Əgər 50 milyonuqsa...
Yola saldığımız il Dünya Azərbaycanlıları
Konqresinin (DAK) önəmli işləri ilə yadda qaldı.
Dekabrda isə DAK-ın 25 nəfərlik heyətinin Belçika
və İsveçə turnesi baş tutdu və səfərin
yekunu ilə bağlı Bakıda mətbuat konfransı təşkil
olundu. DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı
ilə söhbətimizdə məqsəd bu yöndə
aparılan işlərə işıq salmaq idi. Sabir Rüstəmxanlı
və bərabərindəki heyət Avropadan nikbin ovqatda
dönüb, onun DAK-ın və ümumən millətimizin gələcəyi
sarıdan düsüncələri də nikbin notlara köklənib.
O deyir:
- Əgər əvvəlki səfərlərimizdən
narazı qayıtmışdımsa, bu dəfə başqa
münasibətin şahidi oldum - baxmayaraq ki, biz
qeyri-hökümət təşkilatıyıq, xaricdə
diplomatik xidmətdə olanlarımız, səfirlərimiz,
sağ olsunlar, görüşlərimizə gəldilər,
çıxış etdilər. Gənc olsalar da, yüksək
peşəkarlıq nümayiş etdirdilər,
görüşlərimizin təşkilində bizə
yardımçı oldular. Brüsseldə DAK-ın Avropada ilk
ofisini açdıq. Burada qəbullarımız oldu. İdarə
Heyətimizin canlı görüşünü keçirdik,
bir sözlə, hər şəraitimiz vardı, başqa vaxt
isə bu kimi işlərdə çətinlik çəkirdik.
Bu ofis Avropada bizim əlaqə mərkəzimizə çevriləcək.
Avropa görüşlərimiz
faydalı oldu. İnsanlarımız bizi həm buradan, həm
Güney Azərbaycandan, həm diaspordan izləyirlər.
DAK-ın işlərinin normal məcraya
düşdüyünü bu gün hamı etiraf edir.
Bir diaspor təşkilatı
olaraq, DAK bu on ildə, təəssüflər olsun ki, məqsədlərinə
çata bilməyib və təşkilatlanma səviyyəsi
arzu edilən səviyyədə deyil. Son qurultayda (iyun,
- Razılaşaq ki, Azərbaycanın
və azərbaycanlıların dünya ilə qurulmaqda olan
münasibətləri hələ də ikitərəfli deyil,
birtərəfli yol təsiri bagışlayır...
- Bu fikirdə bir həqiqət
var. Mən həmişə bunu vurğulayıram ki, Azərbaycan Qərbi
yetərincə tanıyır, Avropa Şurasının
üzvüdür və Avropa ailəsi ölkələrinə
yaxşı bələddir, amma Avropa ölkələri öz
ailə üzvləri olan Azərbaycanı biz onları
tanıdıgımız qədər tanımır, bizim
problemləri lazımınca bilmir. Bu, birtərəfli proses
ola bilməz, bizim onlardan eyni münasibəti gözləməyə
haqqımız var, onlar Azərbaycana ikinci sinif bir ölkə
kimi baxmalı deyillər. Münasibətlərdə bir
müvazinət yaradılmalıdır. Mən bunu Amerika
Konqresindəki üc görüşümüzdə, BMT-dəki
görüşlərimizdə, Belçikada nazirlər səviyyəsində,
Belçika senatında və digər bütün şəxsi
görüşlərimizdə aydın ifadə etmişəm.
Bu gün Avropanın elə
ölkələri var ki, hətta bizim burada viza almağımıza
mane olur, baxmayaraq ki, buradan DAK-ın tədbirlərinə gedən
bir azərbaycanlı belə həmin ölkədən siyasi
sığınacaq istəməyib. İşimizi yerinə
yetirib qayıdıb gəlirik. DAK dünyada tanınan bir təşkilatdır
və İsveçdə qeydiyyatdan keçib. Bizim gediş-gəlişlərimizə
əngəllərin haradan qaynaqlandığı, hansı
mexanizmlərin işlədiyi bizim üçün
qaranlıqdır. Viza məsələsində DAK-a normal bir
münasibət olmalıdır. Onu da deyim ki, bir sıra
ölkələrin səfirlikləri Azərbaycanda özünü
son dərəcə kobud, millətimizə sayğısız
aparır, yazışmalarında yerli dilə
etinasızlıq göstərirlər.
- Sizcə, Qərbin siyasi
fikrində Azərbaycan məsələsi bu qədər
işlər görüldükdən sonra özünə niyə
bu dərəcədə az yer edə bilmişdir?
- Görüşlərdə
mövzu doğru-düzgün qoyulduqda problem yaranmır. Əgər
əvvəllər Qarabağ məsələsi ilə bağlı
söhbətlərdə kimlərsə durub gedirdilərsə,
indi oturub diqqətlə dinləyirlər. İsveçdə,
Belçikada senatorlar, deputatların Azərbaycan məsələsi
ilə yaxından maraqlandıqlarını gördüm, hətta
vəd etdilər ki, dəvət olsa, mütləq Azərbaycana
səfər etmək istərdilər. Mən öz adımdan
onları dəvət etdim.
- Bu gün Güneydə
baş verənlər bir insanlıq dramıdır... DAK
bütün bu baş verənləri dünyanın diqqətinə
çatdırmaqda öhdəsinə düşən vəzifəni
nə dərəcədə yerinə yetirir və
anlayışla qarşılanırmı?
- DAK-ın işi təkcə
diasporu fəallaşdırmaq və onun yardımı ilə
lobbiçiliyi genişləndirmək, Azərbaycanın tərəfdarlarının
sayını artırmaq, Azərbaycanı tanıtdırmaq, Azərbaycan
Respublikasının müdafiəsi deyil, həm də
Güney Azərbaycanda, İran deyilən bir ölkədə
yaşayan 35 milyonluq xalqımızın hüquqlarını
müdafiə etməkdir. Bu bizim birbaşa vəzifəmizdir.
BMT-də təəccub edildi
ki, necə olur, 35 milyonluq bir xalqın dilində məktəb
olmasını Necə başa salaq, axı bu 35 milyon böyuk
bir gücdür, amma ana dilində məktəbini yarada bilmir,
öz varlığını qorumaqda çətinlik çəkir?
Bu 35 milyonu necə əzmək, farslaşdırmaq, bir dövlət
siyasətinin əsirinə çevirmək olar? Buna inana
bilmirlər. Və Azərbaycanın rəsmi dairələrinin
bu barədə susmasını qəbul edə bilmirlər.
BMT-də bizə dedilər: diplomatik yollar var, ən azı
insan haqları məsələsi var. Əgər Amerika kimi
super gücdə insan haqları pozulursa, bunu bütün
dünya deyir. Amma İranda insan haqları pozulur, BMT-də bu
barədə komissiya yaradılır, Azərbaycan da bu
komissiyanın üzvü olur, üzv ölkələrin əksəriyyəti
İranda insan haqlarının pozulduğunu təsdiqləyən
sənədə imza atır, Azərbaycanın təmsilçisi
isə imza atır ki, "insan haqları pozulmur"... Bu
paradoksal vəziyyəti Milli Məclisimizdə dilə gətirməli
olduq.
Bizim, diaspor təşkilatlarımızın,
fəaliyyətimizin nəticəsidir ki, yeni seçilmiş
prezident Barak Obama İranda insan haqlarının pozulduğunu
dilə gətirdi. Deyim ki, bizim heyətin Obamanın qrupu ilə
də görüşü olmuşdu. Bizim səfərimizdən
sonra BMT baş katibi bu məsələni dilə gətirdi və
sonra BMT bu məsələni xüsusi müzakirə etdi,
İranda azərbaycanlıların hüquqlarının kobud
şəkildə pozulduğu barədə bəyanat qəbul
olundu.
Amerikada yüz minlərlə
Azərbaycan mənşəli türk yaşayır. BMT rəsmiləri
təəccüblənirlər ki, niyə onlar bu məsələləri
rəsmi dairələr qarşısında ardıcıl
olaraq qaldırmırlar? Axı onlar İrandakı
soydaşlarının durumu ilə bağlı istənilən
səviyyədə müraciət edə bilərlər. Əgər
35 milyonun haqqı tapdanırsa, onda gərək beynəlxalq
qurumlar ildə milyonlarla məktub alsın. Bu niyə yoxdur?
- Belə bir fikir var ki, azərbaycanlıların
fəallaşmasına Qərbdə ehtiyatlı münasibət
var, guya, onlar qorxurlar ki, bu təmayül gələcəkdə
İranın parçalanmasına gətirib çıxara bilər.
Onlar isə bunu istəməzdilər, yəni qorxurlar ki,
İranın parçalanması dünya düzəninin
pozulmasına səbəb olar. Sizin görümünüz...
- Yuqoslaviyanın da
parçalanmasını istəmirdilər. Əgər ölkədə
yaşayan xalqlar iradəsini ortaya qoyursa, hec kəs ona mane ola
bilməz. Dolayısı ilə bizə deyilir ki, hüquq
daxilində siz hansı işi gördünüz ki, dünya
buna mane oldu?
Fəqət bu məsələdə,
açıq dilə gətirilməsə də, bölgədə
ikinci güclü bir türk dövlətinin yaranmasından
narahat olan çevrələr də var. Əgər bu gün
İranda Azərbaycan türkləri, türkmənlər, ərəblər,
bəluclar, lurlar, kürdlər ayaqdadırlarsa və
güclü səkildə mübarizə aparırlarsa, hec kəs
bunun qarsısını ala bilməz.
Bilirsiniz, biz işimizi
mümkün qədər hay-küysüz görmək istəyirik.
Güney Azərbaycanın istiqlalı, Azərbaycanın
bütövlüyü hər kəsin idealıdır.
İranın parçalanması isə bu gün bizim -
DAK-ın məqsədi, problemi deyil. Biz 35 milyonun əvəzində
danışa bilmirik, bunu onlar özləri danışacaqlar,
öz hərəkatları gedir, sabah liderləri ortaya
çıxacaq və sözlərini deyəcəklər.
Bizim problem odur ki, beynəlxalq hüquq var və bu hüquq cərçivəsində
mənim millətimin dili ilə baglı hüquqları var. Bu
hüquq niyə verilmir? Niyə İran Konstitusiyasının
müvafiq maddələrini emal edilmir?
Biz DAK olaraq istəyirik ki, bu
insanların ana dilində Məktəbi olsun, mədəniyyətləri,
milli kimlikləri qorunsun, zorla farslaşdırılmasın,
öz torpaqlarından köcə məcbur edilməsin. Əgər
baxsanız, İranın digər bölgələrinin
inkisafına Azərbaycanla müqayisədə qat-qat artıq
sərmayə qoyulur, sənaye başqa bölgələrdə
daha sürətlə inkişaf etdirilir. Elə bir şərait
yaradılır ki, əhali Azərbaycandan çıxıb həmin
vilayətlərdə yerləşsin və farslaşıb
getsin. Biz bu siyasətə qarşıyıq və qarşı
olmaq yasaq deyil, bizim doğal haqqımızdır və hər
bir azərbaycanlı harada yaşamağından asılı
olmayaraq, öz soydaşının haqqını bu gün
müdafiə edə bilər. Bu bizim dövlət
üçün də problem yaratmır, çunki biz
qeyri-hökumət təşkilatıyıq.
İstər Qarabağ məsələsi
olsun, istər Güney - biz qərbli tərəf-müqabillərimizlə
sənədlərin dili ilə, beynəlxalq hüquq dili ilə
danışırıq. Göstəririk ki, Qarabağ məsələsinin
həllində Azərbaycan hökümətinin, ictimai təşkilatların
və diasporun mövqeyində o qədər də
böyük fərqlər yoxdur - torpaq
bütövlüyümüz zəruridir, işgal edilmiş
torpaqlarımız təmizlənməlidir, orada yaşayan ermənilər
bizim vətəndaşlarımızdır və onlara
lazım olan statusu da Azərbaycan hökuməti verməli, bu
iş Azərbaycanın daxilində həll olunmalıdır.
Bundan başqa, biz Azərbaycanın parçalanmış xalq
olduğunu, Gülüstan və Türkmənçay
müqaviləsindən sonra köhnə İrəvan
Xanlığının yerində bir Ermənistan dövləti
qurulduğunu, bu yeni dövlətin ərazisindən yüz
minlərlə türkün qovulduğunu, üstəlik
Qarabağın işğal olunduğunu, Azərbaycanın
zaman-zaman soyqırımlara məruz qoyulmuş bir xalq olduğunu
göstəririk.
- DAK-la bağlı işlərdə
daha çox İsveç, Belçika, Hollandiya, Almaniya kimi
ölkələrin adı çəkilir, görünür,
başqa ölkələrdə işlərimiz o qədər
də dolğun deyil...
- Bu hal, görünür,
demokratiyanın inkişaf səviyyəsi ilə bağlıdır.
Hansı ölkədə demokratiya yüksəkdirsə,
diasporların fəaliyyətinə o qədər yaxşı
və yüksək şərait yaradılır.
- Müvafiq
saytlarınızın işindən razısınızmı?
- Bundan öncə müxtəlif
ölkələrdə saytlar açıldığını
gördük, sonra bu təşəbbüsü göstərmiş
soydaşımız, nə bilim, kimdənsə inciyəndə
saytı da götürüb çıxıb getmişdi.
Qulamrza Təbrizi sədr olanda bir sayt yaratmışdı,
sonra ayrılma olanda bu sayt da onlara qaldı, fəqət
mübahisəsini etmədik. İndi www.d-a-k.org saytımız
və digər saytlarımız var, bunlar bir-birinə kömək
edirlər, bu saytlarımızın sayı çoxalacaq.
Biz xüsusən də
Güneydən isti-isti məlumatlar alırıq, bəzən
bu məlumatları mənbə göstərmədən digər
saytlar da təqdim edirlər. Olsun. Əsas odur ki, xəbərlər
daha geniş çevrəyə yayılsın. Bu millətin o
qədər problemləri var ki, yüzlərcə belə
saytlar yaradılmalı, hər ölkənin öz diaspor TV-ləri
fəaliyyətə başlamalıdır. İsveçdə
mənə dedilər ki, təqribən 18 fars radiosu var, nə
bilim kürdlərin necə TV-si var, azərbaycanlıların
bircə radiosu və ya TV-si yoxdur... Biz fəallaşmış
olsaq da, başqa diasporların səviyyəsinə gəlib
çatmamışıq.
Deyim ki, çox da
böyük məsrəf tələb olunmur. Doğrudur, bu
gün İran höküməti ayağını bir
başmağa dirəyib deyir ki, "mən bu milləti dilsiz
qoyacağam", amma biz bir TV açıb siyasətə
qatılmadan Güneydə əhalimizə şərəfli
tarixini, ədəbi dilini, onun qrammatikasını öyrədə,
mədəniyyətini və musiqisini yaya, millətə
özünü tanıda bilərik. Biz millətimizi seviriksə,
onun gələcəyini düşünürüksə,
hökmən bu işləri görməliyik. Mənim qəti
inamımca, bölgənin taleyini Azərbaycanın taleyindən
kənarda təsəvvür etmək olmaz.
- İlə yekun vurarkən,
qarşıdakı ilə proqnozunuz?
- Öncə fürsətdən
istifadə edib Həmrəylik Günümüz münasibəti
ilə bu il dünyanın hər bucağında
görüsdüyüm qardaşlarımı,
bacılarımı təbrik etmək istəyirəm. Mən
millətimin istedadını görürəm. Bir şəhərdə
bir neçə yüz azərbaycanlı varsa, onlar hər
zaman intellekt tutumlu işlərə meyil edirlər. Onlara bir az
yardım və dəstək olarsa, bu insanlar cox faydalı
işlərə imza atarlar. Biz böyük keçmişi və
böyük gələcəyi olan bir millətik. Buna həyatım
qədər inanıram.
Nə deyim, çətin və
mürəkkəb bir ili başa vururuq. Mənə görə,
bu il diaspor təskilatlarımızın fəallaşma ili
oldu. Çox önəmli, mühüm tədbirlər
keçirildi. Güman edirəm ki, diaspor təşkilatlarımızın
fəaliyyəti ildən-ilə qüvvətlənəcək.
Mən bütün planlarımızı açmaq istəmirəm,
bizi mühüm işlər gözləyir. İşimizi
dünya boyunca davam etdirəcəyik. Biz bu işləri öz
məhdud imkanlarımız çərçivəsində
görürük.
Yeri gəlmişkən, Azərbaycanın
çox zəngin iş adamları var. Onlar istəsələr,
hərəsi bir ölkədə radio, TV açarlar. Niyə
bunu etmirlər, başa düşmürəm. Pullar-paralar bu
gün var, sabah olmaya da bilər. Amma bu millət var
olmalıdır. Millətin gələcəyini
düşünməlidirlər. Rəsmi çevrələr
bu işə çox ciddi yanaşmalıdırlar.Əgər
prezident deyirsə ki, biz 9 milyon deyil, 50 milyonuq - böyük
bir xalqıq, bu, zarafat söz deyil. Əgər 50 milyonuqsa, onda
siyasətimizi də, bütün işlərimizi də buna
uyğun olaraq qurmalıyıq.
Rüstəmxanlı S.
Ayna.-2008.-27 dekabr.-S.12.