Zeynəb Xanlarova: "Gecəni
fikirdən yata bilməmişəm"
"Şou əhlinə verilən qiymətdən Səməd
Vurğuna da verilsin"
Xalq artisti, millət vəkili Zeynəb Xanlarova Səməd Vurğunun qızının
yasından qayıdandan
sonra bütün gecəni yata bilməyib. Çünki şairin ev muzeyində gördükləri
onu dəhşətə
gətirib: "Səhərə
qədər narahat olmuşam. Bəlkə də yasa gedən
sənətkarlar yalnız
aşağıda - palatkada
olublar. Amma mən Səməd Vurğunun ev muzeyinə də çıxdım".
Dünyanın hər yerini məhz Səməd Vurğunun "Azərbaycan"
sözləri ilə gəzdiyini deyən Zeynəb Xanlarova dünya şöhrətli
şairin evinin çox acınacaqlı vəziyyətdə olduğunu
deyir:
"Evi mənə onun nəvəsi göstərdi. Mən Bakıya gələn qonaqları S.Vurğunun evinə aparmaq istəyərəm. Amma ev o gündədir
ki, aparmaq olmaz. Dünən əməkdar artist olub, bu gün
xalq artisti adı alanlar sənətdə Səməd
Vurğun kimi yaşamayacaqlar. İstərdim
ki, şou əhlinə verilən qiymət kimi ona da hörmət
olunsun".
Ayna.-2009.-20 iyun.-S.4.