Alim Qasımov və qızı Fərqanə səfərdən
qayıdıblar
Xalq artisti muğam ifaçısı Alim Qasımov, əməkdar artist Fərqanə Qasımova ilə birgə Polşaya qastrol səfərindən
qayıdıb. Xanəndənin
ailəsindən verilən
xəbərə görə,
səfər çərçivəsində
muğam ifaçıları
Polşada keçirilən
musiqi festivalında 90
dəqiqəlik xüsusi
proqramla çıxış
ediblər. Alim və Fərqanə Qasımovları Rauf İslamov, Ələsgər
Məmmədov, Rəfail
Ələsgərov müşayiət
ediblər. Konsert proqramı başa çatandan sonra xanəndələr Türkiyədə
keçirilən caz festivalında çıxış
üçün bu ölkəyə səfər
ediblər. Türkiyə
festivalı zamanı muğam ifaçılarını
öz musiqiçiləri
ilə bərabər,
türkiyəli musiqiçilər
Erkan Oğuz və Türkan Dərya müşayiət
ediblər.
Xəbərdə qeyd olunur ki, festivalda
çıxışdan sonra Alim və Fərqanə Qasımovlar İstanbulda konsert proqramı ilə
çıxış ediblər. İstanbulun məşhur konsert salonunda gerçəkləşən
proqram anşlaqla keçib.
Ayna.-2009.-25 iyul.-S.20.