Avropada ən böyük sərgimiz Çexiyada
açılır
Bu sərgi
bütün Avropa çərçivəsində təqdim
olunacaq
Çexiyanın Ostrava şəhər
muzeyində “Əbədi odlar diyarı – Azərbaycanın min
illik mədəniyyəti” adlı sərgi fəaliyyətə
başlayacaq. Qeyd edək ki, bütün Avropa çərçivəsində
keçiriləcək sərgi fevralın 28-dək davam edəcək.
Ostrava muzeyində sərgiyə gələnlər XVI-XIX əsrlərə
aid silahlar, əl ilə toxunmuş xalçalar, Makedoniyalı
İsgəndərin ölümündən sonra istifadə
olunmuş gümüş sikkələr, daş-qaş, vaxtilə
Böyük İpək Yolu ilə yük daşıyan
heyvanların modelləri və bir çox başqa şeylər
görə biləcəklər.
Çexiyanın incəsənət
tarixçisi və sərginin kuratoru David Mayer sərgi barədə
fikirlərini bu şəkildə bölüşür:
“Bu, Avropa tarixində Azərbaycan mədəniyyəti
və tarixinə həsr olunmuş ən böyük sərgidir.
Mən ilk növbədə XVIII əsrdən XX əsrin əvvəllərinə
aid Azərbaycan xalçalarını xatırlatmaq istərdim,
çünki, bu xalçalar bütün sərginin əsas
leymotivini təşkil edir və Azərbaycan ixrac mədəniyyətinin
ən məşhur hissəsidir.
Ziyarətçilər Azərbaycanın
Şamaxı, Lahıc və Qarabağ ustalarının misdən
hazırladıqları XVII- XIX əsrlərə aid müxtəlif
cür qab-qacaq, neft lampaları və hamam-seyflərini görə
biləcəklər. Hansı ki, xanımlar hamama getməzdən
əvvəl öz zinət əşyalarını bura
qoyardılar. Onların arasında gözəl kəmərlər,
sinəbənd, boyunbağı, möhtəşəm qolbaqlar
və ya baş bəzək əşyalarını qeyd etmək
olar”.
Sərgi altı tematik ekspozisiyadan ibarətdir.
David Mayer iddia edir ki, Azərbaycan silahları bölməsi
kişilər arasında öz pərəstişkarlarını
tapacaq.
“Bizim muzeydə hazırda 300-ə
yaxın eksponat var. Onların əksər hissəsi indiyədək
Bakıdan kənara çıxarılmayıb”, – deyə
Ostrava muzeyinin əməkdaşı David Mayer
xatırladır.
Son illər Azərbaycanda bir sıra
ölkələrin mədəniyyət günlərinin, sərgilərin
təşkili xalqların bir-birini daha yaxından
tanımasındə çox gözəl vasitədir. Bu
istiqamətdə işlər bu il də davam etdiriləcək.
Bu il Azərbaycanda İtaliya, Ukrayna, İran və digər
ölkələrin mədəniyyəti günlərinin
keçirilməsi planlaşdırılır. Bu tədbirlər
çərçivəsində vətəndaşlarımız
sözügedən ölkələrin mədəni irsi, ekran əsərləri,
teatr və musiqisi ilə yaxından tanış olmaq imkanı
əldə edəcəklər.
Ayna.-
2013.- 12 yanvar.- S.20.