MEHDİ HÜSEYNİN KİTABLARI SƏRGİLƏNDİ

 

100 illiyi Bakıda geniş qeyd olundu

 

 

Xalq yazıçısı, ədəbiyyatımızın klassiki Mehdi Hüseynin 100 illiyi ilə bağlı tədbirlər silsiləsində M.F.Axundov adına Milli Kitabxana öz geniş foyesində yazıçının kitablarından ibarət sərgi təşkil etmişdi bu sərgi ziyalıların iştirakı ilə publikaya təqdim olundu.

Burada yazıçının 1930-cu illərdən bəri çap olunmuş çoxlu sayda kitabları sərgilənirdi. Bu kitabların üz qabıqlarının çoxu bizə məktəb kitabxanasından tanış idi sanki bizi o illərə qaytarırdı. Axı Mehdi Hüseyn keçmiş epoxada gəncliyin mənəvi tərbiyəsində müstəsna rol oynamışdı. Onu bütün gənclik oxuyurdu. "Daşqın", "Kin", "Abşeron", "Qara daşlar", "Səhər", "Yeraltı çaylar dənizə axır"... O çağlarda bu kitabları oxumayan məktəbli bilikli sayılmazdı.

Şübhəsiz, yazıçı ömrü onun kitabları bu kitabların ömrü ilə ölçülür. Mehdi Hüseynin sağlığında haqqın rəhmətinə qovuşmasından sonra çoxlu sayda kitabları, özü təkrar-təkrar nəşr edilmişdir. Müstəqillikdən sonrakı dönəmdə onun əsərləri öz bədii dəyərini saxlayırdı dəfələrlə nəşr edildi. Kitablar nəşr edilirsə, oxunursa, filoloq alimlər bu hekayələri, povestləri, romanları, bütövlükdə yazıçının yaradıcılıq yolunu incələyirsə, demək, yazıçı yaşayır, hələ həyatdadır.

Akademik Teymur Bünyadov yazıçının ailəsi adından çıxış edərkən iki məqama toxundu. 1958-ci ildə Podqornı Türkiyəyə səfər edəndə heyətdə Mehdi Hüseyn vardı Podqornı onu çox bəyənmişdi. Hətta onun SSRİ mədəniyyət naziri təyin edilməsi gündəmə gəlibmiş, lakin 1965-ci ilin vaxtsız ölümü hökmü başqa cür vermişdi.

Akademik başqa bir əhvalat da söylədi. SSRİ mədəniyyət naziri Furtseva bir gün Mehdi Hüseyni çağırır onunla Mirzə İbrahimovun böyük səs-küyə səbəb olmuş, yazıçının millətçilikdə təqsirləndirildiyi "Azərbaycan dili" kitabı barədə danışır. Mehdi Hüseyn qətiyyətlə Mirzə İbrahimovu müdafiə edir nazirlə onun arasında ciddi mübahisə yaşanır. Mehdi Hüseyn Mirzə İbrahimovun həmin kitabında heç bir millətçilik görmədiyində israr etmiş, Furtseva bunun əksini demiş ayrılarkən hərə öz fikrində qalmışdı.

Bu gün Qazaxda yazıçının altı metrlik büstü ucalır. İfadəli abidədir. İndi isə yerli hakimiyyət qərara alıb ki, bu böyük yazıçının vətəni olan Qazax şəhərində heykəli qoyulsun, həmin büstü isə yazıçının adını daşıyan Qazax şəhər məktəbinin qarşısına köçürmək nəzərdə tutulur. Heykəl üçün şəhərin hansı məkanında ən münasib yer seçimi isə hələ qəti həllini tapmayıb.

Dünən Musiqili Komediya Teatrının binası yazıçının 100 illik yubileyinin yekun mərasiminə ev sahibliyi etdi. Ədəbiyyatımızı, mədəniyyətimizi təmsil edən, onun yaradıcılığına şəxsiyyətinə hörmət bəsləyən dəyərli insanlarımız Mehdi Hüseynin işığına toplaşmışdılar. Dünənki axşam Mehdi Hüseynin onsuz keçən ədəbi axşamı idi.

 

 

İSMAYIL

 

Ayna.-2009.-13 iyun.-S.20.