Məlahət Abbasova Atatürkün bacısını oynayır

 

Azərbaycanlı aktrisa Hollivudun tanınmış kino isimləri ilə çalışır

 

Türkiyədə yaşayan və fəaliyyət göstərən aktrisa Məlahət Abbasova yeni filmdə çəkilir. Telefon bağlantısı zamanı aktrisa xəbəri "Ayna" ilə bölüşdü. Söylədi ki, film Türkiyənin birinci cümhurbaşqanı Mustafa Kamal Atatürkün şərəfli ömür yolundan bəhs edir. Ekran işini türklərlə birlikdə Hollivudun tanınmış kino isimləri ərsəyə gətirirlər.

Məlahət xanımın bildirdiyinə görə, film Atatürkün adı ilə bağlı olduğü üçün aktyor heyəti şoubiznes mühitindən deyil, teatr adamları arasından seçilib. Aparılan kastinq zamanı Məlahət xanım Atatürkün bacısı Makbulənin rolunu oynamağa təsdiq edilib.

Aktrisanın məlumatına görə, filmin ssenarimusiqi müəllifi YUNESKO-nun xoşməramlı səfiri, bəstəkar Zülfü Livanelidir. Eyni zamanda, filmdə Sevda Kayqısız və Ozkan İpək kimi tanınmış türk prodüserləri, Hollivudun Aldo Siqnoette, Piter SauqenViqttori Fodano kimi tanınmış isimləri çalışırlar. Aktrisa bildirdi ki, Hollivuddan olan kino sənətçiləri 2007-ci ildə keçirilən "Oskar" mükafatının qalibləridir.

Filmdə Atatürkün bacısını oynamaqdan qürur duyan Məlahət Abbasova bu oyunun onun aktyorluq həyatında böyük iz buraxacağına əmin olduğunu bildirdi.

Aktrisanın əlavəsinə görə, "Vida" filminin hazırda İzmirdə çəkilişləri davam etdirilir. Nümayişi kinoteatrlar üçün nəzərdə tutulan filmin gələn il təhvil veriləcəyi bildirilir.

Filmdə ulu öndər Atatürkün gənclik illərini Sinan Tuzcu, yaşlılığını isə Burhan Güvən oynayır.

 

Z.Rəhimqızı 

 

Ayna.- 2009.- 5 dekabr.- S.24.