Kaliforniyada
Türk Mədəniyyət və İncəsənət
Festivalı keçirilib
Ölkəmiz
burada uğurla təmsil olunub
Kaliforniyanın Monterey şəhərində
Türk Mədəniyyət və İncəsənət
Festivalı keçirilib. Festivalda Azərbaycan da uğurla təmsil
olunub. Azərbaycanın Los- Anceles Baş Konsulluğundan APA-ya
verilən məlumata görə, konsulluğun dəstəyi
ilə quraşdırılmış Azərbaycan stendində
ölkəmizə dair müxtəlif məlumat
kitabçaları, turist xəritələri, suvenirlər və
kiçik xalçalar sərgilənib.
Festivalda çıxış edən
mahir kamança ustası İmamyar Həsənov ifa etdiyi Azərbaycan
musiqi nümunələri ilə tamaşaçıları
riqqətə gətirib. Daha sonra vaxtilə üç il Azərbaycanda
yaşamış, hazırda Monterey şəhərində təhsil
alan amerikalı tələbə Maykl Land
çıxış edərək, Azərbaycanın nailiyyətləri,
zəngin tarixi və mədəniyyəti, azərbaycanlıların
yüksək qonaqpərvərlik və
dözümlülük ənənələri barədə
iştirakçılara məlumat verib.
İştirakçılar tərəfindən
ən çox ziyarət olunan stenddə Azərbaycanın nar
şirəsi qonaqlara təqdim olunub. Artıq bir müddətdən
bəri Kaliforniyanın yüzlərlə dükanında
uğurla satışı həyata keçirilən,
birbaşa Azərbaycandan idxal edilən nar şirəsi festival
iştirakçıları tərəfindən çox bəyənilib.
Monterey şəhəri 2011-ci ildən
etibarən Azərbaycanın Lənkəran şəhəri
ilə qardaşlaşmış şəhərdir. Ştatda isə çoxsaylı türk icması yaşamaqdadır.
Ayna.-
2012.- 1 sentyabr.- S.20.