Polad Bülbüloğlu ifa
etdiyi xalq mahnılarının simfonik
variantı üzərində işləyir
Bəstəkarın baleti ölkələr
gəzir
Rusiyanın Yekaterinburq şəhərinin
Dövlət Opera və Balet Teatrında
Azərbaycanın bu ölkədəki səfiri
bəstəkar Polad Bülbüloğlunun "Sevgi
və ölüm"
baleti səhnələşdirilib.
Fikirlərini yerli və rus mətbuatı ilə bölüşən
Polad Bülbüloğlu
bu faktı təkcə öz yaradıcılıq həyatında
deyil, Azərbaycan-Rusiya münasibətlərində
böyük hadisə
kimi qiymətləndirir:
"İtalyan maestro Fabio Mastranjelo tərəfindən idarə
olunan orkestrin Azərbaycan musiqisinin bütün vacib elementlərini, mürəkkəb
ritmik partituranı dəqiqliklə ifa etməsi məni xüsusilə heyrətləndirdi".
Diplomat quruluşçu
xoreoqraf Nadejda Malıginaya da təşəkkür edib.
N.Malıgina, F.Mastranjelo,
teatrın direktoru Andrey Şişkin çıxışlarında Polad
Bülbüloğlunun musiqisini
yüksək qiymətləndiriblər.
Azərbaycanın
Rusiya səfiri baletin bundan sonra hansı şəhərlərdə
və ölkələrdə səhnəyə
qoyulacağını söyləməkdə çətinlik
çəkib. O bildirib ki, ilk növbədə Yekaterinburq
teatrının Azərbaycana səfərini təşkil etmək
və onları azərbaycanlı həmkarları ilə
tanış etmək istəyir. Yaradıcılıq
planlarına toxunan Polad Bülbüloğlu deyib ki, vaxt məhdudiyyətinə
baxmayaraq hazırda əvvəllər ifa etdiyi xalq
mahnılarının simfonik variantı üzərində
işləyir.
Z.RÜSTƏM
Ayna.-2009.-4 iyul.-S.21.