AZƏRİN TÜRKİYƏ
TELEKANALLARINDA ÇIXIŞ EDİB
Müğənninin səfər
proqramını Xocalı
soyqırımının ildönümü
ilə bağlı təbliğat kampaniyası
təşkil edib
Azərbaycanın əməkdar artisti Azərin ötən gün Türkiyə səfərindən qayıdıb. Səfər proqramı
barədə danışan
müğənni bunun
bir növ təbliğat xarakteri daşıdığını söylədi. Xəbəri
təfərrüatı ilə
"Ayna"ya çatdıran
Azərin bunları dedi: "Əvvəlcə
TRT telekanalının təşkil
etdiyi "Sən türkülərini söylə"
mahnı müsabiqəsində
qonaq-münsif kimi təmsil olundum. Bu, təsadüfi dəvət deyildi. Ötən il
TRT-nin Azərbaycandakı
təmsilçiliyi ilə
müsabiqəyə iştirakçı
seçəndə biz Samir
Piriyevin adı üzərində dayanmışdıq.
Mən Samirə hər zaman mənəvi dəstək olacağımı
bildirmişdim və bunu əməlimdə də göstərdim".
Səfər proqramına uyğun
olaraq müğənni
sözügedən müsabiqənin
canlı efirində vətənpərvər mahnılarını
səsləndirib. Eyni zamanda,
Heydər Əliyev Fondundan özü ilə apardığı
"Qarabağ xanəndələri"
adlı diski müsabiqənin münsiflər
heyətinə təqdim
edib. Azərin ona ayrılmış
vaxtdan səmərəli
istifadə edərək
fondun Xocalı soyqırımı ilə
bağlı çap etdirdiyi kitab haqqında efir izləyicilərini məlumatlandırıb.
Müğənni eyni
səpkili təbliğatın
digər kanallarda da davam etdirildiyini
söylədi: "Xocalı
soyqırımının ildönümündən
bir gün əvvəl Türkiyənin
ATV telekanalında çıxışım olub.
Eyni təbliğat kampaniyasını
bu kanalda da sərgilədim. Həmçinin proqram boyu Azərbaycana həsr olunmuş mahnılar səsləndirdim". Öyrəndik ki, müğənninin səfər proqramı daha sonra Ankarada
keçirilən Krım
Tatarlarının Toplantısında
davam etdirilib. Həmin toplantıda Azərin bir neçə dəqiqəlik çıxış
edib. Müğənninin TRT-dəki çıxışları
isə "Sən türkülərini söylə"
müsabiqəsi ilə
məhdudlaşmayıb. Növbəti günlərdə Azərin telekanalın başqa verilişlərində
də qonaq olub.
ZƏMİNƏ
Ayna.-2009.-28
fevral.-S.20.