Vokalçıların Moskva müsabiqəsi başa çatdı

 

Qalib Özbəkistan təmsilçisi Jenizbek Piyazov olub

 

Rusiya paytaxtında Müslüm Maqomayev adına vokalçıların II Beynəlxalq müsabiqəsi başa çatıb. Müsabiqə Moskvanın ən böyük konsert zalında - "Krokus Siti Holl"da təşkil edilmişdi. Müsabiqə ilə bağlı "Metropol" hotelinin konfrans salonunda münsiflər heyətinin sədri, SSRİ xalq artisti Tamara Sinyavskayanın və Müslüm Maqomayev adına Fondun təsisçisi Araz Ağalarovun mətbuat konfransı keçirilib.

Tamara Sinyavskaya müsabiqəyə hazırlığın son mərhələsindən danışaraq bildirmişdi ki, bu il sənət yarışmasında 10 ölkədən - Rusiya, Azərbaycan, Belarus, Gürcüstan, Almaniya, Koreya Xalq Demokratik Respublikası, Monqolustan, ABŞ, Özbəkistan və Ukraynadan 18 ifaçı iştirak edəcək. Sinyavskaya demişdir:

"Müsabiqə həm də ona görə unikal xarakter daşıyacaq ki, burada vokalçılar öz istedad və bacarıqlarını həm klassik, həm də estrada repertuarının ifasında göstərməlidir. Bundan başqa, iştirakçıların ifa edəcəyi proqram təkrar olunmayacaq. Birinci gün vokalçılar operaestrada əsərlərini, ikinci gün isə SSRİ xalq artisti Müslüm Maqomayevin repertuarından əsərlər ifa edəcəklər".

Öz növbəsində, Araz Ağalarov müsabiqədə iştirak üçün 230 ərizə verildiyinison dərəcə ciddi seçim olacağını vurğulamışdı. Xatırlatmışdı ki, bu seçim çox gözəl vokal göstəriciləri olan layiqli ifaçıları aşkara çıxarıb.

Yarışma maraq vəd edirdi, sünki, bərabər imkanlar şəraitində ən yaxşı ifaçı qalib gələcəkdi. Bu mötəbər Müsabiqədə Azərbaycanı Xəyyam Mustafazadə təmsil edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, finala vəsiqə qazanan 10 gəncin gərgin mübarizəsindən Özbəkistan təmsilçisi qalibiyyətlə ayrılıb.

Müsabiqənin ikinci günü Müslim Maqomayevin repertuarına müraciət edən gənc vokalçılar yenə də səhnəyə iki dəfə çıxıblar. Vokalçılar klassikestrada janrında olan mahnıları ifa ediblər.

Müsabiqənin sonunda Tamara Sinyavskayanın rəhbərlik etdiyi münsiflər heyətinin qərarı açıqlanıb. Yekunda mümkün 240 xaldan 228-ni qazanan Özbəkistan təmsilçisi Jenizbek Piyazov müsabiqənin qalibi elan olunub. Qalibə Müslüm Maqomayev Fondunun rəhbəri Araz Ağalarov tərəfindən 25 min ABŞ dolları dəyərində pul mükafatı verilib.

Bu il müsabiqənin münsiflər heyətində Rusiya, Azərbaycan, İtaliyaLatviyadan görkəmli incəsənət adamları, musiqiçilər yer alırdı. Xatırladaq ki, M. Maqomayevin həyat yoldaşı Tamara Sinyavskayanın rəhbərlik etdiyi münsiflər heyətinə Rusiyanın xalq artistləri Yelena Obratsova, Layma Vaykule, Dmitri Berman, Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli daxildir.

 

 

Ayna.- 2012.- 25 oktyabr.- S.20.