AFFA ilin ən
yaxşılarını mükafatlandırdı
Beynəlxalq
Muğam Mərkəzində Premyer Liqanın 2011-2012-ci il
mövsümünün qaliblərinin mükafatlandırma mərasimində
ilk olaraq AFFA prezidenti Rövnəq Abdullayev
çıxış edərək qalibləri təbrik etdi,
onalara cari mövsümdə də uğurlar arzuladı. Sonra
müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim
olundu.
Kamran
Ağayev ("Xəzər Lənkəran") "Ən
yaxşı qapıçı", Ruslan Abışov ("Xəzər
Lənkəran") "Ən yaxşı müdafiəçi",
Adrian Pit ("Xəzər Lənkəran") "Ən
yaxşı yarımmüdafiəçi", Rauf Əliyev
("Qarabağ") "Ən yaxşı
hücumçu", Ceyhun Sultanov ("Kəpəz") "Ən
yaxşı qol", Rəşad Abdullayev ("Qəbələ")
"Ən yaxşı assistent", Nurlan Novruzov
("Bakı") "Mövsümün
tapıntısı", Böyükağa Hacıyev
("Neftçi") "Ən yaxşı baş məşqçi"
nominasiyasının qalibi kimi mükafata layiq
görüldülər.
"Ən yaxşı futbolçu" isə
Flavio Aleks Valensio ("Neftçi") seçilib. Elçin
Məmmədov, Fariz Yusifov və Əliyar Ağayev "Ən
yaxşı baş hakim", Mehman Mahmudov, Elman Musayev, Namiq
Hüseynov, Yaşar Abbasov, Vaqif Musayev və Azər Əsgərov
"Ən yaxşı köməkçi hakim" kimi
mükafatlandırıldılar.
Mövsümün bombardiri Bahodir Nasimov
("Neftçi") üçün də xüsusi
mükafat təqdim olundu. ARDNŞ-nin geologiya, geofizika və
yataqların işlənməsi üzrə birinci
vitse-prezidenti Xoşbəxt Yusifzadəyə isə "Ən
sadiq azarkeş" mükafatı verildi.
Sonda AFFA-nın prezidenti Rövnəq
Abdullayev 2011-2012-ci il mövsümündə ilk 3 yeri tutan
komandaların nümayəndələrinə müvafiq olaraq
bürünc, gümüş və qızıl medalları təqim
etdi. Mərasimdə incəsənət xadimləri maraqlı
çıxışları ilə iştirakçıların
zövqünü oxşadı.
Ayna.-
2012.- 13 oktyabr.- S.22.