Əflatun Amaşov: "Mətbuat Şurası işlək bir təşkilatdır hesabat verməyə hər zaman hazırdır"

 

Payızda Mətbuat Şurasının hesabat konfransı keçiriləcək 

                                                                                                

Payızda Mətbuat Şurasının hesabat konfransı keçiriləcək. Bunusədri Əflatun Amaşov "Mediaforum"a açıqlamasında bildirib. Nizamnaməyə 2008-ci ildə edilən dəyişikliyə görə, Mətbuat Şurası hər 4 ildən bir seçki qurultayı keçirməli, hər il isə hesabat xarakterli toplantı olmalıdır. Bu toplantıya qurultay da, konfrans da demək olar. "Qərara gəlmişik ki, payızda konfrans keçirək", - deyə Amaşov bildirib.

 MŞ-nin son qurultayı ötən il iyunun 20-də keçirilmişdi. Qurultayda nizamnaməyə dəyişiklik edilərək İdarə Heyətinin səlahiyyət müddəti 2 ildən 4 ilədək artırılıb şura üzvlərinin mərkəzi orqanlarda eyni vəzifəyə dalbadal iki müddətdən artıq seçilə bilməməsini nəzərdə tutan məhdudiyyət aradan qaldırılıb. 

Əflatun Amaşov ali toplantıların hər il eyni vaxtda keçirilməsini, gecikmələri problem saymadığını bildirib. Bunu o qədər vacib məsələ saymayan şura sədrinin sözlərinə görə, əsas olan odur ki, nəzərdə tutulan tədbirlər həyata keçirilsin: "Mən arzu edərdim ki, başqa ictimai birliklər Mətbuat Şurası kimi hüquqi baxımdan üzərlərinə düşən missiyaları yerinə yetirib illik toplantılar keçirsin öz üzvləri qarşısında hesabat versinlər. Mətbuat Şurası işlək bir təşkilatdır hesabat verməyə hər zaman hazırdır".

  Hüquqşünas Yalçın İmanov isə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər fondlar) haqqında" qanunun 25-ci maddəsini önə çəkərək bildirib ki, ictimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan ümumi yığıncaqdır. Onun sözlərinə görə, ümumi yığıncağın səlahiyyətinə ictimai birliyin nizamnaməsinin qəbulu ona dəyişikliklər edilməsi, əmlakın formalaşma istifadə prinsiplərinin müəyyən edilməsi, icra orqanlarının yaradılması onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması, illik hesabatın təsdiq edilməsi sair məsələlər daxildir. 

"QHT-lər haqda qanunun 31-ci maddəsində deyilir ki, qeyri-hökumət təşkilatı bu qanunun müddəalarından irəli gələn tələbləri pozduqda qanunvericiliyə uyğun şəkildə məsuliyyət daşıyır. Bu baxımdan yığıncağın çağırılmaması qanun pozuntusudur. Belə olan halda qeyri-hökumət təşkilatına müvafiq icra hakimiyyəti - Ədliyyə Nazirliyi tərəfindən yazılı xəbərdarlıq edilə ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verilə bilər", - deyə hüquqşünas qeyd edib.

  Əflatun Amaşov SİA-ya açıqlamasında digər bir məsələyə toxunub. KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının mətbuatın inkişafında mühüm rol oynayacağını deyən şura sədrinin sözlərinə görə, sözügedən fond mətbuatın inkişafında yeni bir mərhələnin əsasını qoyub. 

"Azərbaycan dövləti mətbuatın iqtisadi durumunu yaxşılaşdırmaq üçün belə bir fond yaradıb. Fondun vəsaitləri ölkədə mətbuatın, xüsusən müstəqil yönümlü mətbuatın əsasının güclənməsinə xidmət edəcək. Bu fondun yaranmasına qədər dövlət mətbuata yardım edirdi, ancaq fondun yaradılması dövlətin sistemli şəkildə mütəmadi olaraq mətbuata yardım etməsi deməkdir. Bundan bəhrələnən Azərbaycan jurnalistikası özünün iqtisadi durumunu yaxşılaşdıracaq", - deyə Ə.Amaşov vurğulayıb. 

sədri əlavə edib ki, iqtisadi gücün fonunda jurnalistlərin peşəkarlığı da artacaq, onlar daha da peşəkar olacaqlar. Onun fikrincə, media nümayəndələri cəmiyyətdə baş verən olaylara daha obyektiv, qərəzsiz tərəfsiz yanaşacaqlar. Ümumilikdə, şura sədri hesab edir ki, mətbuat müstəqil olmalı, ölkədə dünyada baş verən olaylara daha obyektiv yanaşmalıdır.  

 

 

T.MƏMMƏDOV

 

Ayna.-2009.-18 iyul.-S.4.