Əmir Pəhləvan 50 yaşında

 

Publisist, nasir, kinorejissor dramaturq Əmir Pəhləvan (Hacıyev) 50 yaşını qeyd etdi. O, yaşanmış illərə heyifsilənmədən baxa bilir. Belə ki, ölkəmizdən başqa, xarici ölkələrin müasir kino çevrələrində adını tanıda bilmiş çox az sayda azərbaycanlıdan biri olan Əmir Pəhləvan indiyədək dolğun intensiv yaradıcılıq həyatı yaşamış bir sıra uğurlara imza atmışdır.

Şahbuzun Mahmudoba kəndində dünyaya göz açıb. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən (1985) sonra Azərbaycan radiosu Cənubi Azərbaycan redaksiyasında, müxtəlif qəzetlərdə çalışdığını bir kənara qoysaq, 1995-ci ildə "Step LTD" kinoşirkətini təsis etməklə (1995) bu sahədə özünü təsdiq etməyi bacarmışdır. Əmir Pəhləvan Azərbaycan kinosunu Qərb auditoriyasına çıxarmaq kimi vacib bir işi həyata keçirmişdir.

İxtisas etibarilə jurnalist olan Əmir Pəhləvanın özünü necə həm kinossenarist kinorejissor kimi təsdiq edə bildiyi ayrı, geniş bir söhbətin mövzusudur. "Step LTD" kinoşirkəti tərəfindən onun müəllifliyi və rejissorluğu ilə çəkilmiş "Fransız", "Qarabağ şikəstəsi", "Spasibo", "Qız qalası" bədii filmləri xatırlamaq kifayətdir. Sənədli filmlər silsiləsi də diqqəti çəkir. "Bakı nefti və Nobellər", "Avtoritet", "Göyçay yəhudiləri", "Doqquzuncu oğuz - uyğurlar", "Kurqanlar", "Hunqariya" sənədli filmləri adlarından da göründüyü kimi, tariximizin maraqlı səhifələrini canlandırır.

Önəmli burasıdır ki, Əmir Pəhləvan öz filmləri ilə beynəlxalq festivallara çıxmış ölkənin kino sənətini bu digər dərəcədə təmsil etmişdir. Bu cəhdlərə uğursuz demək olmaz. Əmir Pəhləvan fəxrlə bildirir ki, "Spasibo" Hollivud sənədli filmlər festivalında mükafata layiq görülməklə Los-Ancelesin 18 telekanalında yayımlanmışdır. "Bakı nefti və Nobellər" adlı üçhissəli sənədli filmi isə Fransanın Nant şəhərində keçirilən "Üç qitə" kinofestivalında 2 medal almışdır. Bu film Almaniyada DVD diski formasında milyon tirajla yayımlanmışdır.

Əmir Pəhləvanın kitabları tək ölkəmizdə deyil, Türkiyə, Avropa Amerikada da çap olunub. "Neft taleli Nobel", "İsa, Məryəm və Sona" romanları onun yaradıcılığının başqa bir istiqamətidir. "Kəngərlilər", "O ay bir də doğmayacaq", "Qalxın, Cavid gəlir", "Məcid kişi" kimi əsərlərini də xatırlamaq olar. "İnsan və İblis" pyesi Bakı Bələdiyyə teatrında, "Buna da şükür" librettosu Musiqili Komediya Teatrında səhnələşdirilmişdir.

 

 

İsmayıl

 

Ayna.-2009.-25 iyul.-S.20.