ALİM QASIMOVUN İKİ ÖLKƏDƏ İNTERNET SƏHİFƏSİ HAZIRLANIR
Hər iki sayt mayın
sonlarında təhvil
veriləcək
Azərbaycanın xalq aritsti dünyaşöhrətli xanəndə Alim Qasımovun iki İnternet səhifəsi hazırlanır. Xanəndənin "Ayna"ya bildirdiyinə görə, ilk dəfə hazırlanan saytın biri Azərbaycanda, digəri isə xarici ölkələrdən birində ərsəyə gətirilir: "Əvvəlcə ölkəmizdə hazırlanan sayt barədə məlumat vermək istəyirəm. Bu, beynəlxalq standartlara uyğun bir səhifə olacaq. Çünki mənim sənətimlə bir çox ölkələr maraqlanır və saytda onlara ingilis və rus dillərində olan bölmələrdən istədiyi məlumatı yaxud ifanı əldə etməsi üçün bütün imkanlar yaradılır. Bura mənim Azərbaycanda və səfərdə olduğum bir çox ölkələrdə çəkdirdiyim fotolar, tərcümeyi-halım, külliyyatım və s. bilgilər daxil edilir. Sayt hazırlıq prosesindədir və gələn ayın bu günlərində istifadəyə verilməsi nəzərdə tutulub".
Xanəndə xaricdə hazırlanan sayt barəsində uzun danışa bilmədi. Bildirdi ki, bu barədə
ona verilən informasiya az olduğundan danışmaqda
çətinlik çəkir:
"Həmin sayt əcnəbi vətəndaşlar
tərəfindən Kanadada
hazırlanır. Onlar
kimlikləri barədə
hələlik məlumat
verməməyimi xahiş
ediblər. Bütün
materialları özləri
əldə edib sayta yerləşdirirlər.
Çox güman ki, hər iki
saytın tamamlanması
eyni vaxta təsadüf edər".
Z.RƏHİMQIZI
Ayna.-2009.-25 aprel.-S.21.