Aysel Teymurzadə: MƏN ARTIQ BU YOLA GƏLMİŞƏM VƏ DAYANMAĞIN HEÇ BİR MƏNASI YOXDUR
"Eurovision"
müsabiqəsində Azərbaycanı
təmsil edən və bürünc medala layiq görülən
gənc sənətçi
"Ayna"nın suallarını cavablandırır
Onun bioqrafiyası Bakı ilə, təhsilə önəm verən bir ziyalı ailəsilə bağlıdır. Lap erkən yaşlarından ona çalışqanlıq, təşəbbüskarlıq aşılanıb. Ata-anası onun təhsilinə ciddi fikir veriblər. İntellekt güclü olanda, adam özünə inamlı olur.
Aysel Teymurzadə 1989-cu il aprelin 25-də Bakıda dünyaya göz açıb. Atası ixtisasca jurnalistdir. Uzun illər Azərbaycan Dillər Universitetinin fəlsəfə kafedrasının müdiri olub. Anası elmlər doktoru və Bakı Slavyan Universitetinin müəlliməsidir. Özündən 16 və 14 yaş böyük iki bacısı var. Uşaqlıqda üzgüçülük, bədii gimnastika ilə məşğul olub, balet məktəbində dərs alıb. 9 yaşında incəsənət məktəbinə daxil olub, 12 yaşında məktəbin həndbol komandasına üzv qəbul olunub və idmanla ciddi məşğul olmaq fikrinə düşüb. Eyni zamanda, xarici dilləri öyrənməyə başlayıb, hazırda ingilis, alman, ispan, rus və türk dillərində danışa bilir. 14 yaşından xoreoqrafiya ilə məşğul olmağa başlayıb. 2006-cı ildə Bakı "İntellekt" liseyini bitirib. 2001-2005-ci illərdə fortepiano dərsləri alıb.
Hələ uşaq vaxtlarından oxumağa meyil edib. "Pöhrə" və "Tələbə baharı" müsabiqələrinin iştirakçısı olub.
2004-cü ilin
avqustunda ABŞ-ın
Hazırda Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir.
- Siz ali məktəbə sənədlərinizi
verəndə tam ayrı
ixtisası seçdiniz,
bu sizə mane olmayacaq ki?
- Sizinlə müsahibəmiz mənə çox doğma olan bir məkan barədə başladı. Bilsəniz, müəllimlərimi, qrup yoldaşlarımı görüb necə sevindim. Adi bir tələbə kimi, gündə dərsə gəldiyim vaxtlar yadıma düşdü. İnşallah, yenidən universitetə qayıdacağam, axı mən təhsilimi dayandırmamışam. Sadəcə, "Eurovision" müsabiqəsinin məşqlərinə görə bir müddət dərsə gələ bilmirdim. Və mən müğənni və diplomat ixtisaslarını yanbayan qoyub, hər ikisinin üzərində çalışacağam.
- "Yeni ulduz"
müsabiqəsi sizə
bir o qədər də uğur gətirmədi, buna baxmayaraq bir neçə ayın içində siz Azərbaycanda ilk dünyamiqyaslı
ulduza çevrildiniz. Daha çox "Yeni
ulduz" müsabiqəsinin
seçim turuna gələndə həyəcanlanırdın,
yoxsa "Eurovision" müsabiqəsinə?
- "Yeni ulduz" müsabiqəsində mən ilk səhnə addımlarını atırdım, onda 16 yaşım vardı və heç də heyifslənmirəm bu müsabiqəyə getdiyimə görə, amma "Eurovision" dünyamiqyaslı bir müsabiqədir. Sözün düzü, mən "Eurovision" müsabiqəsinin seçim turundan keçəndə o qədər də sevinmirdim və deyirdim ki, mən o zaman sevinəcəm, nə vaxt ki, Azərbaycanı layiqincə təmsil edəm. Son altı ayda isə, ümumiyyətlə, həyəcan və məsuliyyət hissləri get-gedə artmaqda idi. Mənim arxamda konkret insanlar, bir komanda dayanırdı, mən isə, sadəcə, icraçı olmuşam. Mən bizim xaricdə yaşayan soydaşlarımıza da çox minnətdaram ki, mənə bu qədər dəstək oldular və məni bu yerə layiq gördülər. Hələ də həyəcanım soyumayıb. Gördüyünüz kimi, ölkəmizdə toy-bayram davam etməkdədir. Küçədə hamı üstümə hücum edir, şəkil çəkdirmək istəyir, hamının sevincini çox gözəl başa düşürəm və heç kəsə yox demirəm. Və mən özümə qarşı olan bu diqqət və məhəbbətin ömrüm boyu müşayiət etməsini arzulayıram. Sözün açığı, final gününə yenidən qayıdıb, o hissləri bir də yaşamaq istəyirəm.
- Gələn "Eurovision" müsabiqəsində bizi
kimin təmsil etsini istərdiniz?
- Yalnız özüm.
- Hansı ölkənin nümayəndəsini
təhlükəli rəqib
hesab edirdin.
- Yalnız Norveç iştirakçısını. Bunu əvvəlcədən hiss edirdim.
- Sizcə, nəyə görə birinci yeri qazana
bilmədiniz?
- Gəlin etiraf edək ki, Azərbaycan kimi gənc ölkə üçün 3-cü yeri tutmaq qalibiyyətə bərabərdir.
- Araşla bir səhnəni bölüşəcəyini biləndə
ilk reaksiyan necə oldu?
- Sözün düzü, eşidəndə
ki,
- Sizcə, Moskva uğurunuz Azərbaycanın
dünya ölkələri
arasında tanıdılmasında,
onun müsbət imicində nə kimi bir element oldu?
- Bizim çıxışımızdan
sonra Azərbaycanı
daha da gözəl
tanıyırlar və
ilk yaranan assosiasiya onlarda Aysel və
- Demək olar, dünyanın bütün öndə gedən ölkələrində
çıxış etmisiniz,
bəs hansından heç getmək istəmirdin?
- Stokholmdan.
- Müsabiqə zamanı hansısa təzyiqlərlə rastlaşdınmı?
- Bu təzyiqlər hələ mən müsabiqəyə hazırlaşanda burada başlamışdı. Bir çox mədəniyyət işçiləri mənim heç nəyə qadir olmadığımı bildirdilər və hətta uduzacağıma qarantiya verirdilər. İndi, sadəcə, onların gözlərinə baxmaq istəyirəm ki, görüm mənə nə deyəcəklər?
- Sizcə, daha çox hansı vacibdir: şanslı, yoxsa istedadlı olmaq?
- Hər ikisi vacibdir. Əgər insan istedadlıdırsa, amma şansın yoxdursa, o, qabağa gedə bilməz.
- Sözsüz ki, hamını sizin gələcək planlarınız
maraqlandırır...
- Həddindən artıq təkliflər gəlir mənə. Hazırda gündə bir ölkədən konsertə
və yaxud verilişə dəvət
alırıq Araşla.
İnşallah, qrafikimizi qurandan
sonra hər yerdə çıxış
edəcəyik, Azərbaycanın
adını ucaldacağıq.
Mən artıq bu yola
gəlmişəm və
dayanmağımın heç
bir mənası yoxdur. Sözsüz ki, mahnılar
da yazdıracağam, kliplər də çəkdirəcəm, lakin
ilk öncə Vətənin
musiqi sənətini xaricdə təmsil etmək istəyirəm.
İstəyirəm ki, məni bütün dünyada bir azəri qızı kimi tanıyıb çağırsınlar.
Sevinc İSMAYIL
Ayna.-2009.-6 iyun.-S.19.