Azərin: “Biz hələ də “biz”i görmürük”
Düşünür ki,
"mən" - bizlərə yaraşmır
Dünyaya göz açanda valideynləri adını Anaxanım qoymuşdular, yəni xanımların anası.
Bu
gün isə öz sənəti ilə
“Türk dünyasının səsi”nə
çevrilmiş
bu xanımı hamı Azərin kimi tanıyır. Müəyyən fasilədən sonra yenidən TRT-də müəllif proqramında aparıcılıq edən Azərin Türkiyə telekanalı vasitəsi ilə
bütün dünyada eşidilir.
O
həm də Türkiyədə dövlət tədbirlərində
azərbaycanlı
sənətçi olaraq ön sıralarda yer alır.
- Sizin, Türkiyənin dövlət televiziyasındakı
proqramınız təqdirəlayiqdir.
Çünki qeyri-türkiyəlilərin
Türkiyədə iş
görməsi müşkül
məsələdir. Hətta
Almaniyada doğulub boya-başa çatan türklərə də Türkiyədə irəli
getməyə yerli sənətçilər imkan
vermirlər…
- Əslində, bu, gözəl xüsusiyyətdir. Çünki
vətən vətəndaşındır…
- Bu halda, sizin TRT-də hər həftə iki saat canlı yayımda olmağınız
yaxşı haldır.
Türkiyədə sizə
bu imkanın tanınması çox maraqlıdır…
- Hər şey insanın özündən asılıdır.
Bəli, türklər
siz buyurduğunuz kimi, kənardan gələnə elə də maraq göstərməzlər.
Lakin düşünürəm
ki, türklər, konkret olaraq, TRT rəhbərliyi mənə
bu aparıcılığı
təsadüfən təklif
etməyib. Əvvəlcədən
mənim fəaliyyətim
barədə onlarda kifayət qədər bilgi vardı. Bu proqramdan çox-çox öncə Azərbaycan və türk diasporları üçün
dəfələrlə konsertlər
vermişəm. Mənim
türkçülük ideologiyasına
bağlılığıma onlar laqeyd qalmadılar
və bu işimi təklif etdilər.
Yenə deyirəm, bu, bizim öz qazancımızdır.
Bilirsiniz ki, ilk gündən Cavidlə (prodüseri) birlikdə çalışırıq. Bizim
ansamblın azərbaycanlı
musiqiçiləri PKK ilə
mücadilənin getdiyi
bölgələrə səfər
edib, konsertlər veriblər. Yəni mən tək deyiləm.
Seçdiyim repertuardan əlavə, Allah-taala, yəqin, məni
çox sevir ki, qarşımıza xeyirxah insanlar
çıxarıb. Məhz ideoloji iş aparmaq
üçün mən “Azərinlə əsintilər”də
aparıcılıq təklifini qəbul etdim. Musiqi ilə
bağlı proqram olsa da, burada Türk Dünyasının
bütün problemlərindən söhbət gedir.
- Türkiyədə
aparıcılıq etdiyinizi görəndən sonra
buradakı telekanallar həvəslənib sizə təklif
göndəriblərmi?
- Verilişlə bağlı hələ Türkiyəyə getməzdən əvvəl
xeyli təkliflər almışdım. Sadəcə, istəmədik.
Bircə dəfə də olsun, mənim verilişimdə
hansısa sponsorun adını eşitməzsiniz. Sağ
olsunlar, hərdən bizim telekanallar məni ziyalı kimi
öz proqramlarına dəvət edirlər. Mən
aparıcılara bunu da demişəm ki, aparıcılar
beşinci plandadırlar. Mövzu, ideya qalır bir kənarda, əvvəldən
axıradək sponsorun adı, istehsal etdiyi məhsuldan
danışılır. Bu, həqiqətən,
biabırçılıqdır. Sponsorun adı onsuz da əvvəldə
– reklam bölməsində qeyd olunur… Ona görə də mən
burada aldığım təkliflərə “yox” dedim.
“Azərinlə əsintilər”də Türk
dünyasının tarixi, mədəniyyəti
və incəsənətindən söhbət
açılır. Bu proqram iki telekanalda – həm TRT-Avaz, həm
də TRT-müzik-də yayımlanır. Müstəqillik
qazanandan sonra Azərbaycanın yaşadığı
bütün faciələr barədə bu telekanallar vasitəsilə
dünyaya məlumatlar verilir. Bu telekanallar vasitəsilə Azərbaycan
musiqisi bütün dünyaya səslənir. Bunu etmək mənim
vətəndaşlıq borcumdur.
- Oranın telekanallarında
bizim sənətçilərin
çıxışı çox vaxt müşkülə
çevrilir. Maraq yoxdur, deyəsən…
- Türkiyədə hər kəsə ad-sanına deyil, özünə görə
hörmət edirlər. Mən bu gün Türkiyənin istənilən
bölgəsində rahatlıqla konsertlər verirəm. Mən
uzun illər Türkiyədə yaşadığım
üçün yerli insanların düşüncəsinə
bələdəm. Siz özəl telekanalların
yaratdığı görüntülərə elə də
diqqət verməyin. Əslində buranın insanı bizləri
çox sevirlər. Hansı bölgəsinə getmişəmsə,
çox isti münasibət görmüşəm. Onlar mənə
bir azərbaycanlı xanım-xatını kimi münasibət
göstəriblər. Onlar özləri də etiraf edirlər
ki, əsl sənət bizdədir. Bizlərin intellekt cəhətdən
daha üstün olmağımızı onlar özləri də
etiraf edirlər.
Bilirsinizmi, hər şey insanın özünü necə təqdim etməsindən
asılıdır. Dəfələrlə onminlərlə
tamaşaçı qarşısında türk sənətçiləri
ilə müştərək konsertlərimiz olub. Heç vaxt
yad münasibət müşahidə etməmişəm.
Başqaları necə qarşılanıb, məni
maraqlandırmır, özümə qarşı olan diqqəti
deyə bilərəm. Türkiyədə mətbuat ciddi incəsənət
barədə yazmaz, onların əsas mövzusu şoudur. Lakin
dəvət aldığım proqramlarda türk sənətçilərinə
şəxsi həyatı ilə bağlı sual verildiyi halda,
aparıcı mənə çatanda mütləq sənətlə
bağlı sual verir. Hansı konsertə gedirəmsə, məni
aparıcılar “Türk dünyasının səsi Azərin”
kimi təqdim ediblər. Bu, mənim üçün yetərlidir.
Bir də
mən Türkiyədə
bir şeyi müşahidə etdim ki, onlarda qısqanclıq
yoxdur. Mənim proqramımda türk dünyasının
ünlü “Yalla” qrupundan tutmuş, tanınmış sənətçilərinədək
hamı deyirdi ki, biz sizin yanınızda oxumarıq. Cavid
şahiddir, bunu canlı yayımda özləri etiraf ediblər.
Deyirlər ki, biz sizin yanınızda oxumağa
utanırıq. Amma aralarında keyfiyyətsizləri də
tapılır. Davud Güloğlu Bakıda konsert verəndə
3 gün Cavidə yalvardı ki, Azərin xanım
“Çırpınırdı Qara dəniz”
mahnısını oxusun. Mən də, inanın ki, Cavidin xətrinə
gedib oxumuşdum. Qayıdandan sonra ondan soruşdular, hansı
Azərbaycan sənətçisini tanıyırsınız,
dedi ki, heç birini tanımıram. Yəni belə də
olur.
Ona görə
də belə neqativ
şeyləri publikanın adına yazmaq lazım deyil.
Çünki Türkiyədə media başqa-başqa
qrupların əllərindədir. Yalandan cəmiyyətin
güzgüsü təəssüratı yaratmalarına
baxmayın, hamıya Türkiyədə bəllidir ki, media həqiqəti
yazmır. Konkret olaraq “Yahşi Cazibə”yə gəldikdə,
onu deyərdim ki, bu serial Azərbaycan dilini sözün
yaxşı mənasında reklam etdi. Mənim
tanıdığım insanlar var, onlar etiraf edirlər ki,
“Cazibə”nin dili elə onların öz dilidir, sadəcə,
sonradan Avropanın təsiri ilə “müasirləşib”.
- Bu gün gənclər şikayətlənirlər ki,
əsl sənətlə irəli getmək mümkün deyil.
Bir zamanlar Azərin də Türkiyədən qayıdıb gələndə
belə vəziyyətlə üzləşmişdi.
Özü də o vaxtlar şou-biznes əsl sənəti
üstələmişdi. Amma bu gün Azərin “Türk
Dünyasının səsi” hesab olunur. Gənclərə nələri
məsləhət görürsünüz ki, onlar da əsl sənətin
sayəsində irəli gedə bilsinlər…
- Sadəcə, gənclər öz peşələrini sevməlidirlər. Bu
peşə səni doydurur, ya ac qoyur, hələlik bu barədə
düşünməsinlər. İnanın səmimiliyimə,
bu gün də biz əsl sənət barədə
düşünürük. Və sənət həqiqətən
istedadlı adamı heç vaxt ac qoymur. Başa
düşürəm, bu gün insanların yaşamaq şərtləri
dəyişib, gənclik daha çox maddiyyat barədə
düşünür. Onları qınamıram. Amma pul hər
şey demək deyil. Ola bilsin ki, pul bəzi sənətdən
uzaq insanların ad-san, şan-şöhrət qazanmasına
vasitə olub.
Qoy gənclərimiz
nəfslərinə qalib
gəlib, bu ucuz şöhrətdən uzaq olsunlar, müvəqqəti
parıltı onların gözlərini
qamaşdırmasın, başlarını aşağı
salıb öz peşələrinə sonadək yiyələnsinlər,
əsl sənətkar olsunlar. İnsan Allahı görməyi
bacarmalıdır. Heç kəs bu dünyanın malını
özüylə aparmayıb. Ümumiyyətlə, Azərbaycanın
bugünkü şəraitində “mən” kəlməsi bizə
yaraşmır. Əslində çoxdan Azərbaycanda “biz”
düşüncəsi olmalı idi. Əfsuslar olsun ki, biz hələ
də “biz”i görmürük.
XATUN
Ayna.-
2013.- 12 yanvar.- S.21.