
arzusu ilə yaşadı. Burada,
onun cənazəsi önündə
çıxış etmək çox
ağırdır. Mən Yaşarın vəfatına görə
Azərbaycan xalqına başsağlığı verirəm".
Onu əbədi
dünyasına uğurlamazdan əvvəl
sənət dostları Yaşar Nuri barədə səmimi ürək sözlərini
ifadə etdilər. Aktyor II Fəxri xiyabanda dəfn olundu.
Ayna.-
2012.- 24 noyabr.- S.20.