AYBƏNİZ
VƏKİLOVANIN YERİ GÖRÜNƏCƏK
Bir muzey işçisi
olaraq fədakarlıq
mücəssəməsi idi
Aybəniz xanımın vəfatının
muzey mədəniyyətimiz
üçün nə
məna daşıdığını
gün keçdikcə
daha dərindən hiss edəcəyik. Bir həftədir bu dünyadan ayrılıb Aybəniz xanım. Səməd Vurğun Ev-Muzeyində maraqlı ədəbi axşamlar, ədəbi mərasimlər,
olsun ki, yenə də öz qaydası ilə davam edəcək, fəqət
onun özü bu mərasimlərdə görünməyəcək. Ev-Muzeyin təsis
olunduğu gündən
onun gerçək bir mədəniyyət mərkəzinə, ədəbi
ocağa çevrilməsi
Aybəniz xanımın
adı, onun fədakarlığı, çalışqanlığı,
şəxsi aurası
ilə bağlı idi. Ədiblər, alimlər, vurğunsevərlər
uzaq və yaxın ölkələrdən,
Azərbaycanın
ucqar bölgələrindən
bu auraya toplaşardılar.
Hər kəsin yerini bilər, hər kəsi xoş üzlə dindirərdi. Muzeydə təşkil etdiyi tədbirlərdə,
hər bir nadir eksponata yanaşmada müstəsna
dərəcədə səliqəli,
diqqətli idi. Sayı 16 mindən çox olan bu eksponatların hər birinin tarixçəsini gözəl
bilirdi. Toplantılardakı
çıxışlarında bir artıq cümlə belə işlətməz, hər
kəsə nəzakət
göstərər və
elə edərdi ki, hər kəs
onun ata ocağından bir işıq payı aparardı.
Bütün dünyada belə bir fikir var
ki, "muzey işçisi fədakar insan olmalıdır" və bu fikir
yaxşı tanıdığımız
Aybəniz xanıma tamamilə şamil oluna bilərdi. Həyatının ən gözəl illərinin mənasını bu sahədə işləməkdə
gördü.
...Böyük Səməd Vurğunun ortancı övladı olan Aybəniz Vəkilova
1937-ci il, sentyabrın
9-da Bakıda doğulmuşdu.
Musiqi təhsili görmüşdü, ADU filologiya
fakültəsinin məzunu
idi (1960) və bioqrafiyasının 1962-67-ci illəri
EA Nizami adına Ədəbiyyat İnstitutu
ilə bağlıydı,
burada kiçik elmi işçi vəzifəsində çalışmışdı.
Özünü elm
sahəsində sınamaq
qərarına gələrək
EA Nizami adına Ədəbiyyat İnstitutunun
aspiranturasında oxumuş,
buranı bitirdikdən
sonra 1971-75-ci illərdə
həmin institutda elmi işçi kimi çalışmışdı.
Fəqət elmi adlar dalınca getməmişdi.
Hamımız bilirik
ki, təşkil edildiyi vaxtdan bəri Səməd Vurğun Ev-Muzeyinin baş mühafizi, 2006-cı ildən bəri isə bu mədəniyyət və ədəbiyyat ocağının direktoru
kimi böyük milli şairimizin yaradıcılığının təbliği, onun kitablarının nəşri
sahəsində görülən dəyərli işlər
Aybəniz xanımın
adı ilə bağlıydı.
MİSSİYASINI
LAYİQİNCƏ YERİNƏ YETİRDİ
Səməd Vurğunun
1966-cı ildə nəşr edilmiş ikicildliyinin, 1976-cı ildə nəşr edilmiş növbəti ikicildliyinin, 1986-cı ildə şairin şeir və poemalarının rus dilində nəşrinin tərtibçisi məhz Aybəniz xanımdır. Şəmistan Nəzirlinin
tərtib elədiyi
"Səməd Vurğun
məktublarda" kitabının
elmi məsləhətçisi və redaktoru, Adilxan Bayramovun "Vurğun ocağı"
kitabının rəyçisi
də Aybəniz xanımdır. O habelə
1976-cı ildə B.Vahabzadənin ssenarisi əsasında çəkilmiş
"Səməd Vurğun"
sənədli filminin redaktorudur.
Böyük şairin
70, 80, 90 və 100 illik
yubileylərinin əsas
ağırlığı Aybəniz
xanımın öhdəsinə
düşmüşdü. Hər il iki
dəfə: şairin
anadan olduğu gün - martın 21-də və vəfat etdiyi gün - mayın 27-də Ev-Muzeydə
şairin xatirə günləri, bundan başqa Səməd Vurğunun dostları ilə bağlı, bir vaxtlar onun arxa-kömək durub ədəbiyyata gətirdiyi
sənət adamları
ilə bağlı bir-birindən maraqlı və orijinal toplantılar keçirərdi. Və hər dəfə bu toplantılardan bir az da
işıqlanmış halda
ayrılırdıq.
Bilirdik ki, Aybəniz xanım uzun illər yorulmadan Bakı, Tbilisi, Moskva arxivlərində Səməd
Vurğunla bağlı
kinoxronikaları toplamış,
öz təşəbbüsü
ilə onları iki saatlıq videofilmə köçürtdürmüş,
Səməd Vurğun
ədəbi irsinin axtarışı, toplanması,
qayğı ilə qorunması, xalqa çatdırılması və
təbliği ilə yanaşı, bu Ocağa
tək şairin deyil, eyni zamanda
mənsub olduğu Vəkilovlar soyunun qədim və maraqlı tarixinə dair xeyli dəyərli
sənədlər toplamışdır.
Mədəniyyət sahəsində
faydalı fəaliyyətinə
görə 1986-cı
ildə SSRİ-nin
"Şərəf nişanı"
ordeni ilə təltif edilmiş, Əməkdar incəsənət
xadimi fəxri adına layiq görülmüşdü. Altmış
illik yubileyi yüksək səviyyədə
qeyd edildi. Prezident təqaüdçüsü idi.
Son aylarda nasaz olduğundan,
müalicə keçdiyindən
xəbərdar idik. Günlərin birində isə onun dünyadan
köçdüyünü dedilər. Kədərli xəbər idi. Onun yeri hər
zaman görünəcək.
İSMAYIL
Ayna.-2009.-20 iyun.-S.20.